GERÇƏKLİYİN  HƏQİQİ  ÜZÜ...

GERÇƏKLİYİN HƏQİQİ ÜZÜ...

 (Yazıçı Hüseynbala Mirələmovun  “Gecə bənövşələri” kitabındakı əsərləri üzərində düşüncələrim)

Безуспешная попытка армян вытянуть карту из отбоя

Безуспешная попытка армян вытянуть карту из отбоя

На продолжение достаточно большого промежутка времени армяне успешно использовали различные карты для реализации своих идей.

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ RİH BAŞÇISI VƏ AİDİYYƏTİ QURUMLAR HADİSƏ YERİNDƏ OLUBLAR" - QHT SƏDRİ

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ RİH BAŞÇISI VƏ AİDİYYƏTİ QURUMLAR HADİSƏ YERİNDƏ OLUBLAR" - QHT SƏDRİ

“ Belə bir ərazidə rəhbər vəzifədə çalışmaq olduqca məsuliyyətli və çətin işdir.”

 PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL ÖLKƏYƏ SAHİB OLMAQ İMKANI VERDİ"

PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL ÖLKƏYƏ SAHİB OLMAQ İMKANI VERDİ"

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə bildirib ki, 2020-ci ilin payızında Dağlıq Qarab...

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле

Сталинградская битва – подвиг, объединяющий поколения и народы: круглый стол в Ярославле...

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ QƏZADAN SİFARİŞLƏ DANIŞDIĞINI DEYİB:"...ÖZÜNÜZÜ GÖZDƏN SALDINIZ"

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ QƏZADAN SİFARİŞLƏ DANIŞDIĞINI DEYİB:"...ÖZÜNÜZÜ GÖZDƏN...

“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm" - Razi Nurullayev

RAZİ NURULLAYEV: "İNSANLAR YAŞADIQLARI EVLƏRƏ SƏNƏD ALA BİLMİRLƏR - SÜRÜNDÜRMƏÇİLİKLƏ ÜZLƏŞİRLƏR"

RAZİ NURULLAYEV: "İNSANLAR YAŞADIQLARI EVLƏRƏ SƏNƏD ALA BİLMİRLƏR - SÜRÜNDÜRMƏÇİLİKLƏ ÜZLƏŞİRLƏR"

Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu hər zaman gündəmdədir.

BAKIDAN OLAN TANINMIŞ RUS JURNALİSTİN KİTABI TƏQDİM EDİLDİ

BAKIDAN OLAN TANINMIŞ RUS JURNALİSTİN KİTABI TƏQDİM EDİLDİ

...Doğma şəhərimiz Bakıdakı  Rus Evində qocaman bakılı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Aleksandr K...

Прошла презентация книги известного   журналиста-бакинца

Прошла презентация книги известного журналиста-бакинца

  В Русском Доме нашего родного города Баку состоялся творческий вечер, посвящённый презентации новой книги старейшего журналиста-бакинца,

MEDİA

6 aprel  Ümumdünya Fiziki Aktivlik Günüdür...

...2002-ci ildən başlayaraq hər il aprelin 6-sı bütün dünyada “Hər gün otuz dəqiqə fiziki fəallıq!” devizi altında qeyd edilir. Bu əlamətdar gün Azərbaycanda hər il müxtəlif maarifləndirici tədbirlərlə geniş qeyd olunur, ictimaiyyət fiziki passivliyin sağlamlığa zərərli təsirləri barədə məlumatlandırılır. Fiziki aktivlik ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin profilaktikası və sağlamlıq üçün vacib əhəmiyyətə malikdir. Bununla bağlı suallarımızı  Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimovaya ünvanladıq. İlk sualımız yaşadığımız müqəddəs Ramazan ayında fiziki aktivlik haqqında oldu.

- Səidə həkim, fiziki aktivlik insan sağlamlığı üçün vacibdir. Hazırda insanların çoxu oruc tutur. Bu ay fiziki məşğələlərlə nə vaxt məşğul olmaq lazımdır ki, orqanizmin fəaliyyətinə müsbət təsir göstərsin?

- Ramazan ayında insanlar oruc tutur, müəyyən müddət ərzində ac qalırlar, buna görə də bu ay məsləhət görərdim ki, iftarla imsak arasında olan müddətdə fiziki aktiv olsunlar: iftardan sonra bir müddət havada gəzsinlər, yeyib oturmasınlar, yatmasınlar, əksinə, piyada yürüş etsinlər, müxtəlif idman hərəkətləri ilə məşğul olsunlar və ya açıq meydançalarda oyunlar oynasınlar.  Adətən, etdiyiniz idman hərəkətlərini bu ay 30% azaldın və bu rejimi elə qurun ki, idman hər gün yox, günaşırı olsun. İftarla imsak arasında idman hərəkətləri ilə bərabər, çoxlu maye, əsasən su qəbul etmək lazımdır, bu, gücünüzün bərpası üçün çox vacibdir.

- Fiziki passivliyin insan orqanizmi üçün hans zərərləri var?

- Fiziki passivlik müasir dövrdə ən boyük problemlər sırasındadır. Araşdırmalara görə, fiziki passivlik və hipodinamiya  ümumi  olüm riski faktorları arasında 4-cü yerdədir. ÜST-ün məlumatlarına əsasən dünyada  15 yaşından yuxarı əhalinin 31,1%-i  fiziki passivdir. Fiziki passivlik ürək-damar, diabet və xərçəng kimi  xəstəliklərın gedişatını  ağırlaşdırır.

13-15 yaşlı yeniyetmələr arasında da vəziyyət ürəkaçan deyil. Onların 80%-i gündəlik minimal  60 dəqiqəlik aktivlik rejiminə riayət etmirlər .

Fiziki passivlik barədə danışanda oturaq rejimi də qeyd etmək lazımdır. XX əsrdə oturaq rejimin ziyanını hətta siqaret çəkmənin ziyanı ilə bərabərləşdirirdilər. “Oturmaq yeni  variant  siqaret çəkməkdir” (sitting is a new smoking) ifadəsi bir müddət trendə çevrilmişdi.

-Səidə xanım, fiziki aktivlik dedikdə, hansı fiziki məşğələlər nəzərdə tutulur? Orta intensiv fiziki aktivlik hansıdır?

-Fiziki aktivlik gündə ən azı 30 dəqiqə, həftədə 5 gün orta intensivlikdə idmanın olmasıdır. Uşaqlar və yeniyetmələr üçün bu rəqəm fərqlidir -  gündə 60 dəqiqə.

Orta intensiv fiziki aktivlik isə standart rahat vəziyyətdən 3 dəfə artıq enerji  tələb edən aktivlikdir.  Məsələn, orta templə yürüş, velosiped sürmə, tennis, üzgüçülük və s. Məncə, yürüş aktiv qalmaq üçün ən sadə və əlçatan bir variantdır.

- Fiziki aktivliyin insan sağlamlığı üçün nə kimi müsbət təsirləri var?  Fiziki aktiv olmaqla hansı xəstəliklərin qarşısını almaq mümkündür?

- Fiziki aktivlik ürək-damar, diabet və digər xəstəliklərin profilaktikasında və kompleks müalicəsində vacib rol oynayır. Fiziki aktivlik çəki kontrolu, sümüklərin və əzələlərin möhkəm olması üçün çox vacibdir. Tədqiqatlara əsasən bir sıra xəstəliklərin müalicəsində fiziki aktivlik dərmanla eyni, bəzi vaxtlar isə daha güclü effekt göstərir.

Aktivliyin orqanizmə müsbət təsiri elmlə  sübüt olunmuşdur. Bu təsirlər arasında aşağıdakıları göstərmək olar:

  • Artıq çəkini kontrol altına salır;
  • Qlükozanı (şəkəri) və insulin balansını tənzimləyir;
  • Ürəyin koronar damarlarında qan axarını artırır;
  • Trombların yaranması riskini azaldır;
  • Qan təzyiqini tənzimləyir;
  • Qanda lipid profili yaxşılaşdırır - “yaxşı” yağların lipoproteidlərin səviyyəsini  artırır, “pis” yağların səviyyəsini azaldır.

 Bunlarla yanaşı,  fiziki aktivlik insanda depressiya, stress və gərginliyi azaldır və ümumi əhvalı yaxşılaşdırır.

- İnsanların fiziki passivliyinin əsas səbəbləri hansılardır?

 - XXI əsrdə  insanların çoxu  vaxtını  kompüter qabağında və nəqliyyatda oturaq vəziyyətdə keçirir. Bizim bədənimiz hərəkət üçün hesablanıb. Müasir texnologiyalar və ofis işi şəraiti isə bizi hipodinamik həyat tərzinə meyilləndirir. Bu barədə çox maraqlı rəqəmlər var - böyüklər orta hesabla sutka vaxtının 90%-ni  qapalı məkanlarda keçirir. Gün ərzində təxminən 9 saat oturaq vəziyyətdə oluruq. Oturaq rejimin bizim onurğamızın sağlamlığına, əzələ, skelet strukturlarına və digər sistemlərə mənfi təsiri haqqında sübut olunmuş araşdırmalar mövcuddur. Təbiidir ki,  belə həyat tərzimiz bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.

- Orta və ya ağır fiziki aktivlik fəaliyyəti zamanı dayaq-hərəkət aparatının travmaya məruz qalmaması üçün nələri tövsiyə edərdiniz?

- İlk və ən vacib qayda - hansısa idman və hərəkət zamanı ağrı hiss edirsinizsə,  onu dərhal dayandırın. Ağrı hərəkətinizin düzgün olmaması, ya da bədəninizin bu hərəkətə hazır olmaması barədə xəbərdarlıq edir. Hər bir idmandan əvvəl istilənmə mərhələsini unutmayın, hərəkətin düzgün texnikasını öyrənin, gücünüzü düzgün qiymətləndirin. Fiziki aktivliyə uyğun  qidalanın,  bol su için və dincəlin. Bunlar idmandan sonra əzələlərin bərpasına kömək edəcək.

- Ölkəmizdə insanların fiziki aktivlik səviyyəsi qəbul edilən normalara uyğundurmu? Azərbaycanda daha çox hansı yaşdan olan insanlar fiziki aktiv olmağa üstünlük verirlər?

- Ölkəmizdə də insanlar bütün dünyada olduğu kimi, hipodinamik həyata meyillidirlər. Əvvəlki illərdə insanlar arasında aparılan sorğularda əhalinin fiziki aktivliyi barədə yüksək göstəricilər mövcuddur. Məncə, bu, konkret qrup əhali üçün keçərlidir - cavanlar daha çox aktivliyə və  idmana maraq göstərir. Həm də son illərdə mövcud vəziyyət - pandemiyanın əvvəlində məhdudiyyətlər və  bir çox sahələrdə distant iş və təhsil də bu məsələdə öz rolunu oynayıb. Ən azından öz pasiyentlərimizdə bunu müşahidə edirik.

- Ev şəraitində fiziki aktiv olmaq üçün hansı məşğələlər edilə bilər?

- Gündəlik idman proqramınıza gərmələri, balans üçün hərəkətləri, ümumi  bədənin sağlamlığına müsbət təsir edən, tez-tez müşahidə olunan bel və boyun ağrılarında istifadə olunan idman hərəkətlərini əlavə etmək məsləhətdir. Bu idmanları siz hospitalımızın saytında “Düz qamət - sağlam həyat” rubrikasından öyrənə bilərsiniz.

- Səidə həkim, maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilara Zamanova

(Xüsusi olaraq "Təzadlar" üçün)

 

 

Pin It

CƏMİYYƏT

05-Fev-2025 By Asif Memmedov

GERÇƏKLİYİN HƏQİQİ ÜZÜ...

 (Yazıçı Hüseynbala Mirələmovun  “Gecə bənövşələri

04-Fev-2025 By Yasemen Memmedov

"QƏZA BAŞ VERƏN ANDAN İMİŞLİ…

“ Belə bir ərazidə rəhbər vəzifədə çalışmaq olduqc

03-Fev-2025 By Yasemen Memmedov

RAZİ NURULLAYEV SİYAVUŞ NOVRUZOVUN İMİŞLİDƏKİ…

“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım v

SİYASƏT

04-Fev-2025 By Elbar Şirinov

PAŞİNYAN: QARABAĞDAKI MƏĞLUBİYYƏT "MÜSTƏQİL…

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda

30-Yan-2025 By Elbar Şirinov

GÜRCÜSTAN ZAQAFQAZİYADA SÜLHÜN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ…

Gürcüstan Zaqafqaziyada sülhün möhkəmləndirilməsin

28-Yan-2025 By Elbar Şirinov

NƏQLİYYAT MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏ…

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş

27-Yan-2025 By Yasemen Memmedov

PREZİDENT İLHAM ƏLİYEV CONATAN MİSNERİ…

Görüşdə Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqəl

24-Yan-2025 By Elbar Şirinov

AZƏRBAYCAN İLƏ PAKİSTANIN XİN-LƏRİ ARASINDA…

Yanvarın 23-24-də Azərbaycan Respublikasının xaric

MƏDƏNİYYƏT

04-Fev-2025 By Elbar Şirinov

RUSİYANIN "NAİV" ROK QRUPUNUN QAZAXISTANDA…

Rusiyanın "Naiv" rok qrupunun Qazaxıstanda konsert

04-Fev-2025 By Elbar Şirinov

LOLİTA KİRKOROVU NİYƏ SATQIN…

Müğənni Lolita Milyavskaya həmkarı Filipp Kirkorov

28-Yan-2025 By Asif Memmedov

"HƏYATDA ƏN BÖYÜK İSTEDAD BELƏ..."

İnanmaq istəmədim ki, bu qədər mənalı, fəlsəfi yük

28-Yan-2025 By Asif Memmedov

HEYDƏR ƏLİYEVİN DAVOS FORUMUNDA İŞTİRAKININ…

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə Davos For

22-Yan-2025 By Elbar Şirinov

HƏFTƏBECƏR

Toyların birində müğənni Aygün Kazımova bəy- gəlin

21-Yan-2025 By Asif Memmedov

ŞƏRQDƏ İLK QADIN OPERA MÜƏLLİFİ…

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mə

KRİMİNAL

05-Fev-2025 By Elbar Şirinov

NARKOTİKƏ GÖRƏ BİR QADIN SAXLANILIB

Cəbrayıl şəhərciyində narkotikə görə bir qadın şüb

05-Fev-2025 By Elbar Şirinov

CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 47…

Fevralın 4-də ölkə ərazisində qeydə alınan 53, əvv

05-Fev-2025 By Elbar Şirinov

YARDIMLIDA ƏMƏLİYYAT: 20 KİLOQRAM NARKOTİK…

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

05-Fev-2025 By Elbar Şirinov

RUSİYA UKRAYNANIN DRON OPERATORLARI…

Xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçiləri 24

05-Fev-2025 By Elbar Şirinov

KRIM ZELENSKİNİN HƏQİQƏT DÖVRÜNÜ ELAN…

Vladimir Zelenski həqiqət dövrünə qədəm qoyub.

05-Fev-2025 By Elbar Şirinov

TÜRKİYƏ XİN UKRAYNA İLƏ BAĞLI…

Ankara Ukrayna üzrə sülh təşəbbüslərinin iyun ayın

05-Fev-2025 By Elbar Şirinov

TRAMP UKRAYNANI DAŞINMAZ ƏMLAK LAYİHƏLƏRİ…

Ukrayna daşınmaz əmlak layihələrinin inkişafı üçün

05-Fev-2025 By Elbar Şirinov

QAR YAPONİYANI İFLİC VƏZİYYƏTİNƏ SALIB

Rekord qar yağışı Yaponiyada həyatı iflic vəziyyət

05-Fev-2025 By Elbar Şirinov

BDYPİ KÜLƏKLİ HAVA İLƏ BAĞLI…

Sinoptiklərin məlumatına görə yaxın günlərdə Bakıd

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

31-Yan-2025 By Elbar Şirinov

DİQQƏT! ONUN SİZƏ EHTİYACI VAR…

2 yaşlı Misirova Zərif Pərviz qizi uzun müddətdir

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

05-Fev-2025 By Yasemen Memmedov

HƏFTƏS…

 8-9 fevral tarixlərində Bakıda “Aqrar Tədarük və

TƏHSİL

04-Fev-2025 By Yasemen Memmedov

BCG Şİ…

“Boston Consulting Group” (BCG) şirkətinin işə q