booked.netbooked.net booked.net  

ABŞ-nin “Apple” şirkətinin qurucularından biri Stiv Voznyak Bakıda keçirilən “InMerge Innovation Summit"də biznes əlaqələrinin qurulmasının önəmindən danışıb.

TEZADLAR.AZ xəbər veriri ki, “InMerge Innovation Summit"in qonağı, yazar Bill Uilyamsın moderatorluğu ilə keçən görüşdə Stiv Voznyak hələ xəbər olmayan dövrdə öz kompüterini yaratmağa başladığını qeyd edib və bildirib ki, mühəndis ailəsində böyüməsi onun elektronikaya marağını artırıb: "Mən bu sahəyə marağımı uşaq yaşlarından inkişaf etdirmişəm. İnanın ki, mən heç məktəbdə də yaxşı oxumurdum. Amma ağlıma, ideyalarıma güvənirdim. Karyera yüksəlişi barədə düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm. Bir gün mənə "Bu necə yaxşı mühəndisdir" deyəcəkləri günü ancaq xəyal edə bilərdim", - deyə S.Voznyak əlavə edib.

S.Voznyak qeyd edib ki, əvvəlcə “Apple 1” kompüterini yaradıb: “Stiv Cobsu “Apple”in yaradılmasından 5 il əvvəl tanıdım. Gənc, əyləncəsevən yeniyetmə idi, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə, bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkət yaratmağı təklif etdi. Stiv Cobs bu ideyanı verməsəydi, mən elə bu günə qədər də güclü mühəndis olaraq qalacaqdım. Əsas gəlirlər “Apple 2” kompüteri buraxılandan sonra formalaşmağa başlayıb. Amma "Apple 1" satışa buraxılanda "Apple 2" artıq hazır idi. Ümumiyyətlə, fəaliyyət sahəsini genişləndirmək üçün peşəkar mühəndis olmaq önəmlidir. Biz insanları şirkətimizə bacarıqlarına görə cəlb edirdik", - deyə qonaq fikrini tamamlayıb.

Azərbaycanda gənclərə bu sahədə dəstək olmağa hazır olduğunu bildirən S.Voznyak əlavə edib ki, böyük işlər görməyə təşəbbüs göstərmək lazımdır, dəstək mütləq gələcək. O, azərbaycanlı gəncləri daha təşəbbüskar olmağa çağırıb.

Azərtac

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA