“Sputnik Armenia” saytının yaydığı xəbərə görə, ermənilər Ağdərədə dağ-mədən kombinatı tikməyi planlaşdırırlar. Bu məlumatı üzdəniraq “artsax”ın mətbuat katibi verib.
Kominat başa gəldikdən sonra 400 yeni iş yeri də açılacaqmış. Bəh-bəh deyək, yoxsa,dəvəquşu kimi başımızı quma soxub? bunun bizə dəxli olmadığını vurğulayaq. Desək də, deməsək də, vəziyyət dəyişəcəkmi? Vəziyyət isə ruscadır.Araik öz ampluasında, kefi istədiyi qərarlar verir, Azərbaycan ərazilərini tam olaraq “özününküləşdirmiş”, bir sözlə, özünü bizim torpaqlarımızda tam sərbəst hiss edir və Azərbaycanın XİN-in bəyanatlarına da heç məhəl qoymur.
Məsələn, 12 sentyabrda Araik Ağdərəyə “rəsmi səfər” edib və tikiləcək dağ-mədən kompleksinin ərazisi ilə tanış olub, müşavirə keçirib.Bu layihə müharidədən sonra baş tutacaq ən böyük layihə (dəyəri bir neçə miliyon dollar) olacaq və orada 400 erməni çalışacaq.
Burada bir haşiyə çıxmaq istərdik: Azərbaycanda yaşayan və Azərbaycan vətəndaşlığını qəbul edən hər bir millətin işləmək,oxumaq hüququ var. Amma qondarma “dqr”qurumunun Azərbaycanda nə iti azıb, niyə buna göz yummalıyıq? Araik çoxmu “fironluq” edəcək? Onun üçün balaca bir “dronumuz” yoxdurmu?
Əsas məsələyə gələk: xəbərdə bildirilir ki, kombinat işə salındıqdan sonra dağ-mədən işləri aparılacaq və faydalı qazıntlar “respublikaya” gəlir gətirəcək. Yəni, ermənilər o faydalı yataqlarımızdan çıxan daşı, mərməri, qraniti,qızılı özlərinin dədə malı hesab edir və heç bir tərəddüd etmədən, çəkinmədən işlərinə davam edirlər. 30 il Azərbaycanın Kəlbəcər rayonunda qızıl çıxarıb milyonlar qazanan ermənilərin ağzında şirə qalıb. Biz onların “status” xülyasına gülürük,lağa qoyuruq, amma erməni öz işindədir və üstəlik də Azərbaycana məxsus torpaqlarda qazıntı işləri aparır,gələcək planlar qurur. Nə vaxta qədər?
Şakir QURBANOV