ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.
TEZADLAR.AZ xəbər verir ki, təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
“Exit-poll” nəticələrinə əsasən, namizədlərin topladığı səslərin ardıcıllığı belədir:
- Prezident İlham Əliyev 93.9%
- Zahid Oruc 1.8%
- Fazil Mustafa 1.5%
- Qüdrət Həsənquliyev 1.2%
- Razi Nurullayev 0.9%
- Elşad Musayev 0.4%
- Fuad Əliyev 0.3%