Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör

İbrahim Nəbioğlunun bu sözləri qalmaqala və etiraza səbəb oldu-TƏCİLİ

IMG

Sosial şəbəkələrdə uzun illərdir Türkiyədə yaşayan telejurnalist İbrahim Nəbioğlunun Türkiyənin “Haber Global” TV- dəki bir çıxışı Azərbaycanın sosial şəbəkə istifadəçilərinin ciddi etirazına səbəb olub. Ekstrasens Səbuhi Rəhimli yazır: “İbrahim Nəbioğlu Türkiyənin “Haber Global” TV-də dönə-dönə dedi ki, İranın bölünməsi Türkiyənin bölünməsi deməkdir… Ardınca dedi ki,  ”Quzey Azərbaycan”da səslənən “Bütöv Azərbaycan” ideyası isı utopiyadır!”. Beləcə də […]

İsrail Livana endirilən zərbələrlə “Radvan Qüvvələri”nin komandir heyətini məhv edib

israil qirici

İsrail Müdafiə Ordusu Livanın cənubunda və Beka vadisində raket qurğularını, silah anbarlarını və komanda məntəqələrini vuraraq “Hizbullah”ın obyektlərinə yeni zərbələr dalğası endirib. Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sosial şəbəkələrdəki bəyanatında bildirilib. Bundan əlavə, Livanın cənubunda “Radvan Qüvvələri”nin komandirləri və onların iki komanda məntəqəsi zərərsizləşdirilib. İsrail Müdafiə Ordusunun məlumatına görə, həmin komandirlər […]

Fransız vinger “Qarabağ”ın transfer hədəfində: Artıq ilk təklif göndərilib

Bu mövsüm Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran “Qarabağ” artıq indidən yay transfer bazarlığına hazırlıq görür. Tezadlar.az xəbər verir ki, Ağdam təmsilçisi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb. “Köhlən atlar”ın rəhbərliyi Qurban Qurbanovun xidmətinə maraq göstərdiyi Jali Muaddiblə danışıqlara başlayıb. Son illərin dəyişməz çempionu 25 yaşlı vingerə 3+1 illik müqavilə təklif edib. 2019-cu ildə […]

İranın ABŞ və İsrailə təslim olmayacaq- PEZEŞKİANDAN QƏTİ QƏRAR!

IMG

Beləliklə, İran hakimiyyəti təslim olmayacaq! Tezadlar.az xəbər verir ki, bu barədə bu gün İran Prezidenti Məsud Pezeşkian videomüraciətində bildirib. Prezident İranın ABŞ və İsrailə təslim olmayacağını bir daha vurğulayıb. Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib. Tramp bildirib ki, qeyd-şərtsiz təslim olmaqdan başqa İranla heç bir razılaşma olmayacaq. […]

Azərbaycan Basketbol Liqasının 18-ci turu çərçivəsində bu gün növbəti iki qarşılaşma baş tutacaq

ac c c edb

Bu gün Azərbaycan Basketbol Liqasının 18-ci turunda daha iki oyun keçiriləcək. Tezadlar.az xəbər verir ki, günün ilk oyununda “Şəki” öz meydanında “Sabah”ı qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək. Günün son matçı isə “Abşeron Lions” və NTD komandaları arasında baş tutacaq. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 19:30-da başlayacaq. Qeyd edək […]

İran Hörmüz boğazında neft tankerinə zərbə endirib

Hormuz bogaziiii

İran silahlı qüvvələri Hörmüz boğazında bir neft tankerinə zərbə endirib. Tezadlar.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) məlumat verib. “PRIMA adlı neft tankeri pilotsuz təyyarənin zərbəsi ilə vurulub”, – məlumatda deyilir. Tanker İİKK-nın Hörmüz boğazından keçidi qadağan etmək barədə xəbərdarlığına məhəl qoymadıqdan sonra hücuma məruz qalıb. Daha əvvəl şərqşünas və […]

Masallıda tanışını tüfənglə güllələdi və…- SƏBƏB

Martın 6-da saat 17 radələrində Masallı şəhərinin ərazisində baş verən silahlı insident nəticəsində 34 yaşlı Ramazan Rzayevin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Tezadlar.az məlumat verir ki, Masallı şəhər sakini 36 yaşlı İ. Əkbərli aralarında yaranan şəxsi münaqişə zəminində ov tüfəngindən R. Rzayevin ayaq nahiyəsinə xəsarət yetirib. İ. Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb […]

Həbsdə olan BNA-çılar azad edilərsə, müstəntiq və hökm vermiş hakimlər cəzalandırılacaqmı?

Gözlənilməz halda istintaq keçmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) həbs edilən keçmiş əməkdaşları olmuş Hikmət Vəlizadə və Vüqar Hüseynovun işinə yenidən baxmalı olacaq. Tezadlar.az xəbər verir ki, Ali Məhkəmə bu barədə gözlənilməz qərar qəbul edib. Belə ki, Ali Məhkəmə kassasiya şikayətini əsaslı sayıb, nəticədə təqsirləndirilənlərin həbsi ilə bağlı qərar ləğv edilib, iş yenidən araşdırılması üçün Bakı […]

Pezeşkian üzr istədi: “İran daha qonşu ölkələrə hücum etməyəcək və…”

IMG

Nəhayət, gec də olsa, üzrxahlıq gəldi: İran daha qonşu ölkələrə hücum etməyəcək. Tezadlar.az xəbər verir ki, bu barədə bu gün İran Prezidenti Məsud Pezeşkian videomüraciətində bildirib. Onun sözlərinə görə, Müvəqqəti Rəhbərlik Şurası dünən qonşu ölkələrə hücum etməmək və ərazilərindən İrana hücum olmadığı təqdirdə, raket və dron atmamaqla bağlı qərar qəbul edib. Sitat: “Bizim region ölkələri […]

Bakıda bir nəfərin xəsarət aldığı zəncirvari qəza- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Tezadlar.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, […]

Təbrizdəki Baş Konsulluğumuzun bütün heyəti Azərbaycana qayıdıb

IMG

Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb. Bu barədə tezadlar.az- ın sorğusuna cavab olaraq,Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. Ayxan Hacızadə qeyd edib ki, Tehrandakı səfirliyimizin heyətinin isə böyük hissəsi təxliyə edilib. Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin […]

Kiyev- Budapeşt qalmaqalı böyüyür- NƏ BAŞ VERİR?

IMG

Macarıstan iki gün əvvəl martın 5-də Ukrayna “Oşşadbank”ının yeddi əməkdaşını saxlayıb. “AzadlıqRadiosu” yazır ki, bunu bankın mətbuat xidməti və Ukraynanın xarici işlər naziri Andriy Sibiqa açıqlayıb. “Oşşadbank” bildirir ki, həmin şəxslər inkassasiya xidmətinə məxsus iki avtomobildə saxlanılıblar, onlar bank ilə Avstriyadakı “Raiffeisen Bank” arasında mütəmadi xarici valyuta və bank metalları daşıyırdılar. GPS siqnalı avtomobillərin Budapeştin […]

Tanınmış pedaqoq jurnalistikamızdam şikayət etdi

IMG

Azərbaycan Mətbuat Şurasına! Azərbaycan Jurnalistlər Birliyinə müraciətim! Cənablar, mətbuat orqanlarında, telekanallarda, sosial şəbəkələrdə özlərini jurnalist adlandıran natamam, orta ixtisas, hətta başqa ixtisas, peşə sahəsində təhsil almış şəxslərin, jurnalistika kimi həssas peşənin mahiyyətindən xəbərsizlərin cəmiyyətdə milli adət- ənənələrimizə, mədəniyyətimizə, təhsilimizə, tariximizə öz təfəkkür və dünya görüşləri prizmasından yanaşmaqla yanlışlıqlara yol vermələri artıq aydın görünməkdədir. Jurnalistika çoxjanrlı […]

Saakaşvili müsəlmanlarla bağlı açıqlamasına aydınlıq gətirdi

“İslamçıların qovulmasından danışarkən, mən İran vətəndaşlarını nəzərdə tuturam”. Tezadlar.az xəbər verir ki, bu sözləri həbsdə olan eks prezident Mixeil Saakaşvili facebook sosial media hesabında qeyd edib. Sabiq prezident deyib ki, o, 2004-2005-ci illərdə Gürcüstandan vəhabiləri qovub: “Öz vətəndaşlarımızla burada hər zaman dil taparıq, lakin radikal İslamın çiçəklənməsinə yol vermək olmaz. 2004-2005-ci illərdə vəhabiləri necə qovdumsa, […]

Ramazan ayının on yeddinci gününün duası, imsak, iftar və namaz vaxtları…

IMG

7 mart tarixi Ramazan ayının on yeddinci günüdür. Tezadlar.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 7-də imsak vaxtı saat 05:55-də, iftar vaxtı isə 19:18-dədir. Martın 7-nə olan namaz vaxtları: ● Sübh azanı 06:05; ● Zöhr azanı 13:12; ● Məğrib azanı 19:18. Ramazanın 17-ci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummə əhdini fihi lisalihil-ə-mal. […]

Nizami Tibb Mərkəzinin 7 saylı doğum evindəki “Əməliyyatxana” biabırçılığı- TƏCİLİ

IMG

…Bura Nizami Tibb Mərkəzinin tabeliyindəki 7 saylı doğum evinin “Əməliyyatxanasıdır”.  Yəni, “Steril Zonası”dır. Şəkildəki mənzərə həqiqətən də müasir tibbi və sanitar normalarla ziddir. Cərrahi müdaxilə, xüsusilə də doğum kimi yüksək sterillik və təhlükəsizlik tələb edən bir mühitin bu vəziyyətdə olması xəstələr üçün birbaşa hospital infeksiyası riski yaradır. Burada bir çox absurd və qəbuledilməz hallar mövcuddur. […]

Dubayda yenidən partlayışlar baş verib

Dubay havalim

Dubay Beynəlxalq Hava Limanında partlayışlar baş verib, ehtimal ki, İran pilotsuz təyyarəsinin qəzaya uğraması səbəbindən. Tezadlar.az bildirir ki, bu barədə “Shot” məlumat verib. Şahidlərin sözlərinə görə, pilotsuz təyyarənin qalıqları 2-ci Terminalın yaxınlığındakı küçəyə düşüb. Uçuşlar hələ ləğv edilməyib, lakin təyyarəyə minmə müvəqqəti olaraq dayandırılıb və sərnişinlər işçilərdən əlavə təlimat gözləyirlər. Hələlik xəsarət alanlar barədə məlumat […]

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı göndərmək qərarına gəlib

ABSH aviadashiyici

ABŞ İrana qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün üçüncü aviadaşıyıcısı olan USS George H.W. Bush-u Yaxın Şərqə göndərməyə hazırlaşır. Tezadlar.az bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutu (USNI News) məlumat verib. Aviadaşıyıcı və onun müşayiət gəmiləri hərtərəfli təlimləri başa vurub. ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti qeyd edib ki, USS George H.W. Bush “hava […]

Ermənistanda terrora cəhdin qarşısı alınıb- SƏBƏB

Bu gün səhər saatlarında naməlum şəxsin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binasını yandırmağa cəhd etdiyini göstərən video yayılıb. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, daha sonra cinayəti törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb və istintaq təcridxanasına aparılıb. Ermənistan mətbuatı həmin şəxsin bu yaxınlarda Rusiyadan Ermənistana gəldiyini, Rusiyada və Ermənistanda tanınmış milyarderdir “Taşir Samo” ləqəbli […]

Yerusəlimdə partlayış

Quds part

Bu, hava hücumu xəbərdarlığı verildikdən sonra baş verib Partlayış Qüds ərazisində baş verib. Tezadlar.az bildirir ki, bu barədə “Agence France-Presse” məlumat verib. Məlumata görə, partlayış hava hücumu xəbərdarlığı verildikdən sonra baş verib. Bir müddət əvvəl İsrail ordusu bir saat ərzində üçüncü dəfə İrandan raket atəşi aşkarladığını və raketləri ələ keçirməyə başladığını bildirmişdi. E.ŞİRİNOV

Azərbaycan diplomatlarının İrandan təxliyəsinə başlanıldı

iran

Azərbaycanın iTehrandakı diplomatik missiyasının əməkdaşları artıq Astara sərhəd keçid məntəqəsinə gəliblər. Tezadlar.az xəbər verir ki, hazırda onların sərhəd keçid məntəqəsindən keçidi təmin olunur. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqvermişdi. İranda isə ABŞ- ın hərbi əməliyyatları davam edir.

AK “Drujba” neft kəməri ilə bağlı vəziyyətdən xəbərdardır

Avropa Komissiyasının sözçüsü Olaf Gill qeyd edib ki, Brüsselin “hər söhbətin hər detalını” əhatə etməməsi, baş verənlərdən xəbərsiz olması demək deyil Brüssel Drujba neft kəməri ilə bağlı mövcud vəziyyətdən xəbərdardır. Tezadlar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Olaf Gill 6 martda keçirilən brifinqdə bildirib. “Və birinci məqam, nə baş verdiyini bilmədiyimizi iddia […]

“Hizbullah” Livanın şərqində İsrail komandoslarının hücumunu dəf edib – LBCI

israilll

Kanalın məlumatına görə, İsrail qoşunları əməliyyatlarını dayandırıb və geri çəkilib Şiə “Hizbullah” milisləri Livanın şərqindəki Nəbi Şit şəhəri yaxınlığındakı dağlıq əraziyə hücum edən İsrail komandos dəstəsi ilə döyüşüblər. Tezadlar.az bu barədə LBCI Livan televiziya kanalına istinadən xəbər verir. Kanalın məlumatına görə, toqquşma zamanı Radvan xüsusi təyinatlı dəstəsi düşmən qüvvələrinin hücumunu dəf etməyi bacarıb. Nəticədə, pusquya […]

ABŞ Tehrana qarşı Üçüncü Dünya Müharibəsi silah ehtiyatlarından istifadə edib?

ABSH silah

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü general Əbülfəzl Şekarçi bildirib ki, bu, Vaşinqtonu başqa bir ölkə ilə potensial münaqişədə həssas vəziyyətə salacaq ABŞ “Üçüncü Dünya Müharibəsi üçün” ehtiyatda saxlanılan silahlardan İrana qarşı istifadə edib. Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü general Əbülfəzl Şekarçi bildirib. “Amerikalılar bütün […]

Britaniya Zelenskinin İranla bağlı açıqlamalarından sonra onun üçün qorxur

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin İrandakı münaqişəyə müdaxilə cəhdini bağışlamayacaq. Tezadlar.az xəbər verir ki, britaniyalı hərbi analitik Aleksandr Merkuris bunu YouTube kanalında bildirib. “Tramp Zelenskini zəif hesab edir, lakin koalisiya ölkələrinə sanki onu gözləyirmiş kimi həyasızcasına məsləhətlər verir. Bu, dəlilikdir! Tramp bu “işğal”ı bağışlamayacaq”, – Merkuris qeyd edib. Ekspertin sözlərinə görə, Zelenski […]

İran ABŞ-ı məktəblərə və xəstəxanalara zərbə endirməkdə ittiham edir

Emir Said İrevani

ABŞ və İsrail İrana qarşı əməliyyatlarında qəsdən məktəbləri, xəstəxanaları və digər mülki infrastrukturu hədəf alırlar. Tezadlar.az xəbər verir ki, bu ittiham İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani tərəfindən irəli sürülüb. “Hava limanları, məktəbləri, xəstəxanaları… və digər mülki infrastruktur qəsdən hücuma məruz qalıb və dağıdılıb”, – diplomat bildirib. O, əlavə edib ki, idman obyektlərinə, […]

İran ABŞ administrasiyasına etimadını itirdiyini elan edib

Məecid Taxt Revanci

İran Amerika administrasiyasına etimadının itirilməsi səbəbindən ABŞ-la danışıqlar aparmağa cəhd etmir. Tezadlar.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi “France24”-ə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Vaşinqton təkcə Tehrana deyil, həm də diplomatiyaya xəyanət edib. Kanalın həmsöhbəti münaqişə başlayanda tərəflərin danışıqlar prosesində olduğunu xatırladıb. O, həmçinin İranın “bu təcavüz müharibəsini” […]

İran ABŞ və İsrailə “daha böyük möcüzələr” vəd edib

iran

İran Baş Qərargahının sözçüsü Əbülfəzl Şekarçi ABŞ və İsrailin “daha böyük möcüzələr” gözlədiyini bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Şekarçinin sözlərinə görə, İran ABŞ və İsrailə qarşı hücumları artırmaq niyyətindədir. Bu fonda o, düşmənlərinə “daha böyük möcüzələr” nümayiş etdirəcəyinə söz verib. “ABŞ və İsrail rejiminə qarşı hücumlarımız hər gün güclənəcək. […]

Tramp İranın qeyd-şərtsiz təslim olması üçün iki variantdan danışıb

İranın qeyd-şərtsiz təslim olması üçün iki variant var. Biri İslam Respublikasının döyüş qabiliyyətinin tamamilə itirilməsidir. Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu “Axios”-a verdiyi müsahibədə qeyd edib. “İran tərəfi bunu elan etdikdə qeyd-şərtsiz təslim ola bilər. Amma bu, artıq döyüşə bilmədikdə baş verə bilər”, – deyə Amerika lideri bildirib və əlavə edib ki, […]

Ağ Ev ABŞ-ın İrandakı əsas məqsədini açıqladı

Ağ Evin mətbuat katibi Kerolin Levit ABŞ-ın İrandakı əsas məqsədini açıqladı. Tezadlar.az bu barədə Fox News-a istinadən məlumat verir. Levittin sözlərinə görə, İrandakı hərbi əməliyyatlar Tehrandan Vaşinqtona olan təhlükəni birdəfəlik aradan qaldırmağa yönəlib. Bu məqsədlə Ağ Ev İranın ordusunu, silahlarını və nüvə proqramını məhv etmək niyyətindədir. “İran artıq Amerika Birləşmiş Ştatları, Yaxın Şərqdəki qoşunlarımız və […]

Pakistan Azərbaycanla həmrəylik nümayiş etdirdi

pakistan sefiri ()

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin İrandan pakistanlı vətəndaşların təxliyəsində davam edən köməyə görə Azərbaycana təşəkkür edib. Tezadlar.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. Məlumata görə, səfir Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla danışıq aparıb. “Mən Naxçıvana pilotsuz uçuş aparatlarının zərbələrini qətiyyətlə pisləyən Pakistanın mövqeyini təsdiqlədim. Pakistan Azərbaycanla və zərərçəkmiş vətəndaşlarla həmrəydir. […]

Ev çıxarışı olmayanlar da qeydiyyata düşə bilər

qeydiyyat

Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikdə öz əksini tapsa da buna əməl etməyənlər hələ də var. Bunun nəticəsidir ki, son vaxtlar hüquq mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırmalar gücləndirilib. Qanunların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.  Tezadlar.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Arslan Mikayılov bildirib ki, əgər vətəndaş hər hansı səbəbdən yaşayış […]

İran monarxının şəxsi həyatı: üç evlilik hekayəsi

aaafcecbf

İranın son hökmdarının şəxsi həyatı həm diqqəti, həm də tənqidi cəlb edib, çünki o, üç dəfə evli olub. Məhəmməd Rza Pəhləvi İranın sonuncu şahı, monarxiyanı müasir, Qərb üslublu bir dövlətə çevirməyə çalışan bir hökmdar olub. O, 1941-ci ildə taxta çıxıb və sürətli sənayeləşmə, neft sərvəti və genişmiqyaslı islahatlar dövründə təxminən qırx il hökmranlıq edib. Onun […]

Sabahın oruc vaxtları açıqlandı

Sabah Ramazan ayının on yeddinci günüdür. Tezadlar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:40-da, iftar vaxtı isə 18:53-dədir. İmsak duası: “Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!” Tərcüməsi: “İlahi, mənə […]

Pedro Bikalyo İtaliya klubunun hədəfində

img

İtaliyanın “Fiorentina” klubunun “Qarabağ”ın futbolçusu Pedro Bikalyo ilə maraqlandığı iddia olunub. Tezadlar.az xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Florensiya təmsilçisi braziliyalı yarımmüdafiəçini transfer etmək niyyətindədir. İddiaya görə, klub rəhbərliyi futbolçunun çıxışını yaxından izləyir, onun komandaya cəlb olunmasında maraqlıdır və yaxın günlərdə “Qarabağ”a rəsmi təklif göndəriləcək. “Qarabağ” futbol klubunun Mətbuat Xidmətindən Oxu.Az-ın […]

Naxçıvan hücumu: 4 dronun sirri

a

Xəbər verildiyi kimi, 5 mart tarixində İran Naxçıvana dron hücumu edib. Müdafiə Nazirliyi tərəfindən yayımlanan ilk açıqlamaya əsasən İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib, onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb […]

Gəncədə yol qəzası: “Chevrolet” TIR-a çırpıldı

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə Ş.İ.Xətai prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, “Chevrolet” markalı minik avtomobili “TIR” markalı yük maşını ilə toqquşub. İlkin məlumata görə, xəsarət alan şəxs xanım sürücüdür. Faktla bağlı arşadırma başlanılıb.

“Qarabağ”ın futbolçusu Avropa klublarının radarında

media addai bmrguntyozlpqh

“Qarabağ”ın legioneri Emmanuel Addai yeni mövsümə Top-5 liqalarından birində başlaya bilər. Tezadlar.az xəbər verir ki, İngiltərəyənin bir sıra klubları, eləcə də İtaliyanın “Napoli” və Almaniyanın “Ayntraxt”(Frankfurt) komandaları 24 yaşlı qanalı futbolçu ilə maraqlandıqlarını bildiriblər. Frankfurt artıq qış “transfer pəncərəsi” dövründə oyunçunu transfer etməyə çalışmışdı. Addainin “Qarabağ”la müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Onun bu yay […]

Sidik daşı əməliyyatı faciə ilə bitdi

bfacbfacbfabebfac

Gürcüstanda 23 yaşlı azərbaycanlı qadın əməliyyatdan sonra ölüb. Tezadlar.az xəbər verir ki, onun vəziyyəti Tbilisidə Urologiya Milli Mərkəzində pisləşib. Mərhumun yaxınları ölüm hadisəsində əməliyyatı aparan həkimini günahlandırırlar. “Gülə-gülə, zarafatla, yaxşı əhvali-ruhiyyədə xəstəxanaya gəldi, əməliyyat olundu və ertəsi gün vəfat etdi. Demişdim ki, əgər lazerlə əməliyyat risklidirsə, onda adi əməliyyat edək. Dedilər yox, heç nə olmayacaq, […]

Belçika Azərbaycana həmrəylik nümayiş etdirdi

https s.eu central .amazonaws.com media.my.ua admin cbf facf dd d deacea

Belçika İranın Azərbaycanın mülki infrastrukturuna personala aid şəxslərin yaralanması ilə nəticələnən dron hücumlarını qətiyyətlə pisləyir. Tezadlar.az xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib. “Belçika Naxçıvana dinc sakinlərin xəsarət alması və mülki infrastrukturun zədələnməsi ilə nəticələnən dünənki dron zərbələrini qətiyyətlə pisləyir. Mən Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyimi ifadə edirəm”, – […]

87 yaşlı kişi küçədə ölü halda aşkarlanıb

aebfaebfaebfeaebff

Lənkəranda küçədən meyit tapılıb. Tezadlar.az xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini 87 yaşlı İslam Xalıq oğlu Hətəmovun meyiti küçədə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.     Araşdırma aparılır.

London klubunda böhran dərinləşir

CTuDzySoslrcfTslzqohjMCpAfnoPGRiWq

Komanda artıq ardıcıl 11 liqa oyununda qalib gələ bilməyib ki, bu da klubun ən pis göstəricisidir. Martın 5-də “Tottenhem” Premyer Liqada daha bir məğlubiyyətlə üzləşib – bu dəfə İqor Tudorun komandası “Kristal Pelas”a 3-1 hesabı ilə məğlub olub. Qeyd etmək lazımdır ki, “Tottenhem” 28 dekabrın 28-dən bəri qalib gələ bilməyib: o vaxtdan bəri London klubu […]

BP: “Şəfəq-Asiman” layihəsi üzrə böyük ümidlərimiz var

db

BP şirkətinin qlobal strategiyası neft və qaz hasilatının artırılmasına yönəlib və bu baxımdan Azərbaycan şirkətin strateji planlarına tam uyğun gələn mühüm istiqamət kimi nəzərdən keçirilir. Tezadlar.az xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli bu gün keçirilən mətbuat konfransında bildirib. “Şirkətimizin qlobal miqyasda strategiyası neft və qaz hasilatının artırılmasından ibarətdir. […]

Gürcüstan və Türkiyədən Azərbaycanq gətirilən 73 tondan çox toxumluq kartofa “YOX!” deyildi

IMG

Gürcüstan və Türkiyədən Azərbaycana gətirilən 73 tondan çox toxumluq kartof məhv edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində “ROSTA M” MMC-nin Gürcüstandan idxal etdiyi 48 750 kq və fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğlunun Türkiyədən idxal etdiyi 24 800 kq toxumluq kartof […]

Aİ rəhbərindən Bakı səfəri – martın 11-də Azərbaycana gələcək

ce a de ed aa

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edəcək və bu, onun Bakıya ilk səfəri olacaq. Bu barədə Tezadlar.az-ın Avropa bürosuna Aİ Şurasının başçısının ofisindən bildirilib. “Səfər regional xarakter daşımır. Bu, Aİ Şurasının başçısının Azərbaycana ilk rəsmi səfəridir”, – Koştanın ofisindən qeyd ediblər.

İrana görə regionda gərginlik artır

media ebedfcfbbecaebecf fhysxqplrnctg

Avropa Şurasının (AŞ) Baş katibi Alen Berse bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) ilə Azərbaycana hücumu gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu göstərir. Tezadlar.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. “Həftənin əvvəlində mən Azərbaycan Prezidenti İlham Əliyevlə İranda və bütün Yaxın Şərqdə kəskinləşən böhranı, eləcə də onun Avropanın təhlükəsizliyi üçün nəticələrini müzakirə […]

Britney Spears və Mariah Careynin kino uğursuzluğu

aabbedeaabbedfaabbedbaabbedc

Bir çox musiqiçi səhnədə böyük populyarlıq qazandıqdan sonra kino aləmini də fəth etməyə çalışır. Lakin aktyorluq sənəti tamamilə fərqli bacarıqlar tələb edir və hər pop ulduzu kamera qarşısında inandırıcı görünə bilmir. Tezadlar.az xarici mediaya istinadən aktyorluq sınaqları uğursuzluqla nəticələnən 10 tanınmış musiqiçinin hekayəsini təqdim edir. “Maroon 5” qrupunun solisti Adam Levin “Yenidən başla”  musiqili dramı ilə kinoda debüt […]

Ferlan Mendi yenidən “Real”ın heyətində

img

İspaniyanın “Real” klubunun futbolçusu Ferlan Mendi təxminən iki aylıq fasilənin ardından yenidən yaşıl meydanlara qayıdır. Tezadlar.az “Diario AS”a istinadən məlumat verir ki, 30 yaşlı müdafiəçinin bu gün La Liqanın XXVII turunda keçiriləcək görüşdə meydana çıxması ehtimal olunur. Bundan əlavə, komandanın baş məşqçisi Alvaro Arbeloa “Selta”ya qarşı matçın əsas heyətində Mendiyə yer verməyi düşünür. Fransız futbolçu sonuncu […]

Aİ liderləri region ölkələri ilə İran böhranını müzakirə edəcək

photo

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen martın 9-da İran ətrafındakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə etmək üçün Yaxın Şərq ölkələrinin liderləri ilə videokonfrans keçirəcəklər. Tezadlar.az xəbər verir ki, bu barədə Aİ Şurası rəhbərinin mətbuat katibi bildirib. Onun sözlərinə görə, onlayn görüş regiondakı cari vəziyyətin qiymətləndirilməsi […]

Tramp İranın yeni lideri üçün tələbləri açıqladı

Vaşinqton İranın yeni liderini, hətta dindar olsa belə, qəbul edəcək, bir şərtlə ki, ABŞ, İsrail və digər Yaxın Şərq ölkələrinə yaxşı münasibət göstərsinlər. Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu CNN-ə verdiyi müsahibədə bildirib. “Ədalətli və dürüst bir lider olmalıdır. O, əla iş görəcək. O, ABŞ və İsrailə, eləcə də digər Yaxın Şərq […]

SON DƏQİQƏ: Netanyahu İrana yeni hücumlar elan etdi

İsrailin Baş naziri Benyamin Netanyahu İranın İsrailin yeni hücum dalğası ilə üzləşdiyini açıqladı. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Beer-Şevada İranın raket qəzası baş verən yerdəki çıxışı zamanı o, İranın İsraildən yeni hücumlarla üzləşdiyini bildirib. O, həmçinin əlavə edib ki, İsrail ordusunun hücum üçün lazım olan hər şey “bol”dur. “Hücum üç […]

Jeffrey Epstein Rusiyaya işləyib?

aadcfaaadcfbaadcfaadcf

Mübahisəli maliyyəçi Ceffri Epşteyn Kremlin agenti ola bilər. Yeni “Gizli əlaqələr” verilişi, bu iddiaların təsdiqini axtararaq Epşteynin son sənədlərindən təxminən üç milyonunu təhlil edib. Tezadlar.az bildirir ki, bu “Daily Mail”in araşdırması zamanı ortaya çıxıb. Jurnalistlər Epşteynin Rusiya kəşfiyyatı üçün honeytrap əməliyyatları təşkil edib-etmədiyini araşdırıblar – bu, nüfuzlu şəxslər haqqında gizlədilən məlumatlar əldə etmək üçün istifadə edilən […]

Ayaqqabıda pis qoxuya son: mütəxəssislər maraqlı üsul açıqladı

XewWOIqzNfUUjB file

Ayaqqabıda yaranan xoşagəlməz qoxunu aradan qaldırmağa kömək edən maraqlı bir vasitə var. Biz adətən yuyucu tozdan yalnız paltarların yuyulması üçün istifadə edirik, lakin o, ayaqqabılar üçün də olduqca faydalıdır.  Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yuyucu tozun tərkibinin uzun müddət geyinilən krossovka və ya botlarda yaranan xoşagəlməz qoxunu tez bir zamanda aradan qaldırmağa kömək […]

Süni intellektin “xaç atası”ndan yeni təklif: Sistemlərə ana instinkti yerləşdirilsin

c e dfe

Süni intellekt sahəsinin xaç atası kimi tanınan doktor Geoffrey Hinton bildirib ki, süni intellektin bəşəriyyət üçün potensial təhlükəsinin qarşısını almaq üçün tamamilə yeni yanaşma lazımdır. Onun fikrincə, superintellekt səviyyəsinə çata biləcək sistemlərə daxili “ana instinktləri” yerləşdirilməlidir. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə alim Las-Veqasda keçirilən Ai4 sənaye konfransında çıxışı zamanı danışıb. Süni intellekt texnologiyalarının […]

İran qızlar məktəbinə hücumla bağlı TƏFƏRRÜATLAR

İran qizlar mektebi

ABŞ-ın hərbi müstəntiqləri məktəbə hücumu ABŞ ordusunun həyata keçirə biləcəyi qənaətinə gəliblər. Tezadlar.az bu barədə “Reuters”ə istinadən xəbər verir. “Reuters” mənbələrə istinadən xəbər verir ki, ABŞ hərbi müstəntiqləri araşdırmaları zamanı İranda qızlar məktəbinə hücumu ABŞ ordusunun həyata keçirə biləcəyi qənaətinə gəliblər. Fars xəbər agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, İran hakimiyyəti Minabda qızlar ibtidai məktəbinə […]

Ferlan Mendi yenidən “Real”ın heyətində

İspaniyanın “Real” klubunun futbolçusu Ferlan Mendi təxminən iki aylıq fasilənin ardından yenidən yaşıl meydanlara qayıdır. Tezadlar.az “Diario AS”a istinadən məlumat verir ki, 30 yaşlı müdafiəçinin bu gün La Liqanın XXVII turunda keçiriləcək görüşdə meydana çıxması ehtimal olunur. Bundan əlavə, komandanın baş məşqçisi Alvaro Arbeloa “Selta”ya qarşı matçın əsas heyətində Mendiyə yer verməyi düşünür. Fransız futbolçu sonuncu […]

Bu bürclər hisslərini açmır: astroloqlardan maraqlı açıqlama

Əqrəblər, Oğlaqlar, Balıqlar və Dolça bürcləri əsl hisslərini gizlədirlər. Astroloqlar onların gizli emosiyalarını və sirlərini açıqlayırlar. Əqrəb bürclərinin hər kəsi həmişə necə axmaq vəziyyətdə saxladığını heç görmüsünüzmü? Tezadlar.az xəbər verir ki, onlar gözlənilməz dönüşləri olan cazibədar detektiv hekayəsi kimidirlər, amma həll etmək asan deyil. Əqrəb – sirlərin əsl qoruyucusudur 23 oktyabr – 21 noyabr tarixləri arasında […]

Ermənistan və Türkiyənin xarici işlər naziri telefon danışığı aparıb

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlər Yaxın Şərqdəki hadisələri müzakirə edərək, vəziyyətin davamlı olaraq gərginləşməsindən narahatlıqlarını ifadə ediblər. Hər iki tərəf regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının vacibliyini vurğulayıb.

Binali Yıldırım: “Qardaş Azərbaycana edilən hücum hamımıza edilmiş sayılır”

aaecaaecaaaecaaec

“Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Ramazan ayınız mübarək olsun. Qarşıdan gələn bayramların bütün insanlara sevinc və bərəkət gətirməsini arzulayıram. Naxçıvana İran hava məkanından həyata keçirilmiş PUA hücumunu qətiyyətlə və şiddətlə pisləyirəm. Bu cür təxribat xarakterli addımlar təkcə bir bölgənin deyil, bütün bölgənin gələcəyinə, sülh və sabitlik arzusuna zərbə vurur. Qafqazda sülh mühitinin və qardaşlıq ruhunun […]

Tramp növbəti hədəfini açıqladı

ABŞ prezidenti Donald Tramp Kubanın “tezliklə süqut edəcəyini” bildirib. Tezadlar.az bildirirki, o, bu açıqlamanı CNN-ə verdiyi müsahibədə verib. “Yeri gəlmişkən, Kuba tezliklə süqut edəcək. Bu, birbaşa əlaqəli deyil, amma Kuba da süqut edəcək. Onlar çox razılaşmaq istəyirlər… ona görə də mən ABŞ Dövlət Katibi Marko Rubionu ora göndərəcəyəm və görək nə olacaq”, – deyə Ağ […]

Azərbaycanın “Avroviziya 2026” seçimi tamamlandı

aaeffaaefaaefdaaefe

Azərbaycanı “Avroviziya 2026” mahnı müsabiqəsində JIVA təmsil edəcək. JIVA (Cəmilə Həşimova) — güclü vokalı və səmimi ifaları ilə tanınan azərbaycanlı müğənnidir. Tezadlar.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib. Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində 2-ci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə […]

Zelenski həlak olan USQ əsgərlərinin xatirəsinə bir dəqiqəlik sükut haqqında qanun imzaladı

Ukrayna prezidenti Vladimir Zelenski həlak olan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin xatirəsinə rəsmi olaraq gündəlik sükut dəqiqəsi təsis edən qanun imzalayıb. Tezadlar.az xəbər verir ki, sənəd Ali Radanın saytında dərc edilib. Qanunda hər gün saat 9:00-da bir dəqiqəlik sükut qeyd olunacağı nəzərdə tutulur. Sənəddə dövlət qurumları və media qurumlarından ritualın başlanğıcı və sonu barədə məlumat vermələri […]

SON DƏQİQƏ: Tramp İranın qeyd-şərtsiz təslim olmasını tələb etdi

Amerika lideri İslam Respublikası ilə hər hansı digər razılaşmanı istisna edib ABŞ prezidenti Donald Tramp İranla respublikanın qeyd-şərtsiz təslim olmasından başqa hər hansı bir razılaşmanı istisna edib. “İranla qeyd-şərtsiz təslim olmaqdan başqa heç bir razılaşma olmayacaq”, – Tezadlar.az xəbər verir ki, Amerika lideri Truth Social-da yazıb. E.ŞİRİNOV

İlham Əliyev Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik etdi

KKQTTSZPJXAVYGJZB main

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Tezadlar.az xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu […]

Avropa İttifaqı xəbərdarlıq etdi: Münaqişə regiondan kənara çıxa bilər

KxmlCAUbcJAxCCutsbYflVOEMnoaZtIfJ

Avropa İttifaqı (Aİ) İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumlarını qətiyyətlə pisləyərək, mülki infrastruktura zərbələri qəbuledilməz adlandırıb və münaqişənin Yaxın Şərqdən kənara çıxması riski ilə bağlı xəbərdarlıq edib. Tezadlar.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Ənuni Brüsseldə keçirilən brifinqdə cavab verərkən bəyan edib. “Biz İranın Fars körfəzi ölkələrinə, Türkiyəyə, eləcə […]

“Bağırov” körpüsündə metal yüklü maşın problem yaratdı-VİDEO

esass

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü üzərindən geriyədönmədə yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.  Bildirilib ki, hərəkət zamanı yük avtomobilinin üzərində olan yükün bir hissəsi yola aşıb. Nəqliyyatın hərəkətində yaranan çətinliyin qısa müddətdə həll edilməsi və yükün yoldan götürülməsi üçün yol […]

Əli Xameneinin bunkerinin dağıdılması videosu yayıldı

İrannn

İsrail ordusu İranda ölkənin ali lideri Əli Xameneinin yeraltı bunkerini məhv edib. Tezadlar.az  xəbər verir ki, bu barədə Israil Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. IDF-in məlumatına görə, İranın keçmiş ali liderinin yeraltı bunkeri bu səhər İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib. Ordu qeyd edir ki, təxminən 50 qırıcı təyyarə obyektə 100-ə yaxın bomba […]

“Dövlət sektoru üzrə fəal ixracatçı” “AzerGold” oldu – FOTO

azgold

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirilib. Tezadlar.az  xəbər verir ki, forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar […]

“Turkish Airlines” və “Pegasus” aviaşirkətləri İrana uçuşları ləğv edib

“Turkish Airlines” şirkəti İrana uçuşları martın 20-dək, “Pegasus” aviaşirkəti isə martın 12-dək ləğv edib, digər şirkətlər isə ən azı martın 9-dək reyslər həyata keçirməyəcək. Tezadlar.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu məlumat verib. Nazir “X” sosial şəbəkə hesabında yazıb ki, hazırda ‘Turkish Airlines’, ‘AJet’, ‘Pegasus’ və ‘SunExpress’ […]

SABUNÇU PROKURORLUĞU MƏHKƏMƏNİN 26 QƏRARINI NİYƏ İCRA ETMİR?-BAŞ PROKURORA ŞOK ŞİKAYƏT

«Təzadlar»ın ötən buraxılışlarında xüsusi diqqət yetirdiyi bu problem barədə qısa da olsa məlumat vermişdik. Məsələ çox sadədəir: ortadaməhkəmənin xüsusi qərarı var, deməli, icra olunmalıdır! Amma bu sadə məsələni mürəkkəbləşdirən var. Onun adı Sabunçu rayon prokuroru Murad Dadaşovdur! Söhbət ondan gedir ki, elə bil bəzi məmurlar nə etdiklərinin fərqində olmadan yol verdikləri qanunsuzluğun məsuliyyətini vecə belə […]

“Gözləntimiz bu rejimin devrilməsidir”- İNANILMAZ İDDİA

“Gözləntimiz bu rejimin devrilməsidir”. Bunu İsrailin tanınmış müxalifət lideri, keçmiş müdafiə, xarici işlər və maliyyə naziri Aviqdor Liberman AzadlıqRadiosunun hazırda Təl-Əvivdə olan jurnalisti Rey Förlonqa deyib. Tezadlar.az xatırladır ki, o, müharibənin “çox yaxşı” getdiyini deyib, amma əsas məsələnin yekun nəticəyə bağlı olduğunu vurğulayıb. “Hər gün vəhşiliklər görürük. Etirazlar zamanı da vəhşilikləri gördük. Məncə bu, azad […]

İran yeni ali dini liderin seçilməsi niyə təxirə saldı?

İranda ali dini lider Ayətullah Əli Xameneinin varisinin təyin edilməsi təxirə salınıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri iki İran məmuruna istinadən məlumat verib. Bildirilib ki, bu qərar ABŞ və İsrailin yeni dövlət başçısının da hədəfə çevrilə biləcəyi bəyanatlarından sonra təhlükəsizlik səbəbləri ilə əlaqəli olub. Mənbələrin sözlərinə görə, Ayətullah […]

“İran tərəfi ciddi şəkildə söz verdi, ən qısa müddətdə nəticələri gözləyəcəyik”

“Dünən İran tərəfindən Naxçıvana edilən dron hücumu ilə bağlı İran XİN rəhbəri ilə bir neçə dəfə təmasımız oldu”. Tezadlar.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoi ilə birgə keçirilən mətbuat konfransında deyib. Sitat: “Bir daha demək istərdim ki, Azərbaycan tərəfinin bu məsələdə mövqeyi aydındır. Dünən İran XİN rəhbəri […]

“Səfirlik və Təbrizdəki Baş Konsulluğun təxliyəsi barədə göstəriş verilib”

aaaeccdfaaaecceaaaeccddaaaeccde

Nəhayət, dünənki məlum hdisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki Baş Konsulluğunun təxliyəsi barədə göstəriş verilib. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X” platformasında paylaşım edib. Sitat: “Son 3 ildə (2023-2026) artıq ikinci təxliyə”. Qeyd: Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri […]

Yük mşını avtobusla toquşdu-YARALILAR VAR

Martın 6-da saat 07:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsi səbəbindən Bakı-Şamaxı yolundan çağırış daxil olub. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin, Kliniki Tibbi Mərkəzin və Respublika Neyrocərrahiyyə Xəstəxanasından verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müştərək travma diaqnozu ilə 3 nəfər […]

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində daha 600 hərbçi təhvil verildi

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya tərəfi Kiyevə 300 əsiri geri qaytarıb. Əvəzində Ukrayna Moskvaya 300 rusiyalı əsiri təhvil verib. Qeyd edək ki, əsir mübadiləsi ilə bağlı razılaşma fevralın sonunda Cenevrədə keçirilən danışıqlar zamanı əldə olunub. Martın 5-də Moskva ilə Kiyev […]

İranın hərbi bazalarının sursatı əsasən məhv edilib- EHTİYAT TÜKƏNİR

İran vacib hərbi gücdən məhrum edilib və getdikcə zəifləyir. Tezadlar.az xatırladır ki, “İran tərəfi Vaşinqtonla razılaşma əldə etmək üçün əlaqə saxlayır, lakin ABŞ hazırda danışıqlardan daha çox hərbi əməliyyatlara üstünlük verir”,- deyən ABŞ prezidenti Donald Tramp daha sonra İranın vəziyyətini belə qiymətləndirib: “Onlar zəng edib soruşurlar ki, razılaşmanı necə əldə etmək olar? Mən isə cavab […]

İran səfiri buna görə XİN-ə çağrılmışdır- SƏBƏB BUDUR

İran İslam Respublikasının ərazisindən dünən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib, 4 nəfər xəsarət alıb. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu, qəbuledilməzdir: “Azərbaycan dövlətinin mövqeyi dünən çatdırılıb, İran […]

“Neftçi” bu iddiaları təkzib etdi…

“Neftçi” klubu futbolçusu Murad Məmmədovun Kipr təmsilçisi “Aris”in maraq dairəsinə düşməsinə münasibət bildirib. Bu barədə mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı mediaya  açıqlama verib. Tezadlar.az xatırladır ki, o, yazılanların həqiqəti əks etdirmədiyini söyləyib:”Murad Məmmədov “Neftçi”nin yetirməsidir, hazırda da müqavilə ilə kluba məxsusdur. Adı bir çox klubla yanaşı hallansa da, bütün bunlar həqiqəti əks etdirmir. Heç bir […]

Bu şəxslər İrana casusluqda şübhəli bilinərək həbs edildilər

Londonda İrana casusluqda şübhəli bilinən 4 nəfər həbs olunub. Tezadlar.az “The Times of Israel”ə istinadən xəbər verir ki, Britaniya polisi Londonun yəhudi icması ilə bağlı məkanların və şəxslərin izlənilməsi üzrə araşdırmadan sonra İrana casusluq etməkdə şübhəli bilinən 4 nəfəri həbs edib. Məlumata görə, onlardan biri İran vətəndaşıdır, digər üç nəfər isə İran-Britaniya ikili vətəndaşlığa sahibdir. […]

“Kiyevin məsuliyyəti öz üzərinə götürmək vaxtı çoxdan çatıb” – Peskov

Kiyevin məsuliyyəti öz üzərinə götürməsi və danışıqların uğurla keçməsi üçün hər şeyi etməsi vaxtı çoxdan gəlib çatıb. Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu “Vesti” jurnalisti Pavel Zarubinə verdiyi şərhdə qeyd edib. “Putinin dediyi kimi, danışıqlarda elə bir an çoxdan gəlib çatıb ki, Kiyevdə kimsə məsuliyyəti öz üzərinə götürməlidir. İdeyaca, bu,  Zelenski olmalıdır […]

Ədəbiyyat İnstitutunun əməkdaşı məzunu olduğu məktəbin himninin sözlərini yazıb

abbadb ae ae a cbe

Ədəbiyyat İnstitutunun baş mütəxəssisi orta məktəb üçün himnin sözlərinin müəllifidir… AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elektron xidmətlər” şöbəsinin baş mütəxəssisi Zərifə Qasımova məzunu olduğu Xətai rayonundakı 64 saylı tam orta məktəbin himninin sözlərinin müəllifidir. “64 saylı məktəbin himni” adlı əsərin musiqisi həmin təhsil müəssisəsinin müəllimi Mətanət Tomayevaya məxsusdur. Məktəbin jurnalında verilən məlumata görə, təhsil ocağının […]

İndoneziyalıların da təxliyəsi Azərbaycan vasitəsilə ediləcək – əksəriyyəti Qumda təhsil alanlardı

iran serhed

İndoneziya bu gündən vətəndaşlarını Azərbaycan vasitəsilə İrandan təxliyə etməyə başlayacaq. Tezadlar.az  xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyinin rəsmisi Heni Həmidah jurnalistlərə açıqlama verib. “Təxliyə prosesi bu gündən etibarən mərhələli şəkildə başlayacaq və ilk mərhələ Azərbaycan vasitəsilə həyata keçiriləcək”,-deyə o bildirib. Onun sözlərinə görə, 32 nəfərdən ibarət ilk qrupun bazar ertəsi və ya […]

“Azərbaycan çörəyi haramın olsun”-HƏMİD HERİSÇİYƏ SƏRT SÖZLƏR

Həmid Herisçinin ötən günkü sosial şəbəkə çıxışı sərt qınanmaqdadır. Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin tə Prezidenti Rasim Məmmədov yazıçının mövqeyinə sərt münasibət bildirib. Rasim Məmmədov Həmid Herisçiyə sərt sözlərlə “Azərbaycan çörəyi haramın olsun”-deyərək onu qınayıb. Tezadlar.az xatırladır ki, Həmid Herisçinin özünün “Facebook” hesabında paylaşım edərək Xomeneinin portreti qarşısında çıxış etməsi və İranın dron hücumları ilə bağlı səsləndirdiyi […]

DTX-də cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib – bu şəxslərə hökm oxunub

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində baş tutub. Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və […]

HƏCC ZİYARƏTİ TƏXİRƏ SALINIR? -TƏCİLİ

“Baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması hələki gözlənilmir”. Tezadlar.az xatırladır ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri mediaya məlumat verib. O bildirib ki, həcc ziyarətinin tarixi sabit olur, dəyişmir: “Gündəmdə müharibə ilə bağlı heç nə yoxdur, proses normal formada davam edir. Müharibə qeydiyyat prosesinə […]

Nazir Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüşüb

A.JPG

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüş keçirib. Nazirlikdən tezadlar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və “Palantir” platformalarının Afrikada tətbiqi üzrə […]

Oğurluq məqsədilə mənzillərin qapısını döyür, boş evlərin fotoşəkillərini çəkir… – VİDEO

Oğurluq məqsədilə mənzillərə daxil olmağa cəhd edən şəxs saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında bildirilib. Belə ki, paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli […]

“Sabahın alimləri” mükafatlandırıldı – FOTO

banm sabahinalim

Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. Tezadlar.az  xəbər verir ki,  bu barədə BANM-ın rektoru Elmar qasımov sosial media hesabında paylaşım edib. “Tədbirdə elm və təhsil nazirinin müavinləri Kənan Kərimzadə və Firudin Qurbanov çıxış etdilər.  Bakı Ali Neft Məktəbində belə mötəbər tədbirə ev sahibliyi etməkdən qürur duyuruq. Sevindirici haldır […]

ABŞ-ın İrana qarşı 4 günlük hərbi əməliyyatında itkiləri 3,7 milyard dollar olub!

ABSH ordusuu

ABŞ İrana qarşı hərbi əməliyyatların ilk 100 saatında 3,7 milyard dollar itirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, əməliyyatların yeni başladığı günlərdə ABŞ-ın gündəlik maddi itkisi 891,4 milyon dollar həcmində hesablanıb. Hesabatda ABŞ-ın əməliyyatları davam etdirmək üçün daha çox vəsaitə ehtiyac duyacağı qeyd olunub. Bundan sonrakı itkilər nə qədər olacaq, bəlli deyil. Amma Tramp hesab […]

Vəkillər Kollegiyası 5 vəkillə bağlı qərar qəbul etdi

vekil ()

Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıından xaric edilib. Tezadlar.az   xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. Bundan başqa, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmək tapşırılıb, 3 vəkil isə cərimələnib.

Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib – FOTO

hhq kurs

Cari ilin hazırlıq planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə  mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib. Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad […]

“OBA” marketlər şəbəkəsi təltif edildi

oba teltif

İqtisadiyyat Nazirliyində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum təşkil olunub. Tezadlar.az  xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər. Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası […]

“Tehranın davranışda fundamental dəyişikliklərə ehtiyacı var”

iran

Azərbaycanın mehriban qonşuluq siyasəti müqabilində İranın nankor və riyakar davranışı təəssüf doğurmaqla yanaşı, bir sıra mühim sualları gündəmə gətrir. Molla rejiminin belə riyakar siyasəti İrana nə verir? Tezadlar.az  xəbər verir ki,  bunu iqtisadçı-deputat Vüqar Bayramov bildirib. O, vurğulayıb ki, qonşular ilə zidiyyət formatını seçən İranın böyük enerji ehtiyatlarına malik olmasına baxmayaraq, ölkə hələ də aşağı-orta […]

“Əgər ABŞ İrana quru qoşunları ilə hücum etsə, böyük fəlakət baş verəcək”

İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi bildirib ki, Tehran ABŞ-la danışıqlar üçün heç bir səbəb görmür və atəşkəs tələb etmir. Tezadlar.az xəbər verir ki, bu barədə o, NBC News-a verdiyi müsahibəsində qeyd edib. Nazirin sözlərinə görə, əgər ABŞ İrana quru qoşunları ilə müdaxilə etməyə qərar verərsə, İran buna hazırdır: “Biz onları gözləyirik. Əminik ki, […]

İran niyə iflasa məhkumdur?- SİYASİ ŞƏRH

İran Xamnei

…Qərb dinə qarşı çıxmadı. Qərb dövlətin Tanrı adına danışmasına qarşı çıxdı. Avropa imanını itirdiyinə görə sekulyar olmadı. Avropa milyonlarla insan itirdiyinə görə sekulyar oldu. Məsələn, mənim 22 ildir ki, yaşadığım İsveçrədə elə kontonlar var ki ikiyə bölünüb. Niyə? Protestantlar və katoliklər davamlı qırğınlardan sonra ərazini öz aralarında bölüblər: katoliklər bir tərəfdə məskunlaşıb, protestantlar digər tərəfdə. […]

İran Hərbi Dəniz Qüvvələrinin ən yaxşı hissəsi məhv edilib – Heqset

Pentaqon rəhbəri qeyd etdi ki, bu məqsədə “Epik Qəzəb Əməliyyatının cəmi bir neçə günü ərzində” nail olunub ABŞ İran Hərbi Dəniz Qüvvələrinin “ən yaxşı hissəsini” məhv edib. Tezadlar.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset bu iddianı Floridada keçirilən mətbuat konfransında bildirib. “Epik Qəzəb Əməliyyatının cəmi bir neçə günü ərzində siz (ABŞ Mərkəzi Komandanlığının […]

Tramp ABŞ vətəndaşlarının Naxçıvana səfərinə qadağa qoydu- SƏBƏB

IMG

Ötən günkü hadisədən sonra ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat yer alıb.  Tövsiyə İranın Naxçıvana dron hücumundan sonra verilib. Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və adi konsulluq xidmətləri davam edir. […]

Tramp Karlsonu İrandakı vəziyyətlə bağlı fikir ayrılığına görə tənqid etdi

ABŞ prezidenti Donald Tramp tanınmış amerikalı jurnalist Taker Karlsonu Vaşinqtonun İrana qarşı hərbi əməliyyatı ilə bağlı fikir ayrılığına görə tənqid edib. Tezadlar.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. Tramp hesab edir ki, Karlson “Amerikanı yenidən böyük et” (MAGA) prinsipini başa düşmür. ABŞ prezidenti əlavə edib ki, jurnalist “özünü itirib”. “Mən bunu çoxdan […]

Vagenknext Merzi İrana qarşı ikili standartlarda günahlandırdı

Almaniyanın “Sara Vagenknext Ağıl və Ədalət Birliyi” (BSW) partiyasının təsisçisi kansler Fridrix Mertsi sərt tənqid edərək onu ikiüzlülükdə günahlandırıb. Siyasətçi bildirib ki, ABŞ-ın Almaniya ərazisindəki hərbi obyektlərindən İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməsinə icazə verməklə, Almaniya hökuməti faktiki olaraq ölkəni silahlı münaqişəyə sürükləyir və onu cavab zərbələri üçün qanuni hədəfə çevirir. “Məqbul olan […]

Qərb İranın ABŞ və İsrailə qarşı gözlənilməz addımına münasibət bildirib

iran

İranın radar stansiyalarına endirdiyi zərbələr ABŞ və İsrailin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb. Tezadlar.az xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson bunu Helsinki Universitetinin professoru Qlenn Dizenin YouTube kanalında bildirib. “Əhəmiyyətli olan odur ki, ABŞ və müttəfiqləri çoxqatlı hava hücumundan müdafiə sistemindən istifadə edirlər. Bir piramida təsəvvür edin. Bu radarlar erkən […]

Tramp Ukraynanın İrandakı əməliyyatda iştirakına razılıq verdi

IMG

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin ölkənin İrandakı hərbi əməliyyatda iştirakı ilə bağlı təklifini qəbul edib. Tezadlar.az xəbər verir ki, o, bunu “Reuters” agentliyinə verdiyi müsahibədə təsdiqlədi. “Əlbəttə ki, mən istənilən ölkədən istənilən yardımı qəbul edəcəyəm”, – deyə Ağ Ev rəhbəri bildirib. 4 mart axşamı Zelenski qoşunlarını Yaxın Şərqə göndərmək qərarını açıqlayıb. O, […]

ABŞ Çinə qarşı ciddi tələb irəli sürüb

ABŞ-ın maliyyə naziri Skott Bessent son günlərdə keçmiş Amerika rəsmiləri, biznes liderləri və siyasət analitikləri ilə şəxsi məsləhətləşmələr aparıb və görüş zamanı Çini ABŞ-dan daha çox, Rusiyadan isə daha az neft almağa inandırmaq üçün davam edən səylərdən danışıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Bessent martın ortalarında Parisdə Çinli […]

İtaliya Tehrandakı səfirliyini təxliyə etdi

İtaliya Tehrandakı səfirliyinin bütün işçilərini təxliyə edib. Tezadlar.az xəbər verir ki, “RİA Novosti” bu barədə İtaliya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. “Bütün işçilər və onların ailələri, təxminən 50 nəfər Azərbaycana təxliyə edilib”, – agentliyin mənbəsi bildirib. Daha əvvəl Azərbaycan Dövlət Sərhəd Xidməti 260-dan çox Rusiya vətəndaşının İrandan Azərbaycanla sərhədi keçərək təxliyə edildiyini bildirmişdi. […]

Trampdan Kubaya qarşı təhdid dolu açıqlama

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Kuba hökumətinin süquta uğraya biləcəyini iddia edir. Tezadlar.az xəbər verir ki, o, öz fikrini “Politico”-ya verdiyi müsahibədə bildirib. “Kuba da süquta uğrayacaq. Biz neft tədarükünü, pul tədarükünü, yeganə mənbə olan Venesueladan bütün tədarükləri kəsdik. Onlar razılaşmaq istəyirlər”, – deyə Ağ Ev rəhbəri bildirib. Tramp həmçinin Kuba hökumətinin köməyə ehtiyacı […]

Abbas Əraqçi ABŞ və İsraili dəstəkləyən ölkələri hədələdi

İran xarici işlər naziri bildirib ki, İslam Respublikası ilə münaqişəyə son qoymasalar, müharibəyə girəcəklər. “Uzun müddətdir bu müharibəyə hazırlaşan güclü İran silahlı qüvvələri göstərəcək ki, bu müharibəni davam etdirmək istəyən hər kəs özünü bataqlıqda tapacaq. Biz bu ABŞ hökuməti ilə iki dəfə danışıqlar aparmışıq və hər iki dəfə danışıqlar zamanı hücuma məruz qalmışıq. Bu qan […]

İran XİN-dən Rusiyanın ABŞ-la müharibədə köməyi barədə açıqlama

Rusiya və Çin İrana “siyasi və digər cəhətdən” dəstək verirlər. Tezadlar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu NBC-yə verdiyi müsahibədə bildirib. Jurnalist bunun ABŞ və İsrailin hücumları başladıqdan sonra hərbi yardıma aid olub-olmadığını soruşub. Əraqçi cavab olaraq qeyd edib ki, İranın Rusiya və Asiya ölkələri ilə hərbi əməkdaşlığı sirr deyil və […]

İsrail və ABŞ-ın İranın şimalındakı hücumlarında 17 nəfər ölüb

İranda part

İsrail və ABŞ-ın İranın şimalındakı Zəncan əyalətində yol kənarındakı kafe və körpüyə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər ölüb. Tezadlar.az xəbər verirki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, daha azı 12 nəfər yaralanıb. E.ŞİRİNOV

Məşhur futbolçunun həyat yoldaşı kapitan pilot oldu

sabri sarioglu nun esi kaptan pilot oldu amp

Keçmiş milli futbolçu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu bir hava yolu şirkətində kapitan pilot kimi işə başlayıb və əri ilə birlikdə ABŞ-a uçuş edib.  Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, keçmiş milli futbolçu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu aviasiya karyerasında mühüm bir addım atıb. Yağmur Sarıoğlunun bir hava yolu şirkətində kapitan pilot kimi […]

Qazaxıstan Prezidenti: Azərbaycana hücumu qətiyyətlə pisləyirik

ac cc a defcec

Qazaxıstan Prezident Kasım-Jomart Tokayev İranın Naxçıvan şəhərindəki hava limanına pilotsuz uçuş aparatlarının hücumuna münasibət bildirib. Tezadlar.az xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov deyib ki, Kasım-Jomart Tokayev qardaş, müttəfiq Azərbaycana qarşı bu aktı qətiyyətlə pisləyir. “Eyni zamanda, dövlət başçısı hadisənin İranla birgə hərtərəfli araşdırılmasına, eləcə də regionda gərginliyin artmaması üçün münaqişə vəziyyətinin diplomatik […]

İran böhranı böyüyür

.

Böyük Britaniya İranın hücumlarını dəf etməyə yardım göstərmək üçün 4 “Typhoon” qırıcısını regiona göndərəcək. Tezadlar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer mətbuat konfransında bildirib. “Bu təyyarələr Qətərdə və regionda müdafiə əməliyyatlarına qatılacaq”, – Starmer qeyd edib. Baş nazir, həmçinin “HMS Dragon” hərbi gəmisi, dron əleyhinə mübarizə apara bilən helikopterlərin və […]

12 min tamaşaçılı arena raket zərbəsi ilə darmadağın edildi

“Azadi Sports Complex” ərazisində yerləşən 12 min tamaşaçı tutumlu qapalı idman arenası ABŞ və İsrailin hava zərbələri nəticəsində tamamilə dağıdılıb. Tezadlar.az xəbər verir ki, zərbə nəticəsində arenanın bütün bölmələri məhv olub. Kompleksin yaxınlığında yerləşən bəzi binalar və idman obyektləri də ciddi ziyan görüb. Yayılan peyk görüntüləri idman arenasının böyük hissəsinin dağıldığını və obyektin demək olar […]

Ərdoğan: “Qardaş Azərbaycanın yanındayıq”

afdbfaafdbfbafdbfafdbf

Martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Tezadlar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Türkiyə Prezidenti İrandan Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib. Dövlətimizin başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Onlarla ölkənin vətəndaşı İrandan Azərbaycana keçdi

siOlnthsqHYaNfLOumQDcTcdJSvgYQJeLSZA

ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1341 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub. 10:36 ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub. Tezadlar.az-ən əldə etdiyi məlumata əsasən, onlar 45 ölkənin vətəndaşlarıdır. Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat […]

Paşinyan kritik iclas keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan regiondakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. İclasda ölkə Prezidenti Vaaqn Xaçaturyan, parlament sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər. “Regionda təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub”, – məlumatda bildirilib. N.Paşinyan […]

Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron müzakirələri aparılıb

IMG

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı nazir Ceyhun Bayramov, İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn […]

Serdar Ortaç: “Allah məni sınağa çəkir”

afdafdafdafd

Türkiyə pop musiqisinin tanınmış siması Serdar Ortaç uzun illərdir mübarizə apardığı dağınıq skleroz (Multiple Skleroz, qısaca MS kimi tanınan xəstəlik, mərkəzi sinir sisteminin – yəni beyin və onurğa beyninin xroniki, immunoloji bir xəstəliyidir – red.) xəstəliyinin ağırlaşan fəsadları ilə yenidən gündəmə gəlib. Tezadlar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Bursada bir məkanın açılışına qatılan sənətçinin son görüntüləri pərəstişkarlarını […]

Aşpazların gizli üsulu

Wok cooking and the heat source by The Pocket in Nanjing

Hər kəs köhnə bir paket dəfnə yarpağını açanda yaşanan məyusluğu yaxşı bilir: qoxu demək olar ki, yox olur, aromat isə tozlu və zəif hiss edilir. Nəticədə yemək də gözlənildiyi kimi alınmır. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, peşəkar aşpazlar isə ədviyyənin ətirini qorumağın yolunu çoxdan tapıblar. Onlar bunu əksər evdar xanımların etdiyi kimi etmirlər. Ən böyük […]

Dəfnə yarpağını soyuducuya qoyun, fərqi görün

bacdceabacdcebbacdcebacdce

Hər kəs köhnə bir paket dəfnə yarpağını açanda yaşanan məyusluğu yaxşı bilir: qoxu demək olar ki, yox olur, aromat isə tozlu və zəif hiss edilir. Nəticədə yemək də gözlənildiyi kimi alınmır. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, peşəkar aşpazlar isə ədviyyənin ətirini qorumağın yolunu çoxdan tapıblar. Onlar bunu əksər evdar xanımların etdiyi kimi etmirlər. Ən böyük […]

Şok hadisə: Bakıda qadın ərini öldürüb evinin həyətində gizlədib

qadin

Bakıda ərini öldürüb, yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hazırlıq iclası keçirilib. Tezadlar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib. Çıxış edən vəkil müdafiə etdiyi şəxsin himayəsində 3 övladı olmasını və digər halların nəzərə alınmasını, bu səbəbdən prosesin qapalı keçirilməsi […]

Taleyin üzü güləcək

burc

Bu çətin dövrdən sonra yalnız üç şanslı insan rahatlıq hiss edəcək. Martın 20-nə qədər davam edən Merkuri geriləməsi azadlıq və dəyişiklik dövrü olacaq. Tezadlar.az xəbər verir ki, bir çox bürc əlamətinə vacib və transformativ bir dövr vəd edilir, lakin yalnız üçü çətin dövrləri geridə qoya biləcək. Xoşbəxt bir dövrün başlanğıcını kim yaşayacaq? Balıqlar Yenidən yüklənmə sizi […]

“Bu hücum terror xarakterlidir” – İrana qarşı ağır ittiham

magen

İran ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən dron hücumları təkcə iki dövlət arasındakı münasibətlərə deyil, bütövlükdə regionda təhlükəsizlik və sabitliyə qarşı yönəlmiş açıq təxribatdır. Tezadlar.az xəbər verir ki, bunu “Magen David Azerbaijan” insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov deyib. O bildirib ki, bu hücumlar mülki obyektlərin və mülki vətəndaşların təhlükəsizliyini hədəfə aldığı üçün terror […]

Naxçıvanda keçmiş sədrin cinayət işi üzrə proses

images ()

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Tezadlar.az-ın yerli bürosu xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası martın 17-ə təyin edilib.

Nazirlər Kabineti İranla sərhəddə yük daşımalarına qadağa qoydu

konteyner qatar

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən […]

Gürcüstan Naxçıvana edilən PUA hücumunu pislədi

mLhXTSyKXDRAiKJvXDDDDREUzlurAMtFGK

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində baş verən pilotsuz təyyarə hücumunu kəskin şəkildə pisləyib. Tezadlar.az-ın məlumatına görə, bəyanatda qeyd olunub: “Hücum nəticəsində bir neçə vətəndaş xəsarət alıb. Beynəlxalq hüququn prinsip və normalarını kobud şəkildə pozan və regionda gərginliyi artıran istənilən hərəkətlər qəbuledilməzdir”. Bəyanatda vurğulanıb ki, Gürcüstanla Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq […]

“İranın fars mollakratiyası Azərbaycana qarşı düşmən simasını bu dəfə Naxçıvanda göstərdi…”

IMG

İranın fars mollakratiyası Azərbaycana qarşı düşmən simasını bu dəfə Naxçıvana dron hücumları etməklə göstərdi. • Azərbaycan dövlətinin ABŞ və İsrailin son hücumları ilə bağlı öz ərazisindən İrana qarşı heç bir halda istifadə edilməyəcəyini bəyan etsə də, öz xoş niyyətini və neytrallığını sübut etsə də, mollakratiya öz düşmən fitvasını boğa bilmədi. • Cənab Prezident İlham Əliyevin […]

Bahalı dərmanlara ehtiyac yoxdur

NLUiJTuUpoSNlyuA file

Burun axması, boğaz ağrısı və öskürəklə müşayiət olunan soyuqdəymə mövsümü yenidən başlayıb. Lakin bahalı dərmanlar almaq əvəzinə, bəzən həll yolu mətbəxinizdə ola bilər və bir fincan qəhvədən belə ucuz başa gələ bilər. Tezadlar.az bu çayın reseptini təqdim edir: Soyuqdəymə haqqında nə bilmək lazımdır Antibiotiklər soyuqdəymə və ya qripə təsir etmir. Çünki bunlar virus mənşəli infeksiyalardır. Böyüklər […]

Azərbaycan və İsrail XİN rəhbərləri telefonda danışdılar

IMG

Bu gün martın 5-də İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Tezadlar.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov martın 5-də İran İslam Respublikası tərəfindən Azərbaycan […]

Van Deykdən həyəcan siqnalı – “Liverpul” risk altındadır

aafeaafeaafefaafe

“Liverpul” gələn mövsüm Çempionlar Liqasını əldən vermək riski ilə üzləşə bilər.  “Aston Villa” dünən “Çelsi”yə qalib gəlsəydi, altı xallıq üstünlük qazanacaqdı. Bu, ciddi problem olacaqdı, çünki çempion (indiki üçün) 120 milyon funt sterlinq itirə bilər. Əlbəttə, bu, “qırmızılar”ı “ikinci Barselona”ya çevirməyəcəkdi. Amma bu, şübhəsiz ki, bu yay onların transfer siyasətinə təsir edəcək. Hətta Vircil van […]

Ramazanın 16-cı günü: imsak 05:41, iftar 18:52

ramazan

Sabah Ramazan ayının on altıncı günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:41-də, iftar vaxtı saat 18:52-dir. Tezadlar.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on altıncı gününün iftar duasını təqdim edir: İftar duası:  “Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl- aləmin”. Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə […]

66 yaşlı kişi küçədə can verdi

images ()

Göyçayda kişi küçədə ölüb. Tezadlar.az xəbər verir ki, hadisə Cəyirli kəndində qeydə alınıb. 1-ci Ərəbcəbirli kənd sakini 66 yaşlı Vilayət Həsənqulu oğlu Həmidov Cəyirli kəndinin ərazisində ölüb. Onun infarktdan öldüyü bildirilir. Araşdırma aparılır.

Gizli cihazlarla imtahana kömək – məhkəmə prosesi davam edir

images

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Məhkəmədə iş üzrə digər şahidlərin prosesdə iştirakının təmin olunmasının vacibliyi bildirilib. Proses martın 12-də davam etdirələcək. Qeyd edək ki, Baş […]

Türkiyə İrandan Naxçıvana PUA hücumunu pislədi

screenshot

Türkiyə Xarici İşlər Nazirliyi İrandan Naxçıvana PUA hücumları ilə bağlı bəyanat yayıb. Tezadlar.az xəbər verir ki, rəsmi Ankara bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən PUA hücumlarını qətiyyətlə pisləyib. “Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin vacibliyini bir daha vurğulayırıq. Türkiyə hər zaman olduğu kimi […]

Paşinyan yenə də Təhlükəsizlik Şurasının iclasını keçirib

Bu, İrana qarşı Amerika-İsrail hərbi hücumunun başlamasından bəri bir həftədən az müddətdə keçirilən üçüncü iclasdır. ER Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. Təhlükəsizlik Şurasında Ermənistan Prezidenti Vaaqn Xaçatryan, spiker Alen Simonyan və digər rəsmi şəxslər də iştirak ediblər. İclasda regiondakı təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının […]

İranın Naxçıvana hücumuna Estoniyadan sərt reaksiya

naxcivan pua zerbe esas

Estoniya İranın Azərbaycana dron hücumlarını pisləyib. Tezadlar.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” hesabında yazıb. “İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı törətdiyi, hava limanında dağıntılara və mülki şəxslərin yaralanmasına səbəb olan dron hücumları beynəlxalq hüququn və dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır. Regiondakı ölkələrə qarşı bu cür məsuliyyətsiz hərəkətlər qəbuledilməzdir […]

Rusiyada Şahin Şıxlinskiyə 22 il həbs və təzminat cəzası verildi – digər 6 şəxsə isə…

shahin shixli mehkeme

Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və Səfərov qardaşlarına hökm oxunub. Yekaterinburqun Kirovski Rayon Məhkəməsi  Şahin Şıxlinskini iş adamı Yunis Paşayevin qətlində və Fehruz Şirinovun öldürülməsinə cəhddə günahkar bilib. Tezadlar.az   xəbər verir ki, Şahin Şıxlinski  22 il müddətinə azadlıqdan məhrum edilib. Şıxlinski 22 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. O, bu […]

MN İran SQ-dən aşkar inkarçılığa son qoymağı tələb edib: Günahkarların cəzalandırılmasını gözləyirik

İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz. Tezadlar.az   xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında […]

“İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi qlobal təhdiddir”

“Biz Yaxın Şərq və Avropa ölkələrinə qarşı etdiyi hücumlardan sonra İranın Azərbaycanı hədəf almasını pisləyirik”. Tezadlar.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında bildirib. “İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi regional deyil, qlobal bir təhdiddir”, – nazir qeyd edib. Sibiqa İran rejiminin yaratdığı təhdidləri neytrallaşdırmaq, İran […]

Fransa: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz addımdır

sofi sefir

İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Tezadlar.az  xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sosial şəbəkə hesabında yazıb. Səfir bildirib ki, bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyir. “Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş […]

İran dronlarının hücumu nəticəsində xəsarət alanlardan 3-ü Naxçıvan aeroportunun əməkdaşlarıdır

Xəbər verdiyimiz kimi, bu gün İran dronları Naxçıvana şəhərini vurub. Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. Dronlardan biri Naxçıvan aeroportuna düşüb. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Tezadlar.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər mülki şəxs: Naxçıvan Hava […]

Jurnalistlər Prezident Administrasiyasında qəbul edildilər-FOTO

asif

Asif Mərzili: «Administrasiyanın sektor müdiri cənab Elmir Vəlizadəyə «Azərbaycan» nəşriyyatında redaksiyalara yaradılmış problemlər barədə ətraflı məlumat verdik…» Xəbər verildiyi kimi, Prezident Administrasiyasının tabeliyində olan «Azərbaycan» nəşriyyatının əsaslı təmirə dayandırılması ilə bağlı burada uzun illərdir fəaliyyət göstərmiş redaksiyaların peşə fəaliyyətinə ciddi problemlər yaranmışdır. Belə ki, alternativ yer təklif edilmədiyindən əsaslı təmirlə bağlı bütün redaksiyalara təcili olaraq […]

Naxçıvanı hədəfə almış İranın dron hücumu ilə bağlı cinayət işi başlanıb

Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb. Bu barədə Tezadlar.az– a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib. […]

Rəsmi təsdiq olundu: İran Naxçıvana 4 PUA atıb

“İran İslam Respublikası silahlı qüvvələrinin Baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bu gün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz”. Tezadlar.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında deyilir. […]

6 gün ərzində İranda ölənlərin sayı açıqlanıb

İran

28 fevraldan bu günə qədər ABŞ və İsrailin İrana hücumu nəticəsində ölənlərin sayı 1 230 nəfərə çatıb. Bu barədə  İran KİV-i məlumat yayıb. Ölənlərin sayı dəfn sayı ilə müəyyənləşdirilib.

Naxçıvan aviauçuşları dayandırdı – həm daxili, həm də xarici

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılmışdır. Bu barədə Tezadlar.az-a Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat verilib. “Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır. Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq”, – məlumatda qeyd edilib.  

Rusiya və Ukrayna “200-ə 200” düsturu ilə əsir mübadiləsi aparıblar

Rus esir deyish

Kiyevin nəzarətində olan ərazidən 200 rus hərbçisi, Ukrayna Silahlı Qüvvələrinin isə 200 hərbi əsiri dəyişdirilib. Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. “5 martda Kiyevin nəzarətində olan ərazidən 200 rus hərbçisi qaytarılıb. Ukrayna Silahlı Qüvvələrinin 200 hərbi əsiri dəyişdirilib”, – nazirlik bildirib. Rusiya hərbçiləri hazırda Belarusdadır və orada lazımi psixoloji və tibbi […]

“İranın dron zərbələri ilə bağlı təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin!”

“Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq”. Tezadlar.az xəbər verir ki, bu barədə martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. Sitat: “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin…”.

“Azərbaycana İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir!”

abbfcabbfcabbfbeabbfbf

“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır”. Tezadlar.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib. Atəşin hədəflərinin mülki obyektlər olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, […]

İsrail İrana qarşı müharibəsinin yeni mərhələsini elan edib

İrannn ()

İsrail İrana qarşı müharibəsinin “üçüncü mərhələsi”nə başlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb. “Müharibənin üçüncü mərhələsi artıq başlayıb. Bu, 28 fevralda Tehrana endirilən zərbələrdən və ballistik raketlərin, dronların və hava hücumundan müdafiə sistemlərinin məhv edilməsinə yönəlmiş ikinci, “100 saatlıq mərhələ”dən ibarətdir”, – deyə İsrail rəsmisi nəşrə bildirib. […]

Trampın İranda rüsvayçı məğlubiyyətə uğrayacağı proqnozlaşdırılır

Trrampp

Bütün əlamətlər ABŞ prezidenti Donald Trampın İranla münaqişədə rüsvayçı məğlubiyyətə uğrayacağına işarə edir. Tezadlar.az xəbər verir ki, bu ssenarini keçmiş Tunisin xarici işlər naziri Rafiq Əbdüssalam sosial media səhifəsində proqnozlaşdırıb. “Bu müharibə Amerikanın son müharibəsi və Trampın Yaxın Şərqdəki son təcavüz aktı olacaq. Hər şey onun İrandakı rüsvayçı məğlubiyyətinə işarə edir”, – o yazıb. Onun […]

İsrail İranla danışıqlardan imtina etməsini belə izah edir

İran İsraili danışıqlarla çox uzun müddət aldadıb, lakin bunların heç biri hələ ciddiliyini sübut etməyib. Tezadlar.az bildirir ki, Lenta.ru-nun məlumatına görə, bunu İsrailin Rusiyadakı səfiri Oded Yosef Moskvada keçirilən brifinqdə bildirib. “İran rejiminin beynəlxalq ictimaiyyəti aldatmaq, danışıqlardan danışıqlar naminə və aldatma naminə istifadə etmək, vaxt keçirmək kimi uzun bir tarixçəsi var. Və bu müddət ərzində […]

Türkiyədən İranla müharibədə kürdlərin iştirakı ilə bağlı sərt bəyanat

Türkiyə İrandakı kürd təşkilatı PJAK-ın (Kürdüstanın Azad Həyatı Partiyası) fəaliyyətini yaxından izləyir və onun düşmənçilik hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayır. Tezadlar.az bildirir ki, “Clash Report”-a görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib. “Biz PJAK terror təşkilatının İrandakı fəaliyyətini və bölgədəki hadisələri yaxından izləyirik. Mənşəyindən asılı olmayaraq düşmənçilik hərəkətlərinə cavab vermək hüququmuzu özündə saxladığımızı […]

İran Azərbaycan xalqından üzr istəməlidir – YAP BƏYANAT YAYDI

YAP LOQO

İran İslam Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının mülki obyektlərinə hücumu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı bəyanat yayıb.  Tezadlar.az  xəbər verir ki, bəyanatda deyilir: “Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan […]

İranın Naxçıvana dron hücumu nəticəsində 4 nəfər xəsarət alıb – SN (VİDEO)

naxcivan yarali

İranın Naxçıvana dron hücumu ilə bağlı Naxçıvan Səhiyyə Nazirliyinə dörd nəfərdən müraciət daxil olub. Tezadlar.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib. Onun sözlərinə görə, xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir: “Onlardan iki nəfərə baş-beyin travması, digər iki nəfərə isə kürək nahiyəsinin küt […]

“Mən hətta inanmıram ki, Zelenskinin gözləri arasında burnu var” – Fiko

Slovakiyanın Baş naziri Robert Fiko Vladimir Zelenskinin “Drujba” neft kəmərinə dəyən ziyanla bağlı iddialarına inanmadığını söyləyib. Tezadlar.az xəbər verir ki, “HNonline.sk”-nin məlumatına görə, Fiko Zelenskinin “burnunun gözlərinin arasında olmasına belə” inanmadığını söyləyib. Baş nazirin sözlərinə görə, əvvəlcə Slovakiya, Macarıstan və Ukrayna arasında “kiçik bir münaqişə” olan şey “böyük miqyas alır”. Martın 4-də Slovakiya hökuməti Ukraynaya […]

“Naxçıvana qarşı belə bir hücum Cənubi Azərbaycandakı soydaşlarımızın hisslərinə də təsirsiz qalmayacaq”

dron ()

İran tərəfindən Naxçıvan Muxtar Respublikasının hava limanına qarşı dron hücumunun həyata keçirilməsi qətiyyətlə pislənməli olan son dərəcə təhlükəli addımdır. Mülki vətəndaşların istifadə etdiyi hava limanı kimi infrastrukturu hədəfə almaq yalnız hərbi-siyasi baxımdan deyil, həm də humanitar prinsiplər baxımından qəbuledilməzdir. Bu cür addımlar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirir və dövlətlər arasında […]

“Beynəlxalq münasibətlərdə uşaq inadı yersizdir, özü də o zaman ki, beynəlxalq hüquq çöküb…”

“Beynəlxalq hüquq çöküb və onu “Gücün hüququ” əvəzləyib” İran dövlətini idarə edənlərin öz xalqı və bəşəriyyət (lap elə Allah) qarşısında azacıq məsuliyyəti olsaydı, nə özü bu günə qalardı, nə də qonşularının və bütün regionun təhlükəsizliyinə təhdid yaratmazdı. Tezadlar.az  xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, hüquqşünas, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov […]

İraq kürd lideri İrana qarşı müharibədə iştirakla bağlı suala belə cavab verib

Barzani

İraq kürdləri İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcəklər. Tezadlar.az xəbər verir ki, “Fars” agentliyinin məlumatına görə, bunu İraq Kürdüstan Bölgəsinin prezidenti Neçirvan Bərzani bildirib. “Biz heç vaxt münaqişənin gərginləşməsinə və ya hərbi əməliyyatlara qatılmayacağıq”, – siyasətçi bildirib. Bir müddət əvvəl İsrailin i24 televiziya kanalı kürdlərin guya İraq ərazisindən İrana qarşı quru hücumuna başladığını bildirmişdi. Medianın […]

İran dronları Naxçıvan aeroportunun uçuş-eniş zolağını da zədələyib – FOTOLAR

zedelenmis aeroport zolaq

İranın Naxçıvan aeroportuna dron zərbələri nəticəsində uçuş-eniş zolağına da zərər dəyib. Tezadlar.az xəbər verir ki, dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələyib. Hadisə yerinə prokurorluq əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qeyd edək ki, İran bu gün dronla NAXÇIVANA zərbələr endirib. Dronlardan biri aeroportun terminalına, daha bir neçə dron isə digər yerlərə […]

İran Xameneinin ölümündən sonra müvəqqəti idarəetmə orqanı yaradıb

İrannn

MSNBC-yə verdiyi müsahibədə İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvanç Ali Rəhbər Ayətullah Əli Xameneinin ölümündən sonra üç nəfərdən ibarət müvəqqəti idarəetmə orqanının yaradıldığını bildirib. “Üç nəfərdən ibarət yeni bir qurum yaradılıb və onlar yeni lider seçilənə qədər idarə edəcəklər… biz yeni liderin seçilməsi üçün zəmin hazırlamaq üzərində işləyirik”, – Tezadlar.az-ın məlumatına görə, “RİA Novosti” […]

“Nə baş verəcəyini düşünün”: Karlson müsəlmanların və xristianların qlobal qırğınını belə proqnozlaşdırıb

İsrailin ABŞ-ı cəlb etdiyi İranla hərbi münaqişə xristian və müsəlman dünyaları arasında qlobal dini qarşıdurmaya çevrilmək təhlükəsi yaradır. Tezadlar.az xəbər verir ki, bu fikri amerikalı televiziya aparıcısı Taker Karlson öz video bloqunda bildirərək, şiə müsəlman lideri Ayətullah Xameneinin öldürülməsini Vaşinqton üçün ciddi bir səhv adlandırıb. Jurnalist İranın mənəvi liderinin sui-qəsdinin arxasındakı əsl səbəbləri şübhə altına […]

Bu hücum aktları cavabsız qalmayacaq – Müdafiə Nazirliyi

5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib. Tezadlar.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamaslnda bildirilib. “Pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Azərbaycan […]

İran dronlarının hücumunda xəsarət alanların vəziyyəti açıqlandı

naxcivan aeroport dron

İran İslam Respublikası ərazisindən həyata keçirilən NAXÇIVAN Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs  Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər. Tezadlar.az   xəbər verir ki,  xəstəxanadan apa-nın sorğusuna cavab olaraq bildirilib ki, onların vəziyyətləri stabildir. Qeyd edək ki, bu gün İran dronları Naxçıvan şəhərini vurub. Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. Dronlardan […]

İran Türkiyəyə və qonşu ölkələrə hücum etmək üçün heç bir səbəbinin olmadığını bildirib

iran

Xarici işlər nazirinin müavini Kazem Qəribabadi həmçinin əlavə edib ki, Tehran “ABŞ-dan təcavüz görüb və indi problemi həll etməyə çalışır”, lakin bu, “qonşulara qarşı müharibə deyil” İran qonşu ölkələrə hücum etmir və Türkiyəyə hücum etmək üçün də heç bir səbəbi yoxdur. Tezadlar.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bunu “A Haber” […]

İranın Naxçıvana dron hücumları nəticəsində iki nəfər mülki şəxs xəsarət alıb – XİN

İran tərəfindən Naxçınava edilən dron hücumları nəticəsində iki nəfər mülki şəxs xəsarət alıb. Tezadlar.az   xəbər verir ki,  bu barədə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatında bildirilir. “Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik”, -XİN-in bəyanatında bildirilib.

İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu XİN-ə çağırılıb – NOTA VERİLƏCƏK

İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Tezadlar.az   xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. “Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə […]

İran səfiri Azərbaycan XİN-ə çağırılıb

İran səfiri Müctəba Dəmirçilu Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək. “İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması […]

ABŞ-ın İranın Qərbi Azərbaycan əyalətinə endirdiyi zərbələr nəticəsində 49 nəfər həlak olub

İran Qerbi Azer

Təxminən 275 nəfər yaralanıb ABŞ və İsrailin İranın Qərbi Azərbaycan əyalətinə endirdiyi zərbələr nəticəsində ən azı 49 nəfər həlak olub, təxminən 275 nəfər yaralanıb. Tezadlar.az bildirir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin əyalət ofisinin rəhbəri Həmid Məhbubi məlumat verib. “Tasnim” xəbər agentliyi onun sözlərinə istinadən bildirib ki, “İndiyə qədər sionist rejimin (İsraili nəzərdə tutur […]

Naxçıvan Beynəlxalq Hava Limanının vurulması şiddətlə qınanılmalı bir hadisədir – DEPUTAT

Hikmat Babaoghlu

İran dronları tərəfindən Naxçıvan Beynəlxalq Hava Limanının vurulması şiddətlə qınanılmalı bir hadisədir. Bu, beynəlxalq hüququn pozulması deməkdir, qonşuluq siyasətinin pozulması deməkdir və Azərbaycanın mövqeyi qarşısında İranın qeyri-adekvat davranışıdır. Tezadlar.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib. “Şübhəsiz ki, Azərbaycan hüququ dövlətdir, güclü dövlətdir. […]

“Qisas”: Tehranın İsrail və ABŞ üçün hansı “sürprizi” var?

iran

Yaxın Şərqdəki münaqişə geosiyasi böhrana çevrilib – Ayətullah Əli Xameneinin ölümündən sonra dünya Tehranda hakimiyyət dəyişikliyini gözləyir. Onun 56 yaşlı oğlu Müctəba Xamenei Rəhbər (İranın ali lideri) vəzifəsinə əsas namizəd hesab olunur. Tezadlar.az xəbər verir ki, aif.ru-nun məlumatına görə, Tehranda baş verən hadisələr İsrail və ABŞ üçün “sürpriz” yarada bilər. Rəsmi olaraq, Tehran hələlik yeni […]

Azərbaycandan Ermənistana daha 31 çən vaqon dizel yanacağı və Rusiya gübrəsi göndərildi – VİDEO

ermenistana neftgubre

Azərbaycandan Ermənistana neft məhsullarının və Rusiya gübrəsinin tədarükü davam edir. Tezadlar.az xəbər verir ki, 1984 ton dizel yanacağı daşıyan 31 çən vaqon və 135 ton Rusiya gübrəsi yüklənmiş 2 vaqon “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Bildirilir ki, Rusiya gübrəsi Azərbaycandan tranzit […]

İRAN NAXÇIVANI VURDU – (VİDEO -FOTOLAR)

dron ()

İran dronları Naxçıvan şəhərini vurub. Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. Dronlardan biri Naxçıvan aeroportuna düşüb. Tezadlar.az  xəbər verir ki, bu barədə trend məlumat yayıb. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub. Xəbər yenilənəcək […]

Sərnişin qatarlarını daşa basan vandallar kimlərdir?

Son 10 gündə ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb. Bu barədə Tezadlar.az -a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib: “Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır. Atılan hər daş təkcə qatara yox, həm […]

İranın Fars Körfəzində raketlə vurduğu ABŞ tankeri yanır-TƏCİLİ

ABŞ-ın Şri-Lankada İrana məxsus tankeri məhv etməsi ilə 80-dən çox insanın ölməsinə səbəb olan addımına SEPAH hədə ilə cavab vermişdi. Tezadlar.az CNN-Türk-ə istinadla xatırladır ki, İran da Fars Körfəzində ABŞ tankerinə zərbə endirib. TV-nin canlı efirindəki görüntülərdən məlum olur ki, İran Körfəzin şimal hissəsindəki ABŞ tankerinə hücum edib, gəmi hazırda yanır. ABŞ hələki bu faktı […]

Avtoxuıiqanlıq edib sosial şəbəkədə paylaşan Fariz İsmayılov həbs edildi – VİDEO

tofas avtoxuliqan

“Tofaş”la avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib. Tezadlar.az  xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsindən bildirilib. BŞDYPİ-nin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb. F.İsmayılov idarə etdiyi avtomobillə […]

Həyat-bir sualmı?-Ayşəgül Kösa Sərt Türkiyədən “Təzadlar”a yazır

IMG WA

Həyat – bir sualmı? Həyat nədir sizcə? Hər kəsin özünə görə bir həyat anlamı olur. Məncə, bu məna – həyatın ən gözəl dərki – Aşıq Veysəlin misralarındadır: “İki qapılı karvansara”. Həyat – insanın bəzən öz içinə doğru, bəzən də zahirdə yeridiyi yoldur. Sübhün ala-toranında göz qapaqlarından qəlbinə dolan ümid, gecənin zülmətində içinə çökən sükutdur. Bir yandan […]

ABŞ İrana qarşı hərbi əməliyyatda süni intellektdən istifadə edirmiş

Bloomberg agentliyinin məlumatına görə, Vaşinqton əməliyyat zamanı Maven Smart System rəqəmsal uçuş idarəetmə platformasından istifadə edir. Bloomberg bu barədə ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Timoti Hokinsə istinadən məlumat verib. O, süni intellekt texnologiyalarının İrana qarşı əməliyyat zamanı həlledici rol oynadığını bildirib: onlardan daxil olan məlumatların ilkin yoxlanılması üçün istifadəsi mütəxəssislərə daha dərin təhlillərə diqqət yetirməyə […]

İran təkzib etdi: “Türkiyəyə raket atmamışıq!”

İki gündür ki, iki müsəlman ölkəsi-İranla Türkiyə arasında narazılıq pik həddə çatıb. Məsələ ondadır ki, türkiyə İranı raket atmasında günahlandırır. İran tərəfi isə bunu inkar edir. “Türkiyə torpaqlarına doğru raket atılmayıb, -deyən İran Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün açıqlama yayıb. Tezadlar.az xatırladır ki, “İran Ordusu Türkiyənin suverenliyinə hörmətlə yanaşır”, – deyə məlumatda vurğulanır. Qeyd edək ki, […]

İran tankerini vurduğuna görə ABŞ-ı hədələdi

Xəbər verdiyimiz kimi, Şri-Lanka sahillərində ABŞ sualtı qayığı İrana məxsus gəmini batırıb, ən azı 80 nəfər ölüb… “ABŞ beynəlxalq sularda İran gəmisini hədəf aldığına görə peşman olacaq”, -deyən İran xarici işlər naziri Abbas Əraqçi “X” hesabında həm də ABŞ-ı İranın sahillərindən 2000 mil aralıda – dənizdə cinayət törətməkdə ittiham edib. Sitat: “Hindistan donanmasının qonağı olan və […]

İraq kürdləri İrana qarşı döyüşə girib?- İNANILMAZ

IMG

İranın düşdüyü vəziyyət kritik görünür. Dörd tərəfdən mühasirə halında olan ölkəyə yeni bir təhlükə olduğu deyilir. Hırbi ekspert Ədalət Verdiyev sosial platformasında yazır ki, İraq Kürdüstanının Peşmərqə ordusu İran sərhədini keçərək, molla rejiminə qarşı döyüşlərə başlayıb. Sitat: “Bu hücuma ABŞ rəhbərliyi dəstək verir. Məqsəd İranın parçalanmasından ibarətdir. İran getdikcə daha çox cəbhədə döyüşmək məcburiyyətində qalır. […]

Rusiya qoşunları geri çəkilir- TƏCİLİ

ABŞ- İsrail-İran müharibəsi ilə böyük strateji tərəfdaşımı itirən Rusiya qüvvələri Ukraynada ən azı son iki ildə ilk dəfə ərazi itirib, Ukrayna qüvvələri kiçik uğur qazanır, Rusiya qoşunlarını geri oturdur. Bu barədə “AzadlıqRadiosu” şərh verib. Sitat: “…Bunu döyüş ekspertləri, açıq mənbələrlə işləyən tədqiqatçılar deyirlər. Ancaq Ukrayna ordusu ilə əlaqəli “DeepState” açıq mənbə qrupu və Finlandiyanın “Black […]

TƏBRİZ NİYƏ STRATEJİ HƏDƏFƏ ÇEVRİLİR?- İNANILMAZ SƏBƏB

İrannn

…Son günlər sosial mediada Təbrizlə bağlı müxtəlif xəbərlər yayılır. Bəziləri şəhərin bombardman edildiyini iddia edir, bəziləri isə hərbi obyektlərin vurulduğunu yazır. Mövcud məlumatları sakit və analitik şəkildə qiymətləndirmək lazımdır. Hərbi analitiklərin fikrincə məsələ şəhərin özü ilə bağlı deyil. Problem daha çox Təbriz və onun ətrafında yerləşən hərbi infrastrukturdur. İranın şimal-qərb bölgəsi ölkənin mühüm hərbi qovşaqlarından […]

Rusiyaya məxsus olduğu deyilən neft tankeri partladıldı

Ötən gün Küveyt yaxınlığında neft tankerində partlayış baş verdiyi məlum oldu. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, Böyük Britaniyanın Dəniz Ticarət Təşkilatı (UKMTO) bu barədə məlumat yayıb. Bəlli olur ki, hadisə Küveytin Mübarək əl-Kəbir limanından təxminən 55 kilometr cənub-şərqdə qeydə alınıb. Belə ki, ərazidə lövbər salmış tankerin kapitanı gəminin sol tərəfində partlayış baş verdiyini […]

Bakının bu küçə və prospektləri tıxaclıdır- SİYAHI

AYNA- nın başı yolları daraltmağa, velosipedləşdirməyə, parklamalara qarışmışkən, bu səhər də Bakının 15 yol və prospektində tıxac yaranıb. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. 1-ci […]

Ramazan ayının on beşinci gününün duası, imsak, iftar və namaz vaxtları…

IMG

5 mart tarixi Ramazan ayının on beşinci günüdür. Tezadlar.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 5-də imsak vaxtı saat 05:59-da, iftar vaxtı isə 19:16-dadır. Martın 5-nə olan namaz vaxtları: ● Sübh azanı 06:09; ● Zöhr azanı 13:12; ● Məğrib azanı 19:16. Ramazanın 15-ci günün imsak vaxtı üçün duasını təqdim edirik: “Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih […]

İranda dini lider olmaq istəyən hamı niyə ölməlidir?- TRAMP AÇIQLADI

İndi vəziyyət elədir ki, İranda dini lider olmaq istəyən mütləq aqibətini düşünməlidir. Niyə? “Müharibə cəbhəsində çox yaxşı işlər görürük. Kimsə 10 ballıq şkala ilə gördüyümüz işləri neçə balla qiymətləndirdiyimizi soruşsa mən ona cavabda təxminən 15 balla qiymətləndirdiyimi deyərdim”- deyən ABŞ prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən həm də belə deyib. Sitat: “Yaxşı işlər görməyə davam edəcəyik. […]

“İranı satmaqda” ittiham olunan Qaani danışdı- İNANILMAZ

IMG

Türkiyənin ingilisdilli xəbər saytı “Enhaberler” İranın Qüds qüvvələrinin komandanı Ismail Qaani haqqında yayılan iddialarla bağlı material dərc edib. Məqalədə qeyd olunur ki, son günlər sosial mediada Qaaninin guya ABŞ və ya İsrail kəşfiyyat strukturları ilə əlaqəli ola biləcəyi barədə müxtəlif versiyalar yayılıb. Buna səbəb kimi onun bir neçə böyük hücumdan sağ çıxması göstərilir. Qaani isə […]

Qərb ABŞ-ın İrandakı əsas səhvini müəyyən edib

İran Xamnei

ABŞ və İsrail iranlıların ölkələrinə qarşı zərbələri dəstəkləyəcəyini və rejimi devirməyə kömək edəcəyini gözləməklə səhvə yol veriblər. Tezadlar.az xəbər verir ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen bunu əsas səhv hesablama kimi müəyyən edib. “ABŞ sürətli bir müharibədə rəhbərliyi devirəcəyini və sonra hər şeyin dağılacağını gözləyirdi. Mesaj təxminən belə idi: “Küçələrə çıxın. Biz hərbi və […]

Netanyahu Ağ Evdən İranla əlaqələrə dair aydınlıq tələb edir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Donald Tramp administrasiyasının nümayəndələrinin İranla danışıqlar apara biləcəyi ilə bağlı Ağ Evdən aydınlıq istəyib. Tezadlar.az bildirir ki, bu barədə “Axios” adı çəkilməyən ABŞ rəsmisinə istinadən məlumat verib. Netanyahu bazar ertəsi günü Ağ Evə zəng edərək hər hansı danışıqların və ya mesajların mübadiləsinin aparılıb-aparılmadığını soruşub. Mənbələrdən biri bildirib ki, “Ağ […]

Saratov vilayətində dron hücumu nəticəsində üç nəfər yaralanıb

Saratov tecili yardim

İlkin məlumata görə, Saratov vilayətində dron hücumu nəticəsində üç nəfər yaralanıb. Bir neçə mülki əmlaka ziyan dəyib. Tezadlar.az bildirir ki, bu barədə qubernator Roman Busargin özünün Telegram kanalında məlumat verib. “Dron hücumu nəticəsində mülki əmlaka ziyan dəyib. Mütəxəssislər bütün daxil olan zənglərə dərhal cavab verirlər. Bütün müvafiq xidmətlər yerindədir. İlkin məlumata görə, üç nəfər yaralanıb. […]

İran İsraili Dimonadakı nüvə reaktorunu partlatmaqla hədələyib

iran

İran İsraili respublikada rejim dəyişikliyinə cəhd edəcəyi təqdirdə Dimonadakı nüvə reaktorunu partlatmaqla hədələyib. Tezadlar.az bildirir ki, bu barədə ISNA mənbəyə istinadən məlumat verir. “İran hərbi rəsmilərindən biri xəbərdarlıq edib ki, ABŞ və İsrail İranda rejim dəyişikliyinə cəhd edərsə, Tehran Dimona nüvə reaktorunu hədəf alacaq…”, – deyə məlumatda bildirilir. Bu məlumat əvvəllər Ukrayna kanalları da daxil […]