Dəm qazından zəhərlənən uşaqların sonuncusundan xəbər var – TƏBİB-dən məlumat

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə buraxılıb. Tezadlar.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki,vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, azyaşlı aprelin 4-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına […]
Məktəblilər bu cür bufetlərdə qidalanırlar – köhnə və qadağan edilən qidalar, natəmizlik… – SİYAHI

Ölkə ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər aparılır. Tezadlar.az AQTA-ya istinadən xəbər verir ki, cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Həmin məktəblərdən 263-də ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi […]
“Azərpoçt”da rəhbər dəyişdi- YENİ TƏYİNAT VAR

“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb. Tezadlar.az “Kapitalbank”ın portalına istinadla bildirir ki, Mustafayev “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb. “Azərpoçt” MMC-nin İdarə Heyətinə isə yeni sədr təyin olunub-Manaf Babayev. Babayev Azərbaycan Dövlət İqtisad Universitetində “İnzibati idarəetmə” ixtisası üzrə bakalavr, “İqtisadiyyatın idarə edilməsi” ixtisası üzrə isə […]
Ceyhun Bayramov ESCAP-ın 82-ci sessiyasında iclasa sədrlik edib

Xarici işlər naziri Ceyhun Bayramov “Heç kimi geridə qoyma: Asiya və Sakit okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin inkişafı” mövzusu altında Banqkokda keçirilən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyasında iştirak edib və iclasa sədrlik edib. Xarici İşlər Nazirliyindən Tezadlar.az – a verilən məlumata görə, sessiyanın açılışında Prezident […]
Ukrayna dronlaşır: rəsmi Kreml çıxış yolunu tapa bilmir-SON ANDA

…Artıq dünyanın hərbi mütəxəssisləri etiraf edirlər ki, ən yüksək hərbi bilik olsa belə, müharibədə tankla, qırıcı və raketlərlə deyil, dronla qalib gəlinir. Bu canlı qüvvələrin itkisini minimuma endirir… *** Ukrayna isə sübut edir ki, dünya dronlaşmalıdır və ilk növbədə bu dronlaşma Rusiyanın başında çatlamalıdır. Putin isə sübut etdi ki, Ukrayna bu sahədə liderdir. Budur, Ukraynada […]
Çelikdən narazı qalanlara: “Şəklimin çəkilməsindən zövq almıram, həm də…”

Bakıda verdiyi konsertə bir çox sevənlərinin sevinclə üz tutduğu Türkiyəli müğənni Çeliklə bağlı söz-söhbət yaranıb. Sevənlərinin bir çoxu ondan inciyib, narazı qalıb… Səbəbi isə Çeliyin bir çox tamaşaçısının onunla şəkil çəkdirmək istəyinə sərgilədiyi münasibət olub. Tezadlar.az xəbər verir ki, sənətçinin tamaşaçılara hörmətsizlik etdiyi görüntülər sosial şəbəkədə paylaşılıb. Bildirilib ki, sənətçi onunla foto çəkdirmək istəyən tamaşaçıları […]
Bu gün 20 Apreldir: Dünyada hansı əlamətdar günlər qeyd olunur?

Aprelin 20-si təqvimdə bir neçə maraqlı və mühüm hadisə ilə yadda qalır. Bu gün həm əyləncəli, həm də mənəvi əhəmiyyət kəsb edən müxtəlif özəl günlər qeyd edilir: Dünya Birinə Bənzəmə Günü Bu günün ən maraqlı və əyləncəli tərəfi “Dünya Birinə Bənzəmə Günü” olmasıdır. İnsanlar bu gündə məşhurlara, dostlarına və ya tanıdıqları şəxslərə bənzəməyə çalışır, onları […]
“AtaSığorta” ləğv edilir-yerini “Atəşgah Sığorta”ya verir-SON DƏQİQƏ

Ölkənin sığorta bazarında daha bir yenilik və maraqlı olay: “AtaSığorta” sığorta şirkəti yerini “Atəşgah Sığorta” şirkətinə verir. Səbəb hələki tam açıqlanmır. Amma Tezadlar.az xəbər verir ki, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah Sığorta Şirkəti” ASC-yə ötürülüb. Yəni, indiyədək əmlakı və ya məsuliyyəti “AtaSığorta”da sığortalanan vətəndaş hər hansı bir sığorta […]
Rüfət İsmayılovun qol saatlarına da əl qoyuldu

Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Dağıstan daxili işlər nazirinin keçmiş müavini, əslən azərbaycanlı olan Rüfət İsmayılovun qol saatlarını dövlətin xeyrinə müsadirə edib. Tezadlar.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, məhkəmənin qərarında müsadirə edilmiş səkkiz qol saatının dəyərinin 4,4 milyon rubl (təxminən 98 100 AZN) təşkil etdiyi qeyd olunub. Xatırladaq ki, […]
“Mersedes” motoskleti yerə çırpdı-sürücü öldü-SON DƏQİQƏ

Bu səhər Bakıda motosikletin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Əşrəfzadə Vüqar İlqar oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə V. Əşrəfzadə aldığı xəsarətlərdən ölüb. Fakt üzrə cinayət işi başlanaraq istintaq […]
“Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir”

“Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır”. Tezadlar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean […]
İran Azərbaycanın dəstəyini yüksək qiymətləndirir və…

“Azərbaycanla münasibətimiz çox yaxşıdır…”. Tezadlar.az xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumunda iştirak edən İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə deyib. XİN rəhbərinin müavini regionda bir sıra ölkələrin, o cümlədən Azərbaycanın İrana dəstəyini və həmrəyliyini yüksək qiymətləndirdiklərini qeyd edib: “Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var. İran Prezidenti Məsud Pezeşkian və […]
Möhtəşəm final: İspaniya kubokun sahibidir

İspaniya kubokunun qalibi məlum olub. Tezadlar.az xəbər verir ki, həlledici görüşdə “Real Sosyedad” və “Atletiko” komandaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan görüşdə qalib penaltilər seriyasında müəyyənləşib. Burada dəqiq olan Matarazzo Pelleqrinonun komandası kuboku qazanıb. Bununla da, “Real Sosyedad” tarixində 4-cü dəfə İspaniya kubokunun qalibi olub. 18 aprel İspaniya Kuboku Final “Atletiko” […]
Tanınmış oftalmoloqdan AYNA-nın və DYP-nin əsassız cərimələrinə- ETİRAZ

…Bakıda yollar AYNA tərəfindən elə xəttlənib ki, necə deyərlər, sağa baxırsan- DYP- nin qadağan nişanı, sola baxırsan- AYNA- nın parklaması, velosiped və BUS zolağı! Yaxşı, bəs sürücü neyləməlidir? Aptekin, dükan və restoranın… qarşısı bu zolaq və ya qadağanedici nişanlarla doldurulub. Həm sürücü çıxılmaz vəziyyətdədir, həm də həmin obyeklərin sahibi. Sonra cərimələr yağış kimi üstünə gəlir, […]
Avtomobil qəzadan sonra alovlandı

Tekirdağın Kapaklı rayonunda bir avtomobil idarəetməni itirərək qəzaya uğrayıb. Qəzadan sonra alov topuna çevrilən avtomobil yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. Çerkezköy-Kapaklı avtomobil yolunda hərəkət edən bir avtomobil idarəetməni itirərək qəzaya uğrayıb. Tezadlar.az xəbər verir ki, qəzadan sonra avtomobil alov topuna çevrilib. Nəqliyyat vasitəsindən qalxan tüstü görən vətəndaşlar vəziyyəti yanğınsöndürmə şöbəsinə bildiriblər. Yanğınsöndürmə briqadaları tez bir zamanda […]
Amerikadakı erməni mafiyası Qarabağı geri istəyir?-NƏ BAŞ VERİR?

Paşinyanla daşnak düşüncəsi arasındakı fərq… İsveçrədə yaşayan bir xanım mənə maraqlı bir ismarıc göndərdi. Yazırdı ki, Netflix platformasında yayımlanan “The Cleaning Lady” serialına baxarkən diqqətini çəkən bir səhnə ilə qarşılaşıb. Söhbət ABŞ-da fəaliyyət göstərən erməni mafiyasının təsvir olunduğu epizoddan gedir. Onun qeyd etdiyinə görə, birinci sezonun üçüncü epizodunda, təxminən 26-cı dəqiqədə mafiya başçısı qızının toyunda […]
Qərb İranın ABŞ-a hücumu barədə məlumat yaydı

İran Hörmüz boğazını açmağı təklif etməklə ABŞ-ın hərbi planlarını pozdu və buna görə də o, bağlı qalır. Tezadlar.az xəbər verir ki, təqaüdçü ABŞ diplomatı Ças Friman bunu YouTube yayımında bildirib. “Hörmüz boğazının davamlı blokadasının mümkün izahlarından biri Tramp administrasiyasının bu həftə sonu hər şeyə bir növ hərbi partlayışla son qoymağı planlaşdırmasıdır. Bildiyim qədəri ilə belə […]
ABŞ müharibəni yenidən başlayır- İRAN GƏMİSİ VURULDU

Bölgə yenidən qarışır, müharibə bir addımlıqda… Belə ki, ABŞ Hərbi Dəniz Qüvvələri İran bayrağı altında üzən “Touska” gəmisinə hücum edərək nəzarəti ələ keçirdikdən sonra İran ordusu PUA-larla ABŞ hərbi gəmilərinə hücum edib. Tezadlar.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb. Agentlik əməliyyatın təfərrüatları ilə bağlı məlumat verməyib, amma məsələ gün kimi […]
SON DƏQİQƏ: İran Rusiyanın köməyini qəbul etməyə razılıq verdi

Tehran Yaxın Şərqdəki münaqişənin həllində Moskvanın köməyini qəbul etməyə hazırdır. Tezadlar.az xəbər verir ki, “Vedomosti” qəzetinin məlumatına görə, bu barədə İslam Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali bildirib. “Ən yüksək və ən yüksək səviyyələrdə əlaqələrimiz davam edir. Sizin təşəbbüslərinizi dinləməyə hazırıq. Əlbəttə ki, rusiyalı həmkarlarımızın müxtəlif təşəbbüslərini nəzərdən keçirəcəyik”, – diplomat razılaşıb. Onun […]
ABŞ Rusiya neftinin satışı üçün lisenziyasını buna görə yenilədi

ABŞ-ın energetika naziri Kris Rayt “Fox News”a verdiyi müsahibədə bildirib ki, Maliyyə Nazirliyinin Rusiya neftini idarə etmək üçün lisenziyasının yenilənməsi ABŞ hakimiyyətinin praqmatik qərarından başqa bir şey deyil. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Rusiya neftini satır və o, Çinə gedir. Biz qısa müddət üçün praqmatik, humanitar qərar qəbul etdik və dedik […]
Jurnalist Lukaşenkonun “Batka” ləqəbinin mənşəyini belə izah etdi

Belarus prezidenti Aleksandr Lukaşenkodan müsahibə alan RT-in aparıcısı Rik Sançez Belarus liderinin niyə “Batka” (Ata) adlandırıldığını izah edib. Tezadlar.az xəbər verir ki, “Belarus 1” televiziya kanalında danışan jurnalist ləqəbin siyasətçinin səmimiyyətindən qaynaqlandığını bildirib. “Çünki o, səmimidir və səmimiyyət adətən siyasətçilərdə görmədiyimiz bir şeydir. O, sizinlə danışanda özünüzü siyasətçi ilə deyil, adi bir insanla danışdığınızı hiss […]
Netanyahu İranla münaqişədə “yeni inkişaflar” elan etdi

İranla müharibə bitməyib; “yeni inkişaflar” hər an mümkündür. Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamada bildirib. “Biz çox şeyə nail olmuşuq. Amma bu, son deyil və hər an yeni inkişaflar baş verə bilər. Amma əminəm ki, mənəvi möhkəmliyimiz və tərəfdaşlığımız, ABŞ ilə böyük tərəfdaşlığımız sayəsində […]
Xüsusi təyinatlı qüvvələr məbədə basqın etdi – SƏBƏB

Xüsusi təyinatlı qüvvələr silahlı şəxsi tutmaq üçün Almaniyanın Moers şəhərindəki Sikh məbədinə basqın edib, lakin o, içəridə tapılmayıb. Tezadlar.az bu barədə “Bild” nəşrinə istinadən xəbər verir. “Düsseldorf polisinin xüsusi təyinatlı qüvvələri çağırılıb və ərazinin üzərində polis vertolyotu dövrə vurub. Sonra həyəcan siqnalı ləğv edilib: silahlı şəxs tapılmayıb”, – nəşr bildirib. Hücumdan əvvəl məbədin ərazisində təxminən […]
SON DƏQİQƏ: ABŞ İran bayrağı altında üzən gəmiyə atəş açdı

ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin ABŞ dəniz blokadasını pozmağa çalışan İran yük gəmisinə atəş açaraq müdaxilə etdiyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, Tramp bu açıqlamanı sosial mediada edib. O, İran bayrağı altında üzən Touska yük gəmisinin ABŞ dəniz blokadasını pozmağa çalışdığını və idarə olunan raket esminesi olan USS Spruance-ın Touska gəmisini Oman […]
Bir nəfər 8 uşağı güllələyib öldürdü- DƏHŞƏT

Türkiyənin ardınca terror və qətl ABŞ-a sıçradı. Belə ki, ABŞ-ın Luiziana ştatında silahlı şəxs bazar günü səhər saatlarında iki fərqli evdə baş verən atışmada səkkiz uşağı öldürüb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Şrivport şəhərin polisi idarəsinin sözçüsü Kris Bordelo X- də məlumat verib. O deyib ki, bu qanlı hadisə son iki […]
İran ABŞ-la danışıqlardan bu dəfə birdəfəlik imtina etdi- TƏCİLİ

Müharibə yenidən başlayır? Təhlükə bir addımlıqda… Belə ki, İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən tamailə imtina edib. Tezadlar.az Haber- Türk- ə istinadla bildirir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Rəsmi Tehran bildirib ki, danışıqların ikinci mərhələsində iştirak etməməsi Vaşinqtonun həddindən artıq çox olan tələbləri, qeyri-real gözləntiləri, mövqelərdəki daimi dəyişikliklər, təkrarlanan ziddiyyətlər […]
Xamenei: İran donanması düşmənlərinə yeni məğlubiyyətlər verməyə hazırdır

İran lideri Ayətullah Müctəba Xamenei ABŞ ilə Hörmüz boğazında davam edən gərginlik fonunda “İran donanmasının düşmənlərinə yeni məğlubiyyətlər verməyə hazır olduğunu” bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə Xameneinin Ordu Günü münasibətilə yazılı bir açıqlamasında deyilir. Açıqlamasında Xamenei ABŞ-İsrail hücumlarında həyatını itirən yüksək rütbəli ordu komandirlərini və əsgərlərini yad edərək, İran ordusunun “həm ABŞ-ın, həm […]
iran Hörmüz boğazını yenidən bağladı: TRAMPDAN ƏSƏBİ CAVAB

“Məlum olduğu kimi, İran dünən Hörmüz boğazında atəş açmaq qərarı verdi — bu, atəşkəs razılaşmamızın tam pozulmasıdır! Güllələrin bir çoxu Fransa gəmisinə və Böyük Britaniyaya məxsus yük gəmisinə istiqamətlənmişdi”. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində əsəbi paylaşım edib. Tramp paylaşımında “Bu, yaxşı hal deyil, elə deyilmi?” deyərək təəssüfünü […]
Həmin futbolçu “Qarabağ”a keçməyəcək

“Qarabağ” yayda “İmişli”nin qolkiperini heyətinə qatmayacaq. Tezadlar.az xəbər verir ki, Ağdam təmsilçisinin onunla maraqlanması iddia edilsə də, klubun transfer siyahısında belaruslunun adı yoxdur. Qeyd edək ki, 29 yaşlı qapıçının “İmişli” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. O, bundan əvvəl “Smorqon”, “Lida”, “İsloç”, “İrəvan” klublarında çıxış edib.
Xoşbəxt Qadınlar Qrupunun rəhbəri Elnar haqqında görün nələri yazdı- ŞOK

Neçə gün əvvəl qadınları iş adı ilə Türkiyəyə aparıb fahişəliyə məcbur edən, sonradan həbs olunan Elnar adlı qadın haqqında inanılmaz faktlar üzə çıxmaqdadır… Tezadlar.az xatırladır ki, Xoşbəxt Qadınlar Qrupunun rəhbəri Aynur Qurbanqızı özünün qrup statusunda yazır: “…Sevgilisinin ona aldığı bahalı hədiyyələrlə, saysız-hesabsız gül dəstələri ilə ərindən 5 manat alana kimi canı çıxan xanımlara göz dağı […]
Bakıda və Abşeron yarımadasında yağış, şimşək və …

Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az-a verilən məlumatıa görə, əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında intensiv yağışın qısamüddətə bir qədər güclənəcəyi istisna olunmur. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° […]
Lempard geri döndü: Premyer Liqada yeni rəqib

Növbəti mövsüm üçün İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib. Tezadlar.az xəbər verir ki, bu, “Koventri Siti” olub. Sözügedən komanda Çempionşipin 43-cü turunda “Blekbörn”lə heç-heçə edib və xallarının sayını 86-ya çatdırıb. “Koventri Siti” sona 3 tur qalmış 3-cü yerdəki “Milluol”u 13 xal qabaqlayıb. Bununla da Frenk Lempardın komandası Premyer Liqaya vəsiqəni rəsmiləşdirib. Beləliklə, “Koventri […]
“ВАЗ” və “Mercedes” toqquşdu: 2 ölü, 2 yaralı- SON DƏQİQƏ

Füzuli rayonunda “ВАЗ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən tezadlar.az- a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Füzuli rayonu, Bala Bəhmənli kəndi yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub. Əməliyyat şəraiti […]
Qurban Qurbanovun cəzalandırdığı futbolçular tribunada görüntüləndi – FOTO

Tezadlar.az xəbər verir ki, “Qarabağ”ın əsas heyətindən kənarlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov klubun aşağı yaş qruplarının oyununu izləyiblər. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əsas komandadan uzaqlaşdırılan müdafiəçilər bu günü futboldan kənarda keçirməyiblər. Belə ki, hər iki futbolçu “Qarabağ” akademiyasının aşağı yaş qruplarından ibarət komandalarının oyununu tribunadan izləyərkən kameralara tuş gəliblər. Xatırladaq […]
Bakı sakinlərinin diqqətinə: bu əraziyə qatar xətti çəkilir!

“Azərbaycan Dəmir Yolları” QSC Hövsan marşrutu üzrə layihələndirmə işlərinə başlayıb. Tezadlar.az xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Onun sözlərinə görə, Bakı-Hövsan marşrutu üzrə həm qatarların alışı, həm də mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri nəzərdə tutulub: “Bu istiqamətdə artıq layihələndirmə işlərinə başlanılıb. Bu marşrut üzrə işlərin 2030-cu ilə kimi bitirilməsi […]
19 Aprel: Uğur gətirən “Akshaya Tritiya” və tarixin yaddaşındakı mühüm hadisələr

Bu gün təqvimdə sadəcə bir tarix deyil, həm inanc dünyasında uğur rəmzi, həm də dünya siyasətində mühüm dönüş nöqtələrinin ildönümüdür. Sərvət və bərəkət günü: Akshaya Tritiya 19 aprel tarixi Hindu və Jain təqvimlərinə görə ilin ən düşərli günlərindən biri olan Akshaya Tritiya kimi qeyd edilir. İnanclara görə, bu gün insana “əbədi rifah” və uğur gətirir. […]
Supermarketə silahlı basqın: 6 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukrayna prezidenti Volodimir Zelenski şəhərdə naməlum şəxsin hücumu nəticəsində altı nəfərin öldüyünü və 14 nəfərin yaralandığını bildirib. Tezadlar.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media paylaşımında naməlum şəxsin Qolosiyevski rayonunda insanlara atəş açdığını bildirib. Ukraynanın daxili işlər naziri İqor Klimenko da sosial media paylaşımında polis xüsusi təyinatlılarının Kiyevdə hücumçuya qarşı əməliyyat keçirdiyini bildirib. […]
Qalibaf: Əgər biz Hörmüz boğazından keçə bilməsək, başqaları da keçə bilməz

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, əgər İran gəmiləri Hörmüz boğazından keçə bilməsə, başqaları da keçə bilməz. Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Parlamentin sədri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazındakı hadisələrdən danışıb. Qalibaf ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadasını davam etdirdiyini xatırladaraq deyib: “Bu gün boğazda nəqliyyat varsa, bu, boğazın […]
Tramp müşavirə keçirdi: İrana qarşı hərbi əməliyyatlar bərpa olunur?

ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları bərpa edə bilər. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə müşavirə keçirib. Görüşdə Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi və İranla danışıqlar müzakirə olunub. ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş əldə olunmasa, “yaxın günlərdə müharibə yenidən başlaya bilər”. Müşavirədə […]
37 mindən çox şəxs bu gün imtahan verəcək!- DİQQƏT

Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək. Tezadlar.az Dövlət İmtahan Mərkəzinə istinadla bildirir ki, keçiriləcək imtahanların siyahısı belədir: 1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək […]
ABŞ- ın blokadası götürülməyənədək Hörmüz boğazı açılmayacaq- SEPAH TRAMPA SƏSLƏNDİ

İran Hörmüz boğazını ABŞ Hərbi Dəniz Qüvvələrinin tətbiq etdiyi blokada tam aradan qaldırılana qədər bağladığını açıqlayıb. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bəyanatda qeyd olunur ki, bu qərar ABŞ-ın atəşkəs razılaşmasını pozaraq İran gəmiləri və limanlarına qarşı dəniz blokadasını aradan […]
Bu gecə gözünüz səmada olsun: Nadir təbiət hadisəsi baş verəcək

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyasına görə, Yer kürəsində G1 maqnit fırtınası başlayıb və günün sonuna qədər qaranlıqda qütb parıltısı görünə bilər. Tezadlar.az xəbər verir ki, Laboratoriya sürətli Günəş küləyinin Yer kürəsinə ən güclü təsirinin şənbə və bazar günlərində gözlənildiyini və qeyri-sabit geomaqnit şəraiti dövrünə səbəb olacağını bildirib. “Gözlənildiyi kimi, Yer […]
Çempionluq yolunda növbəti dayanacaq: “Qalatasaray” Ankaradan qələbə ilə dönü

Tezadlar.az xəbər verir ki, Türkiyə Trendyol Süper Liqasının 30-cu həftəsində “Qalatasaray” səfərdə “Genclerbirliği”nin qonağı olub. Gərgin keçən mübarizə İstanbul təmsilçisinin üstünlüyü ilə başa çatıb. Ankarada baş tutan qarşılaşmada “Qalatasaray” meydanı 3 xalla tərk etməyi bacarıb. Matçın yekun hesabı 1-2 qonaqların xeyrinə olub. Bu qələbə ilə “sarı-qırmızılılar” çempionluq yarışında kritik bir addım ataraq xal ehtiyatını artırıblar. […]
Kürdəmirə qatar reysi açıldı

Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib. Tezadlar.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir. Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir stansiyasında dayanacaq verilib. Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab […]
Madrid təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin transferi ilə maraqlanır

“Genk”in yarımmüdafiəçisi Konstantinos Karetsas karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Tezadlar.az xəbər verir ki, “Real” yunanıstanlı futbolçunu transfer etmək istəyir. Bu barədə “Fussballdaten” nəşri məlumat yayıb. Madrid nəhəngi Karetsas üçün 35 milyon avroluq təklif göndərməyi planlaşdırır. “Çelsi”, “Mançester Siti”, “Ayaks”, “Bavariya”, “Borussiya”, “Leypsiq”, “Milan” və “Qalatasaray” kimi klublar da 18 yaşlı hücumameyilli yarımmüdafiəçini yaxından […]
Sinoptiklər xəbərdarlıq edir: Güclü leysan yağışları və dolu ehtimalı var

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Tezadlar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel […]
Premyer Liqada sürpriz nəticə: “Sabah” “Qarabağ”ı məyus etdi

Tezadlar.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının maraqla gözlənilən matçlarından biri yekunlaşıb. “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qonaq komandanın üstünlüyü ilə başa çatıb. Gərgin keçən mübarizədə “Sabah” komandası “Qarabağ”ın qapısından bir cavabsız top keçirərək vacib 3 xalı aktivinə yazdırıb. Oyunun gedişatı boyu hər iki tərəf kəsərli hücumlarla […]
Serialdakı eşq reallığa çevrildi

Türkiyənin populyar gənc aktyorları Aytaç Şaşmaz və Helin Kandemir haqqında yayılan eşq iddiaları maqazin gündəmini silkələyib. Tezadlar.az xəbər verir ki, Türkiyənin “Star TV” kanalında yayımlanan “Sevdiyim Sənsən” serialında baş rolları bölüşən Aytaç Şaşmaz və Helin Kandemir barədə yeni iddia ortaya atılıb. Serialda bir-birinə aşiq olan obrazları canlandıran cütlüyün münasibətlərinin çəkiliş meydançasından kənara daşındığı bildirilir. Məlumata […]
Klopp ‘Real Madrid’lə danışıqlara başladı: İlk tələbi məlumdur

“Real Madrid” rəhbərliyi və alman mütəxəssis Yurgen Klopp arasındakı danışıqlar dünya futbol gündəminin mərkəzinə çevrilib. Tezadlar.az xəbər verir ki, mövsümün uğursuz gedişatından sonra “Kral Klubu”nun sükanı arxasına keçməyə ən yaxın namizəd hesab olunan Kloppun rəhbərlik qarşısında qoyduğu ilk şərt bəlli olub. ”Liverpul”un keçmiş baş məşqçisi Madrid təmsilçisindən müdafiə xəttini kökündən yeniləməyi tələb edib. Kloppun transfer […]
Kiyevdə silahlı hücum: 5 nəfər ölüb, yaralılar var

Ukraynanın paytaxtı Kiyevin Qolosiyevski rayonunda baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb. Ukraynanın daxili işlər naziri İqor Klimenkonun “Telegram”da yaydığı məlumata görə, hücum edən şəxs Qolosiyevski rayonunda yerləşən supermarketdə gizlənib və xüsusi təyinatlı dəstə tərəfindən keçirilən əməliyyat […]
Bakı Slavyan Universitetinin bölmə rəhbəri Mənsur İbrahimli vəfat edib…

Bakı Slavyan Universitetinin (BSU) bölmə rəhbəri Mənsur İbrahimli 55 yaşında vəfat edib. Xatırladırıq ki, Mənsur İbrahimli bir müddət əvvəl “Təzadlar” qəzetinin əməkdaşı olmuşdur. Sevilən jurnalistlərdən idi. Qeyd edək ki, Bakı Slavyan Universitetinin əməkdaşı Mənsur İbrahimli bundan əvvəl Azərbaycan Pedoqoji Universitetinin mətbuat xidmətinin rəhbəri olmuşdur. Çox təəssüflər! Olduqca mehriban insan idi. Allah rəhmət eləsin!
Qobustan qəsəbəsində dəhşətli qəza-FOTO VƏ VİDEO

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dəhşətli yol qəzası baş verdi. Hadisənin şahidi olan Tezadlar.az-ın əməkdaşı xəbər verir ki, Bakı istiqamətinə hərəkətdə olan “Hyundai” CİP avtomobili başqa bir sərnişindaşıyan mini avtobus tərəfindən arxadan vurulub və avtomobil fotoşəkildə və videoda gördüyünüz vəziyyətə düşüb. Hadisə yerinə Təcili yardım maşını və polis əməkdaşları cəlb edildi. Xoşbəxtlikdən ölən yoxdur, amma […]
Sabir Rüstəmxanlı coşdu: “Əxlaqsız, öz millətindən bixəbərlərdir ki…”

Xalq şairi Sabir Rüstəmxanlı ona və həyat yoldaşı Tənzilə Rüstəmxanlıya qarşı təhqir və hədyan yazanlara əsəbi cavab verdi: “…Nədən yazırsan yaz, hadisələrə necə münasibət bildirirsən bildir, söhbətin nədən getdiyini bilməyən bir dəstə nadan, böhtançı, şər atmağa fürsət gəzən, əxlaqsız, öz millətindən bixəbər ortaya düşüb sənin sözünü öz ağılları kəsən və ya şərəfsizliklərinə uyğun şəkildə yozacaqlar. […]
Xırdalanda qətl: şübhəli həbs edildi

Bu gün Abşeron rayonunun Xırdalan şəhərində 1989-cu il təvəllüdlü Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Tezadlar.az xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.
SON DƏQİQƏ: Hörmüz boğazında iki gəmiyə atəş açılıb

İran gəmisinin Hörmüz boğazında iki gəmiyə atəş açdığı bildirilib. Bu hadisə İranın Hörmüz boğazını yenidən bağlamasından sonra baş verib. Tezadlar.az xəbər verir ki, Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyi İran İnqilab Keşikçiləri ilə əlaqəli “iki silahlı qayıq”ın bir tankerə atəş açdığı barədə məlumat aldığını bildirib. UKMTO-nun xəbərdarlıq qeydində tanker kapitanının silahlı qayıqların radio vasitəsilə […]
DƏHŞƏT! Yağışdan qaçdılar, ildırımın qurbanı oldular

Diyarbəkir şəhərinin Ergani rayonunda yağışdan qaçmaq üçün sığındıqları ağaca ildırım düşməsi nəticəsində iki uşaq ölüb, biri ağır yaralanıb. Tezadlar.az xəbər verir ki, əmioğlular olan K.Y. (14), S.Y. (15) və M.Y. (16) yağışdan qaçmaq üçün Çiçeközü kənd məhəlləsindəki evlərinin bağçasındakı bir ağacın altına sığınıblar. Ağaca ildırım düşməsi nəticəsində hər üç uşaq ağır yaralanıb. Hadisə yerinə 112 […]
İran parlamentinin sədri Trampı yalançı adlandırdı…

“ABŞ-ın blokadası davam edərsə, Hörmüz boğazı bağlanacaq”. Tezadlar.az xəbər verir ki, bu barədə İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf sosial media hesabında yazıb. Qalibaf X-də yazıb: “ABŞ prezidenti bir saat ərzində yeddi bəyanat verdi və onların yeddisinin hamısı yalan idi. Onlar bu yalanlarla müharibədə qalib gələ bilmədilər və əlbəttə ki, yalanlarla danışıqlarda heç nəyə nail […]
ABŞ və İran nümayəndə heyətləri “çox güman ki, bazar ertəsi” İslamabadda görüşəcəklər

Pakistanın hökumət mənbələri ABŞ və İran nümayəndə heyətlərinin danışıqların ikinci mərhələsi üçün “çox güman ki, bazar ertəsi” İslamabadda görüşə biləcəyini bildiriblər. Tezadlar.az xəbər verir ki, İslamabadın hökumət rəsmiləri Anadolu Agentliyinə bildiriblər ki, Pakistan ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsinə hazırlaşır. Rəsmilər qeyd ediblər ki, hər iki ölkənin texniki səviyyəli nümayəndə heyətləri danışıqların […]
Əgər banka borcun varsa, bunu bilməlisən – icra məmurunun səlahiyyətləri genişlənir

İcra məmurlarının hüquqları genişləndiriləcək. Tezadlar.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və […]
Niyə yerli istehsal olan avtomobillərə maraq azdır? – Satış da, istehsal da azalıb…

2025-ci ilin birinci rübündə Azərbaycanda 1 138 ədəd minik avtomobili istehsal edilib. Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobilərinin istehsalı 2025-c ilin birinci rübü ilə müqayisədə 164 ədəd (12,6%) az olub. Belə ki, ötən ilin yanvar-mart aylarında ölkədə 1 302 ədəd minik avtomobili istehsal edilmişdi. Rübün sonuna, yəni 1 aprel tarixinə anbarlarda […]
Sel, intensiv yağış, güclü külək – FHN yenidən əhaliyə ehtiyatlı olmağı tövsiyə etdi

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Tezadlar.az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina […]
Sabançının qızı ad gününə dəvət etdiyi müğənniyə milyonlar ödədi

Türkiyənin məşhur simalarından olan Çiğdem Sabancı 56 yaşını Kapadokyada möhtəşəm və dəbdəbəli şəkildə qeyd edib. Kapadokyanın sehrli atmosferində keçirilən ad günü məclisi, təkcə atmosferinə görə deyil, həm də xərclərə görə məşhurlar və biznes dünyasında bir nömrəli müzakirə mövzusuna çevrildi. Tezadlar.az türk mediasına istinadən xəbər verir ki, ötən həftəsonu keçirilən bu xüsusi tədbir üç gün davam edib. […]
Daxilimizdəki Yaralı Uşaq: Psixoloqla Keçmişə Səyahət – MÜSAHİBƏ

Hər birimiz bu gün fərqli xarakterlərə, fərqli həyat yollarına sahib olsaq da, hamımızın ortaq bir başlanğıcı var: Uşaqlıq. Çox vaxt unutduğumuzu sandığımız, ‘uşaq idi, keçdi’ dediyimiz hadisələr əslində bu gün verdiyimiz qərarların, seçdiyimiz insanların və yaşadığımız qorxuların təməlində dayanır. Bu gün Sevinc Cavadi ilə uşaqlıq illərimizin görünməyən izlərini – travmalarımızı və onların sağalma yollarını danışacağıq. […]
Bu gün görkəmli muğam ustası Məcid Behbudovun dünyaya gəldiyi gündür

Bu gün görkəmli muğam ustası, muğamlarımızın mahir bilicisi və ifaçısı, Şuşalı Məcid Behbudalı oğlu Behbudovun doğum günüdür. Bu barədə sənətkarın nəvəsi – Xalq artisti Rəşid Behbudovun qızı Azərbaycanın Əməkdar artisti Rəşidə Rəşid (Behbudova) sosial media hesabında paylaşım edib. “1910-1920-ci illər ərzində Məcid Behbudovun ifasında dünyanın məşhur qramafon şirkətkəri tərəfindən 100-lərlə val buraxılaraq muğamlarımızın, xalq mahnılarının […]
Bəstələdiyi mahnıları dinləyərək əməliyyatlardan uğurla çıxan bəstəkar

Görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin bu gün anım günüdür. Tezadlar.az xəbər verir ki, bəstəkarın oğlu, Əməkdar incəsənət xadimi, professor Nazim Mirişli “Xəzər Axşamı” verilişinə müsahibəsində maraqlı xatirəsini bölüşüb. Bəstəkar bildirib ki, atası səkkiz dəfə öz mahnılarını dinləyərək əməliyyat olunub: “Atam səkkiz dəfə əməliyyat olunmuşdu. Şəfqət bacıları yutubdan onun mahnılarını tapıb, sıra ilə səsləndirmişdilər. Atam […]
Bu gün bu məkanlarda “açıq qapı” günüdür – giriş pulsuzdur

18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü keçiriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 18-də ziyarətçilərin qeyd olunan məkanlara girişi ödənişsiz təmin olunacaq.
Günay 9 nəfəri qətlə yetirənin autizmli uşaq olmadığını bildirdi: Onlar sevgi dolu, həssas olurlar

“Elmi əsası olmayan bu cür etiketləmələr həm autizmli şəxslərə, həm də onların ailələrinə zərər verir, cəmiyyətdə yanlış təsəvvür yaradır” Model Günay Musayeva Türkiyənin Kahramanmaraş bölgəsində 14 yaşlı oğlanın 9 nəfəri qətlə yetirməsi hadisəsi ilə bağlı paylaşım edib. Tezadlar.az xəbər verir ki, o, oğlanın autizmli olması ilə bağlı şərhləri tənqid edib. günay bildirib ki, autizmli uşaqlar bu […]
Bugun 18 Aprel: Dünyada hansı əlamətdar günlər qeyd olunur?

Bu gün təqvimdə bir neçə mühüm hadisə ilə yadda qalır. 18 aprel tarixi bütün dünyada mədəni irsin qorunmasından tutmuş, rabitə və media sahəsinə qədər müxtəlif mövzularda özəl gün kimi qeyd edilir. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü (Dünya Miras Günü): ICOMOS-un təşəbbüsü ilə qeyd olunan bu günün əsas məqsədi bəşəriyyətin ortaq mədəni irsinin qorunması və […]
Tanınmış iqtisadçı Baş nazir Əli Əsədov haqqında şok faktları açıqladı- İNANILMAZ

Tanınmış iqtisadçı-tədqiqatçı Əkrəm Həsənov Baş nazir Əli Əsədov haqqınnda olduqca maraqlı və ibrətamiz status paylaşıb. Tezadlar.az təqdim edir: “…2 gün əvvəl iqtisadiyyatımızı indiki acınacaqlı günə qoymuş 6 vəzifəli haqda giriş statusu yazdım və medianı onların fəaliyyətini işıqlandırmağa səslədim… Və onlardan biri – baş nazir Əli Əsədovun biznes imperiyası haqda yazdı (mənim siyahımda o, 4-cü idi, […]
Ermənistan Türkiyə–Gürcüstan–Azərbaycan formatına qoşulur

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Kurtulmuşla görüşünün yekunlarına dair “X” sosial şəbəkəsində yazıb. Sitat”…Mən İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla söhbət etdim. Mən həmkarımın Gürcüstan parlamentinin […]
Başlıbel faciəsinin ildönümüdür

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Tezadlar.az bildirir ki, 1993-cü ilin aprelində Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 33 il ötür. Bu cinayət nəticəsində içərisində uşaqların, qadınların, əlilliyi olan şəxslərin, ahılların da olduğu kənd əhalisi işgəncələrə məruz qalmaqla kütləvi şəkildə qətlə yetirilib, hətta bəziləri diri-diri yandırılıb. Başlıbel kəndinin Ermənistan tərəfindən işğalı zamanı 62 […]
Lukaşenko Qərblə danışıqları “onların axmaq oğlu deyil” sözləri ilə qiymətləndirdi

Belarus prezidenti Aleksandr Lukaşenko RT-yə verdiyi açıqlamada bildirib ki, Qərblə bütün danışıqlara baxmayaraq, o, “onların axmaq oğlu deyil” olduğunu çox yaxşı başa düşür. Tezadlar.az-ın məlumatına görə, ölkə lideri qeyd edib ki, “Qərb mənimlə hansı danışıqları aparırsa-aparsın, mən onların axmaq oğlu olmadığımı çox yaxşı başa düşürəm. Onlar məni məmnuniyyətlə çeynəyib tüpürərdilər”. Lakin Lukaşenko vətəndaşlarının maraqlarını rəhbər […]
Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli sənədlər üzrə danışıqlar aparıldı

16 aprel tarixində Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib. Bu barədə tezadlar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə […]
Qərb həmişə postsovet respublikalarını Rusiyaya qarşı təhrik edib

Qərb dövlətləri həmişə keçmiş sovet respublikalarını Rusiyaya qarşı təhrik ediblər. Tezadlar.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko RT-yə eksklüziv müsahibəsində bildirib. “Qulaq asın, siz (Qərb – RED.) həmişə bizi, Ukraynanı və digər postsovet respublikalarını Rusiyaya qarşı təhrik etmisiniz. Siz həmişə təhrik etmisiniz. Zelenski bunu bilirdi. O, bunu bilirdi – mən də bunu […]
İran Trampın “uran” iddiasını təkzib edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampın “İranın zənginləşdirilmiş uranı ABŞ-a ötürüləcək” iddialarını təkzib edərək, uranın heç bir halda ölkədən çıxarılmayacağını və bu məsələnin danışıqlar masasında olmadığını bildirib İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uranın ABŞ-a köçürüləcəyi ilə bağlı iddialarını təkzib edib. Tezadlar.az xəbər […]
Burhanəddin Duran: Türkiyə ilə Azərbaycan arasında dərin köklü qardaşlıq əlaqələri möhkəmlənir

Rabitə direktoru Burhanəddin Duran Antalya Diplomatiya Forumu 2026 çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Rabitə direktoru Burhanəddin Duran, Türkiyə Radio və Televiziya Korporasiyasının (TRT) “Qlobal Rabitə Tərəfdaşı” kimi qatıldığı Belek Turizm Bölgəsindəki NEST Konqres Mərkəzində keçirilən Antalya Diplomatiya Forumu (ADF) 2026-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident […]
Azərbaycandan Həccə maraq yüksəkdir – bütün yerlər tutuldu

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub. Tezadlar.az xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. QMİ rəsmisi bildirib ki, Həcc üçün qurum 1150 kvota yeri ayırıb. O qeyd edib ki, Həcc ziyarətinə yollanan […]
HƏFTƏBECƏR- ELÇİN MƏMMƏDLİ YAZIR

Məlumatlara görə, Türkiyənin Şanlıurfa bölgəsində keçirilən bir toy mərasimində bəylə gəlin 100 nəfər yetim uşağı da toya dəvət ediblər. Qonaqlardan da xahiş olunub ki, bəylə gəlinə qızıl-zinət əşyaları almaq əvəzinə, yetim uşaqlara hədiyyələr alsınlar. P.S. Çox gözəl və xeyirxah bir addımdır. Sual olunur: Bizdə də belə addım ata biləcək cəsarətli bəylə gəlin ola bilərmi? Əlbəttə, […]
Hizbullahın tərksilahı əsas məqsəd olaraq qalır

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Ordusu radikal “Hizbullah” qruplaşmasına qarşı quru əməliyyatı zamanı ələ keçirdiyi Livanın cənubundakı əraziləri nəzarətdə saxlamağa davam edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. “Müəyyən etdiyimiz məqsəd – “Hizbullah”ın tərksilah edilməsi – əməliyyatımızın əsas vəzifəsi olaraq qalır”, – o bildirib. Kats qeyd edib ki, […]
Qurban Qurbanovdan intizam qərarı – iki futbolçu dubla göndərildi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib. Tezadlar.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib. Etibarlı mənbə saytımıza bildirib ki, buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması səbəb olub. Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” – “Qarabağ” oyunundan […]
SON DƏQİQƏ: İranla bir-iki gün ərzində yekun razılığa gələ bilərik – Tramp

ABŞ prezidenti Donald Tramp İranla “bir-iki gün ərzində” razılığa gələ biləcəklərinin ehtimal olunduğunu bildirib. Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən “Axios” xəbər platformasına danışan prezident Tramp Vaşinqton və Tehran nümayəndə heyətlərinin yekun razılığa gəlmək üçün bu həftə sonu görüşəcəklərini söyləyib. “İranlılar danışmaq istəyirlər. Onlar razılaşmaq istəyirlər. Düşünürəm ki, bu həftə sonu görüş olacaq. Yəqin ki, […]
Donald Trump: İsrailə Livana zərbələr qadağan edilib

ABŞ Prezidenti Donald Tramp İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmədiyini bəyan edib. Tezadlar.az xəbər verir ki, o müvafiq bəyanatı “Truth Social” sosial şəbəkəsində dərc edib. “İsrailə artıq Livana zərbələr endirməyə icazə verilmir. ABŞ onlara bunu qadağan edir. Kifayətdir!!”, – Tramp yazıb. O həmçinin qeyd edib ki, Livanla işləməyə davam edəcək və “Hizbullah” hərəkatı ilə bağlı […]
Çempionlar Liqasında yarımfinal həyecanı: Oyunların vaxtı dəqiqləşdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin oyun cədvəli müəyyənləşib. Tezadlar.az bu barədə UEFA-ya istinadən məlumat yayıb. Bu mərhələdə PSJ – “Bavariya” və “Atletiko” – “Arsenal” cütləri üz-üzə gələcək. İlk oyunlar 28 aprel, 23:00 PSJ – Bavariya 29 aprel, 23:00 “Atletiko” – “Arsenal” Cavab oyunları 5 may, 23:00 “Arsenal” – “Atletiko” 6 may, 23:00 “Bavariya” […]
Madrid klubunda Kroos dövrü: Yeni vəzifə təyinatı

Almaniyalı sabiq futbolçu Toni Kroos “Real” klubuna yeni rolda qayıda bilər. Tezadlar.az xəbər verir ki, bu barədə “Onda Cero” məlumat yayıb. Madrid təmsilçisi Kroosun komanda ilə rəhbərlik arasında əlaqələndirici rol oynamasını istəyir. Ehtimala görə, o, Avropada geniş yayılmış texniki koordinator vəzifəsinə təyin edilə bilər. Kroos futbolçu kimi 2014–2024-cü illərdə “Real”da çıxış edib. Bu müddətdə o, […]
Üç qardaşın görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə bir araya gəlib. Tezadlar.az xəbər verir ki, üç qardaş ölkənin başçıları səmimi söhbət ediblər.
Süni intellektlə yazılan mesajlar münasibətləri poza bilər

Müasir tanışlıq dünyasında yeni sosial gərginlik yaranıb. Süni intellektdən istifadə, xüsusilə də ChatGPT vasitəsilə tanışlıq tətbiqlərində bio yazmaq, mübahisələr zamanı məsləhət almaq və ya gündəlik ünsiyyət üçün hazır cavablar əldə etmək artıq rahatlıqdan çox narahatedici siqnal kimi qəbul olunur. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, tanışlıq tətbiqlərindən istifadə edən bir çox insan üçün qarşı […]
Pişiklərin qoxu dünyası: sahibinin qoxusu onlar üçün nə deməkdir?

Bir çox hallarda pişiyinizin qoltuqaltınızı iylədiyini və ya geyinilmiş paltarlarınızın üstündə yatdığını görə bilərsiniz. Bu davranış əslində tamamilə normaldır. Çünki pişiklər üçün insan qoxusu sadəcə qoxu deyil məlumat mənbəyidir. Tezadlar.az 5 maraqlı səbəbi təqdim edir: Pişiklər qoxunu necə “oxuyur”? Pişiklərin qoxu hissi insanlardan qat-qat güclüdür. Onlarda 45–200 milyon arası qoxu reseptoru var (insanlarda təxminən 10 […]
Bakıda ailə dramı – kişi keçmiş arvadını öldürüb, evi yandırdı

Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb. Bu barədə Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən daxil olan birgə məlumatda bildirilib. Qeyd olunub ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə […]
Putin Təhlükəsizlik Şurasında qonşu ölkələrlə əməkdaşlığı gündəmə gətirdi

Rusiya Prezidenti Vladimir Putin cümə günü Təhlükəsizlik Şurasının daimi üzvləri ilə RF-nin MDB ölkələri ilə münasibətlərini müzakirə edir. Bu barədə Tezadar.az Rusiya mediasına istinadən xəbər verir. “Bu gün prinsipcə daimi əsasda məşğul olduğumuz məsələni müzakirə edəcəyik. Bu, ən yaxın qonşularımızla – MDB ölkələri ilə qarşılıqlı əməkdaşlıqdır”, – o, müşavirənin əvvəlində bildirib. Putin Rusiyanın MDB ölkələri ilə […]
Ərdoğan: Ticarət gəmiləri üçün Hörmüz boğazına məhdudiyyət olmamalıdır

Hörmüz boğazı ticarət gəmiləri üçün açıq olmalıdır. Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib. Türkiyə Prezidenti Hörmüz boğazı ilə bağlı Ankaranın mövqeyinin aydın olduğunu diqqətə çatdırıb: “Əgər Hörmüz boğazının bir tərəfi İrandırsa, digər tərəfi Omandır. Hörmüz boğazı ticarət gəmiləri üçün açıq qalmalıdır”. Onun sözlərinə görə, ölkəsi […]
Kahramanmaraşda qanlı hadisə – məktəb bağlandı

Aprelin 15-də Kahramanmaraşda silahlı insident baş verən Ayser Çalık orta məktəbi fəaliyyətini dayandırıb. Tezadlar.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının Kahramanmaraş üzrə nümayəndəsi Ünal Ateş aprelin 20-dən həmin məktəbdə tədris həyata keçirilməyəcəyini açıqlayıb. Məktəbdə təhsil alan şagirdlər digər təhsil müəssisələrinə yönləndiriləcək. Xatırladaq ki, Ayser Çalık məktəbinin 8-ci sinif şagirdi İsa Aras Mersinlinin həyata keçirdiyi silahlı […]
Hidayət Heydərov Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Tezadlar.az İdman.Biz-ə istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu Hidayət Heydərov finalda ev sahibi, olimpiya çempionu Laşa Şavdatuaşviliyə uduzub. Bununla da o karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb. Təmsilimiz daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), […]
Qilermo Oyosun illər əvvəlki sözləri: Messi Maradona kimi olacaq

Nadir futbol hekayəsi: Qilermo Oyos, “Barselona”dakı ilk görüşlərindən 23 il sonra yenidən Lionel Messi ilə işləyir. Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, 2003-cü ildə, Messinin cəmi 16 yaşı olanda Oyos demişdi: “Mən Dieqo ilə oynamışam və Lionel mənim ona ən yaxın gördüyüm oyunçudur. O, Maradona kimi olacaq”. Aşağıdakı şəkildə artıq “Barselona”nın aparıcı oyunçularından biri olan […]
Psixopatik meyillər hansı peşələrə yönəldir? – yeni araşdırma

İllinoys Universitetinin Urbana-Şampeyn kampusunun alimləri tərəfindən aparılan yeni tədqiqat göstərir ki, insanın xarakter xüsusiyyətləri onun gələcək peşə seçiminə birbaşa təsir edir. Araşdırmaya görə, psixopatik meyilləri olan şəxslər daha çox fiziki əmək və texniki sahələrə üstünlük verir. Tezadlar.azxarici mediaya istinadla xəbər verir ki, tədqiqat çərçivəsində yaşı 17-32 arasında olan 600-dən çox tələbə arasında sorğu keçirilib. Nəticələr […]
DİM: 11-ci sinif buraxılış imtahanının nəticələri elan edildi

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Tezadlar.az-a DİM-dən məlumat verilib. Tezadlar.az xəbər verir ki, İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə […]
Son bir ildə özəlləşdirmə və icarə gəlirlərində ciddi artım qeydə alındı

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə və icarədən dövlət büdcəsinə 93,6 milyon manat köçürüb. Tezadlar.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 84,6 % çoxdur. Məlumata görə, yanvar-mart aylarında 14 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi və 298 nəqliyyat vasitəsi özəlləşdirilib. Bunun […]
Donald Trump: Bayden dövründə ABŞ-a dünya gülürdü

Keçmiş prezident Co Baydenin dövründə Birləşmiş Ştatlara bütün dünya gülürdü. Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “ABŞ indi dünyanın ən “qaynar” ölkəsidir. Elə bu yaxınlarda, yuxulu Co Baydenin dövründə ölkə ölü idi, ona bütün dünya gülürdü!!! Amma artıq heç kim gülmür!!!” – Tramp yazıb.
Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas heyətdən kənarlaşdırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib. Tezadlar.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib. Bildirib ki, buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması olub. Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” – “Qarabağ” oyunundan sonra qəbul edilib. Qeyd edək ki, […]
Xəzər Universiteti ilə Türkiyənin bir sıra aparıcı universitetləri arasında əməkdaşlıq genişləndirilir

Aprelin 13-16-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə – Sabançı Universiteti, Yeditepe Universiteti, İstanbul Texniki Universiteti, Boğaziçi Universiteti və Koç Universitetinə işgüzar səfərdə olublar. Xəzər Universitetindən Tezadlar.az–a bildirilib ki, səfərin əsas məqsədi akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin inkişafı, […]
Abdullah Eren: Azərbaycan artıq yardım deyil, tərəfdaş ölkədir

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə ciddi inkişaf baş verir. Bunu Tezadlar.az-ın Türkiyə bürosuna açıqlamasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren bildirib. Onun fikrincə, bu səbəbdən Azərbaycanla yalnız inkişaf yardımı göstərmək yanaşması ilə deyil, artıq daha çox inkişaf proqramları çərçivəsində əməkdaşlıq etmək lazımdır. Azərbaycana bir qardaş ölkə kimi yanaşılmalıdır: “Texniki […]
Ilham Əliyev və Mehriban Əliyeva forumun açılışında iştirak etdi

Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Tezadlar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib. Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Builki forumda 150-dən çox ölkədən […]
“Qanunsuz qumar” əməliyyatı: 25 nəfər həbs edildi

Mersində mərkəzləşdirilmiş 4 əyaləti əhatə edən “qanunsuz qumar” əməliyyatında saxlanılan 25 şübhəli həbs edilib. Tezadlar.az xəbər verir ki, Mersin Baş Prokurorluğunun açıqlamasına görə, Vilayət Jandarma Komandanlığının qrupları qanunsuz qumar oyunlarına qarşı mübarizə aparmaq üçün əməliyyat keçirib. Əməliyyat zamanı “xaricdə onlayn qumar oyunlarının təşkili”, “qanunsuz qumar fəaliyyətlərindən pul köçürməsini asanlaşdırmaq” və “cinayət törətmək üçün təşkilat yaratmaq”la […]
Ermənistandan Azərbaycana hansı məhsulların ixracı gözlənilir?

Hazırda yaşadığımız proseslərlə mübarizə apararkən həyatımızda sülhün təmin olunması üçün hər gün investisiya etməliyik. Eyni zamanda, iqtisadi əlaqələrin qurulması da mühüm əhəmiyyət daşıyır. Artıq qeyd olunduğu kimi, biz Azərbaycanla ticarətə başlamışıq. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda” […]
Dağlıq ərazilərdə güclü yağıntı və qar gözlənilir

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Tezadlar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi […]
Ukrayna Rusiyadan daha güclü olmaq istəyir

Ukraynanın strateji məqsədi Rusiyadan daha güclü olmaqdır. Tezadlar.az xəbər verir ki, “Novosti.Live”-ın məlumatına görə, bunu respublikanın Baş naziri Yuliya Sviridenko deyib. “Strateji məqsədimiz iqtisadi cəhətdən daha güclü, müdafiə baxımından daha güclü və bir çox sahədə Rusiyadan daha güclü olmaqdır”, – Sviridenko bildirib. Onun sözlərinə görə, ukraynalılar sülh istəyirlər, lakin bu, təhlükəsizlik zəmanətlərinə əsaslanmalıdır. Daha əvvəl […]
Johnny Depp: qadınlardan uzaqlaşıb, musiqiyə sığınıb

Məhkəmə çəkişmələrinin buraxdığı ağır izlər məşhur aktyor Conni Deppin qadınlarla münasibətdə daha utancaq davranmasına və şəxsi həyatını bərpa etməyə tələsməməsinə səbəb olub. Tezadlar.azxarici mediaya istinadla xəbər verir ki, illərlə maqazin gündəmindən düşməyən 62 yaşlı ulduzun artıq üstünlükləri dəyişib və o, indi qadınlarla vaxt keçirməkdənsə, gitarası ilə baş-başa qalmağa üstünlük verir. Aktyora yaxın mənbələr onun hazırda […]
Tramp NATO-dan uzaqlaşmağı istəyib

ABŞ prezidenti Donald Tramp NATO-dan yardım təklifi ilə bağlı zəng aldığını, lakin onları uzaq durmağa çağırdığını bildirib. Tezadlar.az xəbər verir ki, Amerika lideri bunu Truth Social sosial media səhifəsində paylaşıb. “İndi Hörmüz boğazındakı vəziyyət həll olunduğundan, NATO mənə zəng etdi və köməyə ehtiyacımız olub-olmadığını soruşdu. Mən onlara gəmilərini neftlə doldurmaq istəmədikləri təqdirdə uzaq durmalarını dedim”, […]
Qobustanda baş verən hadisə – 3 yaşlı uşağın vəziyyəti orta-ağırdır

3 yaşlı oğlan aprelin 15-də saat 22:40-da zəhərlənmə şübhəsi ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Tezadlar.az-a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, tibb müəssisəsində azyaşlıya psixotrop dərman vasitələri ilə zəhərlənmə diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərilən azyaşlının vəziyyəti stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Qobustanda azyaşlı dərmandan […]
Mediada şok: dünənədək Əli Əsədovun Sərəncamlarını yayanlar indi korrupsiyasından yazır!

Bəli, Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub. Tezadlar.az xatırladır ki, dövlət başçısı həmişə məmurlardan peşəkarlıq, təvazökarlıq, insanlara həssas münasibət, mədəni davranış, qanunların tələblərinə riayət tələb edib. Məmur rüşvət almamalıdır, dövlətin cibinə girərək […]
İran Hörmüz boğazını bütün ticarət gəmiləri üçün açdı

İran Hörmüz boğazının açıldığını elan edib. Tezadlar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi bildirib. Belə ki, Livanda atəşkəsə uyğun olaraq, İranın Limanlar və Dənizçilik Təşkilatı tərəfindən əvvəllər elan edilmiş razılaşdırılmış marşruta uyğun olaraq, Hörmüz boğazından keçid atəşkəs müddətinin qalan hissəsində bütün ticarət gəmiləri üçün tam açıq elan edilib.
“Moskva Buz Sirki” Bakının yay əyləncələrinə yeni nəfəs gətirir

Bakıda yay mövsümünün ən möhtəşəm və yadda qalan hadisələrindən biri старт götürür – Circus Sea Breeze arenasında sirk sənəti ilə buz səhnəsinin sehrini birləşdirən beynəlxalq səviyyəli “Moskva Buz Sirki” şousu təqdim olunacaq. Tezadlar.az xəbər verir ki, 30 maydan 30 avqustadək ilk dəfə olaraq Circus Sea Breeze arenası unikal buz məkanına çevriləcək və tamaşaçılara dünya səviyyəli […]
Bu foto dünya mediasında şok yaratdı…

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev və digər ölkələrin rəhbərləri çıxış ediblər. Qeyd edək ki, bu dəfəki Beşinci Forumun mövzusu “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin […]
Yağıntılar Kür çayını coşdurdu – su sərfi ikiqat arta bilər

“Son günlər intensiv yağıntılarla əlaqədar transsərhəd Kür çayı ilə ölkə ərazisinə daxil olan suyun həcmi əhəmiyyətli dərəcədə artıb. Həmçinin, Mingəçevir su anbarının təsiri ilə Kür çayının səviyyəsində də artım müşahidə edilir. Hazırda Kür çayının mənsəb hissəsində su sərfi 300 kubmetrdən çoxdur. Yaxın günlərdə bu rəqəmin 600 kubmetrə qədər artması və bu göstəricidə stabil saxlanılması gözlənilir”. […]
Tramp İranın dəniz sərhədlərinə yenə də nəzarət edəcək, çünki…

Hörmüz boğazının açılmasına baxmayaraq İrana qarşı dəniz blokadası qüvvədə qalacaq. Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. Tramp qeyd edib ki, Hörmüz boğazı tamamilə açıqdır, ticarət və tam keçid üçün hazırdır. Tramp bildirib ki, lakin bununla belə, İrana qarşı dəniz blokadası tam qüvvədə qalacaq. Sitat: “Bu, İranla razılaşmamız 100% […]
Arda Gülər baş vermiş hadisəyə görə üzrxahlıq etdi

“Real”ın yarımmüdafiəçisi Arda Gülər UEFA Çempionlar Liqasında mübarizəni başa vurmalarına reaksiya verib. Tezadlar.az xəbər verir ki, türkiyəli futbolçu sosial şəbəkə hesabındakı paylaşımında yazıb: “Bu, belə olmamalı idi. Çox üzr istəyirik. Geri qayıdacağıq. Madrid, davam et”. “Real” ÇL-in 1/4 finalının cavab matçında “Bavariya”ya 3:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Arda Gülər oyunda 2 qol vurub. Matç […]
İrandan bir addım geri: Hörmüz boğazı açıldı- SON DƏQİQƏ

Nəhayət, İran ABŞ- ın təzyiq və təıəblərinə uyğun olaraq Hörmüz boğazını açıb. Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X”də bildirib. Nazir qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərininHörmüz boğazından keçidi atəşkəs müddəti ərzində tam açıq elan olunur. Sitat: “Bu, İran islam Respublikasının Liman və […]
“İran uranı ABŞ-a verir, tezliklə müharibənin başa çatdığını deyəcəm”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran yüksək zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılıq verib. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb. Tramp jurnalistlərə açıqlamasında deyib ki, İranın nüvə silahına malik olmayacağı ilə bağlı razılıq əldə olunub: “İranın nüvə silahı yoxdur və onlar bununla razılaşıblar. Onlar buna […]
Bu Karapetyan nə qiymətli adammış – 10 milyon dollara azadlığa buraxıldı

Rusiyalı iş adamı və Güclü Ermənistan partiyasının lideri Samvel Karapetyan misli görünməmiş 10 milyon dollardan çox girov müqabilində azadlığa buraxılıb. Tezadlar.az xəbər verir ki, bu barədə iş adamının vəkili Aram Vardevanyan bu gün – 17 apreldə keçirilən məhkəmə iclasında bildirib. “Girov məbləği Ermənistan tarixində görünməmiş həddədir – dörd milyard dram (təxminən 10,6 milyon dollar – […]
Avropada yanacaq böhranı başladı: Reyslər ləğv olunur və…

Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edəcək”. Tezadlar.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol “Associated Press” (AP) agentliyinə müsahibəsində deyib. F.Birolun fikrincə, İrandakı müharibə və Hörmüz boğazının blokadası nəticəsində pozulmuş tədarüklər yaxın vaxtlarda bərpa olunmasa, aviaşirkətlər tezliklə reysləri ləğv etməyə başlayacaqlar. BEA rəhbəri bəyan edib ki, […]
Kişi keçmiş arvadını öldürdü, evi və maşını yandırıb özünü də öldürdü- DƏHŞƏTLİ OLAY

Bu gün Bakı şəhərində dəhşətli qətl və ölüm hadisəsi baş verdi… Belə ki, kişi keçmiş arvadını qətlə yetirib, evi və maşını yandırıb, daha sonra özünü öldürüb. Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin tezadlar.az-a göndərilən birgə məlumatında deyilir ki, aprelin 17-də,saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş […]
Müvəqqəti atəşkəsləri qəbul etmirik, çünki… – İran xarici işlər nazirinin müavini

İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “Biz (ABŞ və İran arasında) heç bir müvəqqəti atəşkəsi qəbul etmirik. Çünki diplomatiyanı tükəndirmək və sonra müharibəyə qayıdışa səbəb olmaq üçün istifadə edilən bu pis dövrəyə son qoyulmalıdır” deyib. Tezadlar.az xəbər verir ki, Xətibzadə bu sözləri Antalya Diplomatiya Forumu (ADF) 2026 zamanı ABŞ və İsrailin də daxil olduğu […]
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır, amma…

Deyəsən, vəziyyət dəyişir: Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib. O qeyd edib ki, görüş Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mümkündür.
“İyilik Üretenler” Dərnəyi və Beynəlxalq Qalereya birgə sərgi təşkil etdilər – Dünya İncəsənət Günü

Beynəlxalq onlayn platformada “İyilik Üretenler” Dərnəyi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Dünya İncəsənət Gününə həsr olunmuş sərgi təşkil olundu . Sərgidə Ağdam rayonundan Qönçə ART Studionun rəhbəri Qönçə Həzizadə tələbələri ilə, AMK-nın nəzdində Respublika İncəsənət Gimnaziyasının müəllimi Minə Məmmədova, rəssamlar Vüqar Şıxəliyev, Aygün Kamilqızı, Cavidan İsayev, Elnura İsmayılova, Humay Məcidli, Turan Məmmədova, Ədilə Eyvazlı, […]
Qurban Qurbanov həmin futbolçunu əsas heyətdən uzaqlaşdırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov müdafiəçisi Abbas Hüseynovu əsas komandadan kənarlaşdırıb. Tezadlar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, baş məşqçinin bu qərarı verməsinə səbəb oyunçunun nizam-intizam qaydalarını pozması olub. Buna görə də 30 yaşlı müdafiəçi əvəzedici heyətə göndərilib. Qeyd edək ki, bu, klubda baş verən ilk belə hal deyil. […]
İrem Helvacıoğlu şəxsi həyatı ilə gündəmə gəldi: münasibətlərinə son qoydu

Tezadlar.az xəbər verir ki, aktrisa həyat yoldaşı Ural Kasparla 1 il yarım davam edən evliliyini rəsmi şəkildə bitirib. Cütlük qarşılıqlı razılaşma ilə ayrılıb. Qeyd edək ki, 2024-cü ildə evlənən cütlüyün 6 aylıq Sora adlı qızları var.
Türkiyənin aidiyyəti qurumları bu serialları nəzarətə götürüb

Şanlıurfa və Kahramanmaraşda baş verən faciələr fonunda Türkiyədə yayımlanan serialların yoxlanılmasına başlanılıb. Tezadlar.az xəbər verir ki, hazırda türk mediasında “Eşref Rüya” və “Yeraltı” seriallarının yayımdan tamamilə çıxarılması ilə bağlı şayiələr yayılıb. Lakin ekran işlərinin yayım şirkətləri hələ ki, bununla bağlı hər hansı rəsmi addım atılmadığını açıqlayıblar. Bununla belə, layihələrdə artıq silah, zorakılıq səhnələrə daha ciddi […]
Prezident İlham Əliyev Türkiyəyə başsağlığı verdi: “Bu qəddarlığı qətiyyətlə pisləyirik”

Tezadlar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə edilən silahlı hücum nəticəsində çox sayda insanın həlak olması və yaralanması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. “Dərin sarsıntı və kədər hissi ilə qarşıladıq” Dövlət başçısı məktubunda baş vermiş dəhşətli hadisədən kədərləndiyini bildirib: “Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum […]
“Bir millətin iradəsi dünyanın ən ölümcül silahından da qüdrətlidir”-SƏFİRİN “TƏZADLAR”A MÜSAHİBƏSİ

…Bildiyimiz kimi, 2026-cı il fevralın 28-də İsrail və Amerika Birləşmiş Ştatları tərəfindən İrana qarşı birgə hücum əməliyyatı həyata keçirildi. Qeyd edək ki, İsrail tərəfindən “Nərildəyən Şir”, ABŞ Müdafiə Nazirliyi tərəfindən isə “Epik qəzəb əməliyyatı” adlandırılan bu əməliyyat, İranın Tehran, İsfahan, Qum, Kərəc, Kirmanşah və Məşhəd şəhərlərinə endirilən bir sıra raket zərbələri ilə başladı. Bununla da ABŞ […]
Xəzər Universitetindən “Təzadlar”a xüsusi təbrik gəldi-FOTO-VİDEO

“Təzadlar” qəzetinin 33 yaşı münasibətilə təbriklər davam edir… Bu təbriklərin hamısı bizim üçün dəyərlidir. Hər kəsə sonsuz minnətdarlığımız var… Bu gün isə Xəzər Universiteti rəhbərliyinin adından bu əl işi- tort redaksiyaya göndərildi. Universitetin rəhbərliyinə, şəxsən Professor Hamlet İsaxanlıya, bu təşəbbüsün reallaşdırılmasında əziyyət çəkən Əlövsət Əmirbəyliyə və Xəzər Universiteti komandasına göstərdikləri diqqətə görə dərin təşəkkürümüzü bildiririk… JASMİN […]
Trampın ən yaxın müttəfiqləri ondan uzaq durmağa qərar veriblər

ABŞ prezidenti Donald Trampın ən yaxın Avropa müttəfiqləri Macarıstanın Baş naziri Viktor Orbanın respublikanın parlament seçkilərində məğlubiyyətindən sonra ondan uzaqlaşmağa başlayıblar. Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb. Fransalı siyasətçi Marin Le Pen Milli Ralli partiyasındakı həmkarlarına görüş zamanı deyib: “Biz məsafə saxlamalıyıq”. Jurnalın məlumatına görə, Amerika lideri Avropada “o qədər […]
İran ABŞ və İsrailin atəşkəsi pozan hər hansı bir təcavüzünə “dağıdıcı” cavab verəcək

İran İnqilab Keşikçiləri Korpusu atəşkəsi pozan ABŞ və İsrailin hər hansı bir təcavüzünə “dağıdıcı” cavab verəcəyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu “Ordu Günü” münasibətilə yazılı bir açıqlama yayıb. ABŞ və İsrailin atəşkəsi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edən açıqlamada “Ordu və İnqilab Keşikçiləri Korpusu düşmənlərin hər hansı bir təcavüzkar və cinayətkar hərəkətlərinə sərt […]
“Kəramət Böyükçölə görə 3 illik sevgilimdən ayrıldım və…”-NƏ BAŞ VERİR?

Sosial şəbəkələrdə “Xoşbəxt Qadınlar Klubu” adlı qrup var. Bu qrup təsadüfən qarşıma çıxdı, dedim görüm indi hansı xarakterli qadınlar özünü nədə xoşbəxt sayır. Orda belə bir status oxudum: “…Qrupda günlərdir xanımların Kəramət Böyükçöl sevgisi serial kimi davam edir Mən də baxıram ki, Kəraməti niyə qrupa dəvət ediblər. Amma kişilərin girişi qadağan olduğu üçün geri çevirdim. Bu xanıma da […]
İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub. Tezadlar.az xatırladır ki, bu barədə prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Röya Ayxan və Əkbərdən Yeni Duet: “Ay Qız” Artıq Onlayndır

Tezadlar.az xəbər verir ki, Azərbaycan estradasının ulduzu, Xalq artisti Röya Ayxan pərəstişkarlarını yeni mahnı ilə sevindirib. Müğənni bu dəfə Əkbər ilə işbirliyi edərək “Ay Qız” adlı yeni duetini təqdim edib. Sosial media hesabında yeni layihəsini paylaşan sənətçi, mahnının artıq bütün rəqəmsal platformalarda dinlənilə biləcəyini elan edib. Səbinə Bağırova
Türkiyə məktəblərində qətl törədən şagirdlər: ONLARI BİRLƏŞDİRƏN ŞOK SƏBƏB

…Bəlkə də dünya mediasında diqqətdə saxlanılan və Türkiyənin Şanlıurfa, həmçinin Kahramanmaraş şəhərlərində ard-arda baş verən məktəb hücumları ölkəni yasa boğub. Tezadlar.az Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, hər iki faciəvi hadisə nəticəsində ümumilikdə 1 müəllim və 8 şagird həyatını itirib, 33 nəfər isə yaralanıb. Cinayətkarlarla bağlı aparılan araşdırmalar zamanı diqqətçəkən bir oxşarlıq da üzə […]
Elza Seyidcahanı “meymun” adlandıran Roza Zərgərli məhkəmədə uduzdu

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərlinin məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, bu haqda axşam-az-a açıqlamasında E.Seyidcahan bildirib. O qeyd edib ki, məhkəmə ötən gün baş tutub. İfaçı qərarın onun xeyrinə olmasına baxmayaraq, tam da razı qalmadığını söyləyib. E.Seyidcahanın vəkili Elşən Behbudov əlavə edib ki, Apellyasiya Məhkəməsinə müraciət edəcəklər: “Yasamal Rayon Məhkəməsində […]
Budapeşt TİU-nun rektoru Hassan Charaf BANM-ın qonağı olub – FOTOLAR

Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin rektoru Hassan Charafın rəhbərlik etdiyi nümayəndə heyətini Bakı Ali Neft Məktəbində qəbul etməkdən məmnun oldum. Bunu BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında bildirib. “Qonaqları BANM-in kampusu, müasir laboratoriyaları və infrastrukturu ilə tanış etdik. Görüş zamanı BANM-in sənaye ilə sıx əlaqələr əsasında fəaliyyət göstərən, eyni zamanda tələbəyönümlü ali təhsil müəssisəsi […]
Azərbaycanın xam neft və qaz ixracından əldə etdiyi gəlir azalıb – SƏBƏB İSƏ…

2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycandan 4 milyard 540 milyon 205 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Tezadlar.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir. 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycandan 5 milyard 613 milyon 979 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi. Beləliklə, ixracın dəyəri 1 milyard […]
“Azərbaycan İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşıdır”

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir. Antalya Diplomatiya Forumu artıq nəinki regional, eyni zamanda qlobal məsələlərin müzakirəsini təşkil edən ciddi platformaya çevrilib. Dövlət başçımızın forumda iştirak etməsi Azərbaycanın sözügedən tədbirə xüsusi önəmini göstərir. Bunu iqtisadçı-deputat Vüqar Bayramov bildirib. O, vurğulayıb […]
Paralel böhranlar və vahid geosiyasi transformasiya-NƏLƏR BAŞ VERİR?

… Dünya siyasətində baş verən son proseslər göstərir ki, beynəlxalq münasibətlər sistemi artıq klassik regional böhranlar mərhələsini geridə qoyaraq daha geniş və struktur dəyişiklikləri ilə xarakterizə olunan yeni bir dövrə daxil olur. Yaxın Şərqdə artan gərginlik, Ukrayna müharibəsinin uzanması və ABŞ ilə Çin arasında dərinləşən rəqabət ilk baxışda bir-birindən ayrı hadisələr kimi görünsə də, Qərb […]
Vertolyot qəzasında 8 nəfər həlak olub

İndoneziyada Qərbi Kalimantan əyalətində vertolyot qəzası nəticəsində səkkiz nəfər həlak olub. Tezadlar.az xəbər verir ki, “Jakarta Globe” qəzetinin məlumatına görə, pilot, ikinci pilot və altı sərnişini daşıyan helikopter dünən yerli vaxtla səhər saat 7:34-də əyalətin Melavi bölgəsindən havaya qalxıb. Airbus H130 helikopteri ilə əlaqə səhər saat 8:39-da havaya qalxdıqdan sonra kəsilib və itkin düşdüyü bildirilib. […]
17 Aprel – Ümumdünya Hemofiliya Günü: Maarifləndirmə və Həmrəylik Günü

Hər il 17 aprel tarixində bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Hemofiliya Günü qeyd olunur. Bu günün əsas məqsədi irsi qan laxtalanma pozğunluğu olan hemofiliya xəstəliyi barədə cəmiyyəti məlumatlandırmaq və bu xəstəlikdən əziyyət çəkən insanların qarşılaşdıqları çətinliklərə diqqət çəkməkdir. Tarixi Əhəmiyyəti Ümumdünya Hemofiliya Günü, Dünya Hemofiliya Federasiyasının qurucusu Frank Şnabelin doğum günü şərəfinə təsis […]
Bloqerlərin tülpan sahələrindəki davranışlarını qınadı

Aparıcı Leyla Mustafayeva bir neçə gündür bulvarda tülpanları əzmələri ilə gündəmə gələn blogerlərə söz atıb. Tezadlar.az xəbər verir ki, aparıcı lalə tarlasında fotolar çəkdirib və izləyiciləri ilə bölüşüb. Leyla paylaşımına “Lalə mövsümünə start. Tam olaraq harada olduğunu deməyəcəyəm. Tülpanların gününə düşməsin” sözlərini yazıb. Qeyd edək ki, Bakı bulvarında əkilən tülpanları bir neçə xanım vido və […]
“Qızıl adam” Türkiyədə ələ keçdi, Bakıya gətirilir…-TƏCİLİ

Bu da son: qızıl qaçaqmalçılığında şübhəli bilinən və İnterpola üzv 196 ölkədə axtarışa verilən Azərbaycan vətəndaşı İnqilab Babayev, nəhayət, Türkiyədə ələ keçdi. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, Babayev İstanbulun mərkəzində yerləşən “Eyupsultan” ərazisindəki bir evdə saxlanılıb. O, ailəsi ilə görüşmək üçün başqa ölkədən İstanbula gəlir, amma deyilənə görə, qonşulardan kimsə bu barədə polisə məlumat verir […]
“Qızıl top” uğrunda yarış qızışır: Namizədlərin yeni siyahısı açıqlandı

“The Goal” portalı “Qızıl top”a namizədlərin reytinqini yeniləyib. Tezadlar.az xəbər verir ki, siyahıda 20 futbolçu yer alıb. “Bayern”in hücumçusu Harri Keyn ilk pillədə qərarlaşıb. İlk “onluq” belədir: Harri Keyn (“Bayern”); Maykl Olise (“Bayern”); Kilian Mbappe (“Real”); Lamin Yamal (“Barselona”); Luis Dias (“Bayern”); Erlinq Haaland (“Mançester Siti”); Usman Dembele (PSJ); Julian Alvares (“Atletiko”); Vitinya (PSJ); Deklan […]
Kürdəmirin də sürət qatarı sarıdan bəxti gətirdi-İLK DƏFƏ

Sürət qatarlarının bölgələrə getməsi olduqca strateji məsələdir… Bu həm də avtomobil yollarındakı ucuz ölümlərin qarşısını xeyli alacaq. Çünki taksi və avtobus sürücülərinin bütün günü istirahət etmədən yollarda olması da qəzaları artırır və s. Beləliklə, Bakıdan Kürdəmir istiqamətinə ilk rəmzi sürət qatarı hərəkət edib. Tezadlar.az xəbər verir ki, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram […]
Rusiya PUA-ları Rumıniyanın hava məkanına necə daxil olub?-QALMAQAL

Rumıniyanın radiolokasiya sistemləri Rusiyanın Ukraynaya gecə hücumu zamanı pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu qeydə alıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ruminiya Müdafiə Nazirliyi açıqlama verib. Nazirlik bildirib ki, pilotsuz uçuş aparatı ilə əlaqə sərhədyanı Kiliya-Veke kəndi yaxınlığında itib. Nazirlik Rusiyanın hərəkətlərini pisləyib və Rumıniyanın müttəfiq dövlətlərlə mütəmadi qaydada koordinasiyada olduğunu bəyan […]
Şeyx Şamilin milliyyətinə dair əvəzolunmaz və şok faktlar!!!- VACİB SƏNƏD

Tarixi həqiqətlər gizlədilə bilməz! Şeyx Şamilin milliyyətinə dair əvəzolunmaz və şok faktlar!!! Kaluqada Şeyx Şamil ilə birlikdə 22 nəfər ailə üzvləri yaşayırdı. Şeyx Şamilə illik 15 000 rubl ödənilirdi. O dövr üçün bu kifayət qədər böyük məbləq idi, nəzərə alsaq ki, general maaşı təxmini 1 300 rubl idi. 1860-cı ildə Kaluqada olan bir qrup rus […]
Azərbaycan dilini güdaza verənlər- ONLARI TANIYIN!

Azərbaycan dilini təkcə ağızda, yəni danışıqda deyil, həm də yazılarda- ictimai yerlərdə, efirdə, tədbirlərdə… qorumaq lazımdır. Amma təəssüflər olsun, bizdə nəinki danışıqda- ünsiyyətdə, həm də iş yerində, küçədə, meydanda, dükanda dil qaydalarını kobud surətdə pozuruq. Aşağıda təqdim edilən fotolara diqqət edin. Doğrudanmı hansısa bir sözün yazılışı üçün az- çox dili bilən bir şəxsə müraciət etmək […]
Yaxın Şərq yolayrıcında: Ormuz blokadası və yeni nizamın yaradılması- PROFESSOR ŞƏRH EDİR

Yaxın Şərq yolayrıcında: Ormuz blokadası və yeni nizamın yaradılması (17 fevral 2026-cı ilə olan vəziyyət) Yaxın Şərq regionu son onilliklərin ən kritik və taleyüklü günlərini yaşayır. 2026-cı ilin fevralında ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyatlardan sonra yaranmış müvəqqəti atəşkəs rejimi fonunda, bu gün diqqət mərkəzində hərbi toqquşmalardan daha çox, iqtisadi boğulma və […]
İran ABŞ-la müharibənin gedişatını dəyişdirdi

İran ABŞ-la memlərdən istifadə edərək müharibənin gedişatını dəyişdirdi – sosial mediada dominantlığı münaqişənin gözlənilməz bir aspektinə çevrildi. Tezadlar.az bu barədə “The Guardian”a istinadən xəbər verir. Qəzet qeyd edir ki, “İran hökumətyönlü hesabları amerikalı pedofil maliyyəçisi Ceffri Epşteynin işlərini ABŞ prezidenti Donald Trampın müharibəsi ilə əlaqələndirən süni intellektlə yaradılan Lego animasiyalarını yerləşdirir və ya Qərbin çatışmazlıqlarını […]
Ukrayna ordusu bir gecədə Rusiyanın 10-dan çox strateji obyektini darmadağın edib

…ABŞ- İran cəbhəsində nisbi sakitlik olsa da, Rusiya-Ukrayna cəbhəsində vəziyyət kritikdir. Sosial media istifadəçisi Kamran Cəfərov bu barədə maraqlı statistikanı ortaya qoyaraq şərh verib. Sitat: “…Bu müharibədə çox ciddi, güclü və köklü tendensiya yaranıb. Söhbət əlbəttə ki, USQ-nin Rusiyaya gündən-günə güclənən və kütləviləşən middle-strike(ortaməsafəli zərbələr) və “deep-strike”lardan(uzaqməsafəli zərbələr) gedir. Bu tendensiya sadəcə nəticədir, prosesin kökündə […]
Trampın Kubaya yardım qadağası hərbi cinayət sayıla bilər, çünki…

Xəbər verildiyi kimi, ABŞ prezidenti donald Tramp Kubaya yardım qadağasına imza atıb. Bu isə beynəlxalq narazılığa səbəb olan bir qərar kimi müzakirələrə yol açıb. Ekspertlər hesab edir ki, Trampın tətbiq etdiyi qanunsuz embarqo müharibə cinayəti hesab edilə bilər. Tanınmış QHT rəhbəri Sahib Məmmədov da hesab edir ki, bu addım yolverilməzdir: “…Roma Statutunun məqsədləri üçün “Cenevrə […]
Netanyahu həbsxana qapısının astanasında: İran, Livan və Türkiyəyə hücum etməsinin səbəbləri

İran və ABŞ arasında danışıqlar sarsılmış atəşkəsə baxmayaraq, dalana dirənib, Hörmüz boğazının bağlanması səbəbindən qlobal enerji böhranı yaxınlaşır, İsrail Müdafiə Qüvvələrinin Hizbullaha qarşı mübarizəsində Livan şəhərləri bombalanıb və qlobal iqtisadiyyat tənəzzüllə üzləşir. Bu arada, İsraildə Baş nazir Benyamin Netanyahuya qarşı məhkəmə dinləmələri başlayıb. Çinin “Sohu” nəşrinin analitikləri bu hadisələr arasında birbaşa əlaqə olduğuna əmindirlər. Tezadlar.az […]
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli oldu

Ötən gün UEFA Avropa Liqasında yarımfinalçılar müəyyənləşib. Tezadlar.az xəbər verir ki, turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra növbəti mərhələyə vəsiqəni “Frayburq”, “Braqa”, “Nottinqem Forest” və “Aston Villa” komandaları təmin edib. UEFA Avropa Liqası 1/4 final mərhələsi, cavab oyunları 16 aprel “Selta” (İspaniya) – “Frayburq” (Almaniya) 1:3 İlk oyun – 0:3 “Betis” (İspaniya) – “Braqa” […]
İran nüvə silahına sahib olmayacağını qəbul edibmi?

ABŞ- İran münasibətlərinin yeni mərhəıəsinin başlandığını güman etmək olar. Belə ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacağını artıq qəbul edib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Ağ Ev rəhbəri bunu jurnalistlərlə söhbəti zamanı bildirib. Tramp qeyd edib ki, Vaşinqton hazırda Tehranla “çox yaxşı münasibətlər” saxlayır və tərəflər arasında […]
Tramp İranın “nüvə tozunu” təhvil verməyə razı olduğunu söylədi

Prezident Donald Tramp İranın 2025-ci ilin yayında ABŞ-ın İranın əsas nüvə obyektlərinə endirdiyi hava zərbələrindən qalan “nüvə tozunu” təhvil verməyə razı olduğunu söyləyib. Tezadlar.az xəbər verir ki, onun sözləri “The Washington Post” qəzetində yer alıb. Tramp jurnalistlərə bildirib ki, “İranın nüvə silahı yoxdur və onlar buna razılaşıblar. İran buna razılaşıb və çox qətiyyətlə razılaşıblar. Onlar […]
Tramp ölkələrin ABŞ-a kömək etməkdən imtina etməsindən danışdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-ın NATO müttəfiqləri İran ətrafındakı vəziyyətdə Vaşinqtonu dəstəkləməkdən imtina etməklə özləri üçün problem yaradıblar. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, Vaşinqton həmişə müttəfiqlərinə yardım göstərib, lakin “kiçik toqquşma”da bunu almayıb. O əlavə edib ki, ABŞ böyük münaqişədə NATO-ya güvənə bilməz. “Və buna görə də […]
Qərb Medvedevin PUA-larla bağlı dediklərinə belə reaksiya verdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbə ciddi xəbərdarlıq göndərərək pilotsuz uçuş aparatları (PUA) istehsal zavodlarını qanuni hədəf adlandırıb. Tezadlar.az xəbər verir ki, bu barədə kiprli jurnalist Aleks Xristoforu özünün YouTube kanalında bildirib. “Bu, Medvedevin kifayət qədər ciddi bir xəbərdarlığıdır və bu, Zelenskinin Avropaya son səfərləri kontekstində aktualdır. Demək olar ki, cazibədardır: qulaq asmasanız, […]
ABŞ İrana qarşı yeni bir əməliyyata başlayıb

ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı “İqtisadi qəzəb” adlı daha bir əməliyyata başlayıb. Bu əməliyyat Tehranı “cəsarətli seçim” etməyə məcbur etmək üçün ona maksimum təzyiq göstərmək məqsədi daşıyır. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın hərbi naziri Pit Heqset brifinqdə bildirib. Heqseth vurğulayıb ki, “Xəzinədarlıq katibi Skott Besson və Xəzinədarlıq Departamentindəki dostlarımız iqtisadi təzyiqi maksimum dərəcədə […]
Avropa Ukraynanı istismar etməkdə ittiham olunur

Müharibə müxbiri Yevgeni Poddubnı bildirib ki, Avropa siyasət vektorunu dəyişməyəcək və Rusiya ilə Ukrayna arasındakı qarşıdurmada tərəflərdən biri olaraq qalaraq münaqişəni daha da gərginləşdirməyə davam edəcək. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Avropa liberalları Amerika Demokratlarının dəstəyini qismən itiriblər və onlar da qisas almağı düşünürlər. Vəziyyət dəyişməyib və Avropa bu münaqişədə tərəflərdən […]
İsrail və Livan arasında atəşkəs qüvvəyə mindi

ABŞ prezidenti Donald Tramp tərəfindən elan edilən İsrail və Livan arasında 10 günlük müvəqqəti atəşkəs qüvvəyə minib. Tezadlar.az xəbər verir ki, 10 günlük atəşkəs Livanda yerli vaxtla saat 00:00-da başlayıb. ABŞ prezidenti Tramp tərəflərin 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı. Lakin İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsi qəbul etdiklərini, lakin Livanın cənubundakı işğal olunmuş […]
Mütəşəkkil cinayətkarlıq əməliyyatı: 221 həbs

Ədliyyə naziri Akın Gürlek Adana mərkəzli 8 vilayətdə “Bayqaralar” mütəşəkkil cinayətkarlıq sindikatını hədəf alan əməliyyatda cinayətkar fəaliyyətlə məşğul olan 216 şübhəli və 5 azyaşlının həbs olunduğunu açıqlayıb. Tezadlar.az xəbər verir ki, nazir Gürlek sosial media paylaşımında küçə dəstələrinə dözməyəcəklərini və vədlərini qətiyyətlə yerinə yetirdiklərini təkrarlayıb. Gürlek Adana Baş Prokurorluğu tərəfindən aparılan istintaqın bir hissəsi olaraq, […]
Tramp: İranla razılaşma əldə etməyə çox yaxınıq

ABŞ prezidenti Donald Tramp bu həftə sonu İran rəsmiləri ilə danışıqlara qayıda biləcəklərini bildirərək, “İranla razılaşma əldə etməyə çox yaxınıq” deyib. Tezadlar.az xəbər verir ki, prezident Tramp Ağ Evdən Las-Veqasa gedərkən jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırıb. Tramp İranla danışıqların intensiv və məhsuldar şəkildə davam etdiyini və yaxın gələcəkdə razılaşma ehtimalının yüksək olduğunu bildirib. “İranla […]
Nazirlikdən elan: Cəbrayılda əmək yarmarkası təşkil olunacaq

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası təşkil ediləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi məlumat yayıb. Aktiv məşğulluq tədbiri aprelin 22-də saat 11:00-da Cəbrayıl şəhəri, M.Mehdizadə adına tam orta məktəbdə keçiriləcək. Tədbirdə işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, […]
Cahangir Mirzənin vəfatı ilə bağlı rəsmi məlumat yayılıb

Gənc şair Cahangir Mirzə vəfat edib. Tezadlar.az xəbər verir ki, bu barədə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, Cahangir Mirzə Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Özbəkistanın istedadlı gənc şairi, tərcüməçisi olub. O, Azərbaycan sevdalısı kimi tanınırdı.
İran ABŞ-ın Hörmüz boğazını blokada etmək cəhdinə belə reaksiya verdi

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Hörmüz boğazını blokada etmək cəhdinin açıq-aşkar təcavüz aktı və qanunsuzluq olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, İrəvani aprelin7-də BMT Təhlükəsizlik Şurası tərəfindən Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı qətnaməyə veto qoyulmasını müzakirə etmək üçün toplaşan BMT Baş Assambleyasında çıxış edib. BMT Təhlükəsizlik Şurasının səsverməsində Hörmüz boğazı ilə […]
Pinyo: Aİ-Macarıstan münasibətləri: ilk addım atılır

Sabah Budapeştdə Macarıstanın gələcək Baş naziri və Avropa Komissiyasının nümayəndə heyəti ilə keçiriləcək görüş ilkin xarakter daşıyır və tərəflər arasında mövcud məsələlərin həllini sürətləndirmək üçün işgüzar münasibətlərin qurulmasında erkən mərhələ kimi qiymətləndirilir. Tezadlar.az-ın Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin rəsmi nümayəndələri Brüsseldə keçirilən brifinqdə bəyan ediblər. Avropa Komissiyasında bildiriblər ki, danışıqlar yeni kabinetin formalaşmasınadək […]
50 il sonra reallaşan ilk Ay səyahəti heyətin Yerə enişi ilə başa çatdı

Göyərtəsində dörd astronavt olan Amerika Orion pilotlu kosmik gəmisi 50 ildən artıq müddətdə ilk dəfə Aya uçuş həyata keçirdikdən sonra Sakit Okeana uğurla eniş edib. Tezadlar.az xəbər verir ki, məlumatı NASA yayıb. Artemis II missiyasının bir hissəsi olan uçuşda NASA astronavtları Reid Wiseman, Victor Glover və Christina Koch, eləcə də Kanada Kosmik Agentliyinin (CSA) astronavtı […]
Ronaldonun səhhətində ciddi problemlər yaranıb

Portuqaliyalı hücumçu, “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunda “Əl İttifaq”a qarşı keçirilən oyunun gedişində özünü pis hiss edib. Tezadlar.az xəbər verir ki, bu barədə “Əl-Nəsr”in baş məşqçisi Xorxe Jezus məlumat verib. Onun sözlərini “Record” qəzeti yayıb. Ronaldo oyunda 89 dəqiqə meydanda olub. “Fasilədə onun mədə ilə bağlı problemləri yarandı. O, oyunu […]
İkilinin yeni klipi qısa müddətdə görünməmiş baxış sayına çataraq trendə çevrilib

Bəstəkar Murad Arifin repçi Orxan Zeynallı ilə birgə təqdim etdiyi “Üzr” layihəsi yayımlandıqdan sonra böyük maraqla qarşılanıb. Tezadlar.az xəbər verir ki, sözləri və musiqisi Murad Arifə məxsus olan, Orxan Zeynallının rep hissəsi ilə tamamlanan trek üçün çəkilən videoklip qısa müddətdə rekord baxış sayı toplayıb. Ekran işi 1 həftəyə 600 mindən çox izlənib. Layihə həm “YouTube” […]
İngiltərə nəhəngi Ardanı yaxından izləməyə başlayıb

Türkiyə millisinin və “Real”ın yarımmüdafiəçisi Arda Gülər İngiltərə Premyer Liqasında karyerasını davam etdirə bilər. Tezadlar.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, gənc futbolçunun transferində “Arsenal” maraqlıdır. “Topçular” yay transfer pəncərəsində Güləri heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır. “Real”la Arda Gülər arasında mövcud müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər […]
Futbol matçında faciə: hakim güllələndi

Ekvadorda həvəskarlar arasında futbol oyunu zamanı hakim Xavyer Orteqa güllələnib. Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə El Oro əyalətinin Pasaje şəhərində baş verib. Matç vaxtı silahlı bir neçə şəxs meydana girərək hakimə atəş açıb. Onlar daha sonra hadisə yerindən qaçıblar. Təcili Tibbi Yardım gəlsə də, X.Orteqanın həyatını xilas etmək mümkün olmayıb. Qarşılaşma dərhal dayandırılıb, […]
Sakinlər narazıdır: “Ulduz” stansiyası ətrafında yollar niyə təmir olunmur?

Metronun “Ulduz” stansiyası ətrafında aylardır aparılan qazıntı işləri sakinlər və sürücülər üçün ciddi narahatlıq yaradıb. Stansiyanın ətrafındakı yollar nə zaman təmir ediləcək? Tezadlar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yaxın günlərdə işlərə start verilməsi nəzərdə tutulub. Qeyd edək ki, stansiyanın ətrafı aylar öncə qazılıb və indiyədək […]
Sabunçuda faciə: kişi evinin hamamında ölü tapıldı

Bakıda kişi hamamda ölüb. Tezadlar.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ə.B.Ağayev küçəsində qeydə alınıb. 49 yaşlı Ziyafət Zeynalov yaşadığı evin hamam otağında ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Sığorta şirkətlərinin hərəkətsizliuindən necə sığortalanaq?- İNANILMAZ

“Sığorta elə, amma sığorta hadisəsini də özün qarşılayacaqsan…”. Tanınmış ekspert Sahib Məmmədovun sosial media hesabındakı şərhi belə adlanır. Görəsən niyə biz özümüzü sığortadan sığortalatmalıyıq? Axı bu qanuni xidmət bizi bəd hadisələrdən, yersiz sıxıntı və ziyandan sığortalamaq üçündür. Çünki hər il bu xidmətə icbari qaydada pul ödəməyə məhkumuq! Beləliklə, Sahib Məmmədov yazır: “Azərbaycanın sığorta sistemi təxminən […]
Paytaxt yenə hədəfdə: hücum nəticəsində uşaq da həyatını itirdi

Rusiyanın Ukraynaya bu gecəki hücumu nəticəsində paytaxt Kiyevin 14 yerində dağıntılar olub. Bunu Tezadlar.az-ın Şərqi Avropa bürosuna açıqlamasında Kiyev şəhər hərbi administrasiyanın rəsmisi Katerina Kop bildirib. O deyib ki, həlak olan insanlar arasında bir uşaq da var. “Hücum nəticəsində 60 nəfərin yaralandığı məlumdur. Onlardan 30-u paytaxtın tibb müəssisələrinə hospitalizasiya edilib. 25-nə ambulator yardım göstərilib. Bir […]
Pit Heqsetdən sərt açıqlama: müttəfiqlər böhran zamanı görünmədi

ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, Vaşinqton Hörmüz boğazındakı böhranın həlli məsələsində tərəfdaş ölkələrin təşəbbüslərini görmək istəyir. Tezadlar.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında Vaşinqtonda keçirilən brifinqdə bildirib. “Biz (ABŞ, – red.) Hörmüz boğazından keçən enerji resurslarından asılı deyilik. Lakin Asiya və Avropa asılıdır. Və dünyanın qalan hissəsinin böyük bir qismi də asılıdır. […]
Komissiya üzvləri Ağbənd körpüsünün icrası ilə tanış oldular

Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağbənd avtomobil körpüsü layihəsinin icra vəziyyəti ilə tanış olublar. Tezadlar.az-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu körpü regionun nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacaq. Xatırladaq ki, bu gün Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib. Görüşdə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyası, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı və digər sahələrdə […]
Slovakiyadan şərtli qərar: neft kəməri bərpa olunmasa, blok davam edəcək

Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin bloklamağa hazırdır. Tezadlar.az Çexiyanın “České noviny” nəşrinə istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bildirib. Onun sözlərinə görə, Bratislava “Drujba” neft kəmərinin fəaliyyətinin bərpasına dair zəmanət alana qədər bloklama qüvvədə qalacaq. O, həmçinin qeyd edib ki, Slovakiya Ukraynaya indiyədək Macarıstan tərəfindən […]
Nazirlikdən açıqlama: 11 min nəfərə ödəniş avtomatik davam edəcək

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib. Bu barədə Tezadlar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. […]
Azərbaycan cüdosunda ilk medal: Əhməd Yusifov bürünc qazandı

Azərbaycan milli komandası Tbilisinin ev sahibliyi etdiyi cüdo üzrə Avropa çempionatında ilk medal sevincini yaşayıb. Tezadlar.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində tatamiyə çıxan təmsilçimiz Əhməd Yusifov çempionatı bürünc mükafatla başa vurub. Cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə qalxmaq uğrunda həlledici görüşdə digər təmsilçimiz, komanda yoldaşı Balabəy Ağayevə qalib gəlib. Məlumat üçün bildirək ki, qitə […]
500 minlik yeyintiyə yol verib Türkiyəyə qaçmışdı- HƏBS EDİLİB BAKIYA GƏTİRİLDİ

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq. Baş Prokurorluğun mətbuat xidmətindən tezadlar.az-a verilən xəbərə görə, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Baş prokuroru […]
Türkiyə hərbi gücünü artırır: yeni nəsil texnikalar inventarda

Türkiyə Silahlı Qüvvələrinin arsenalına yeni nəsil “Fırtına-2” haubitsaları təhvil verilib. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sözügedən haubitsalar yoxlama və qəbul prosedurları başa çatdıqdan sonra inventara əlavə edilib. Bundan başqa, “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) da ordunun arsenalına qəbul olunub.
Süni intellektin təhlükəli tərəfi: istifadəçi fikirləri necə təsdiqlənir

Çat-botların insanlarda mövcud olan yanlış inancları düzəltmək əvəzinə daha da gücləndirdiyi ilə bağlı ciddi iddialar irəli sürülüb. Alimlər bildirirlər ki, ChatGPT riyazi baxımdan istifadəçinin fikirlərinə uyğunlaşmağa meyllidir və bu, təhlükəli yanlış qənaətlərin formalaşmasına səbəb ola bilər. MIT alimlərindən narahatedici nəticə Tezadlar.azxarici mediaya istinadla xəbər verir ki, “Massachusetts Institute of Technology” tədqiqatçıları müasir neyron şəbəkələrin işində […]
Oğuzda araq içib- piknik axtarıb bıçaqlaşdılar- AĞLASIĞMAZ!

Oğuz rayonunda piknik yerində bıçaqlanma hadisəsi olub. Tezadlar.az xəbər verir ki, hadisə şəhərin yuxarı hissəsindəki meşəlik ərazidə qeydə alınıb. İttiham aktına görə, 40 yaşlı Uğur Xəlilov (ad və soyad şərtidir) iki dostu ilə birgə Oğuza istirahətə gəliblər. Onlar əvvəlcə Xalxal şəlaləsini gəzib sonra şəhərə piknik yeri axtarmağa başlayıblar. Dostlar soruşa-soruşa şəhərin yuxarı hissəsindəki meşəlik ərazidə piknik […]
Bu avtoxuliqanlar ipə-sapa yatmadı- POLİS SAXLADI VƏ…

Paytaxt ərazisində ictimai asayişi nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən şəxslər Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Tezadlar.az-ın məlumatına görə, profilaktik tədbirlər zamanı müəyyən edilib ki, 25 yaşlı Anar Həmidov və 23 yaşlı Rəşad Mahmudov avtomobillərini dövlət qeydiyyat nişanı olmadan təhlükəli şəkildə idarə ediblər. Onlar bu hərəkətləri ilə digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə […]
Tanınmış aparıcı səhhəti pisləşdiyi üçün efirə çıxa bilməyib

Aparıcı Vüsalə Əlizadə yenidən səhhətində problem yarandığını bildirib. Tezadlar.az xəbər verir ki, aparıcı video yayımlayaraq özünü yaxşı hiss etmədiyini, təzyiqi qalxdığını vurğulayıb. Vüsalə bildirib ki, buna görə canlı yayıma da çıxa bilməyib. O, artıq özünü yaxşı hiss etdiyini və efirə qayıtdığını əlavə edib. Qeyd edək ki, V.Əlizadə iki dəfə böyrək transplantasiyası etdirib.
Rus sevgilisinə görə işdən qovulan nazir- İNANILMAZ

“Onlar bu dünyaya kasıb gəlmiş, amma onu milyonçu kimi tərk etmişdilər”..Milyonçunun milyonçu naziri haqqında… …Dünyanın istənilən yerində harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü…Dəfn olunduğu yeri vətən edən şəxslərimizdən biri də Paris yaxınlığındakı Bobinyiməzarlığında uyuyan və bu gün vəfat günü olan Fətəli xan Xoyskinin hökumət […]
Oyun bitən kimi hakimə hücum çəkən Arda Gülər birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı

“Real”ın yarımmüdafiəçisi Arda Güler UEFA Çempionlar Liqasının 1/4 finalında “Bavariya” ilə cavab oyunundan (3:4) sonra qırmızı vərəqə alıb. Tezadlar.az xəbər verir ki, türkiyəli futbolçu baş hakim Slavko Vinçiçin Eduardo Kamavinqaya verdiyi qırmızı vərəqə qərarına etiraz etdiyi üçün meydandan qovulub. Həmin epizoddan sonra madridlilər iki qol buraxaraq turnirlə vidalaşıb. Qeyd edək ki, Güler ilk hissədə dubl […]
Məktəb hücumları ilə bağlı Azərbaycandan başsağlığı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə başsağlığı verib. Tezadlar.az xəbər verir ki, bu barədə QMİ məlumat yayıb. A.Paşazadənin Türkiyə Diyanət İşləri Başkanı Safi Arpaquşa ünvanladığı məktubda son günlərdə Şanlıurfa və Kahramanmaraşda müəllim və şagirdlərə qarşı törədilmiş qətl hadisələrinə diqqət çəkilib. QMİ sədri hadisələrin Azərbaycan xalqının və şəxsinin kədərinə səbəb olduğunu vurğulayıb: “Ümid edirəm […]
Nəriman ABŞ-dakı karyerasında ilk dəfə meydanda 90 dəqiqə qaldı və…

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda növbəti oyuna çıxıb. Tezadlar.az xəbər verir ki, onun komandası 1/16 finalda səfərdə “Riçmond Kikkeers”lə qarşılaşıb. Görüş “Kolumbus Kryu”nun qələbəsi ilə başa çatıb – 3:0. Nəriman ABŞ klubunda ilk dəfə oyuna start heyətdə başlayıb. O, sona qədər meydanda olub. 22 yaşlı hücumçu ilk qolun […]
Cavid Abdullayev:“Yaşıl Enerji Dəhlizi”ndə son mərhələ: iqtisadi baxımdan cəlbedici layihə

Xəzər dənizinin nəhəng külək enerjisi potensialından istifadə edilərək “yaşıl enerji”nin Avropaya ixracı (Yaşıl Enerji Dəhlizi vasitəsilə – red.) ilə bağlı təhlillər yekunlaşmaq üzrədir. Bunu Tezadlar.az-a açıqlamasında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib. “Yaxın vaxtlarda bu barədə məlumatlar təqdim ediləcək. Qeyd etmək istərdim ki, ilkin nəticələr layihənin kifayət qədər iqtisadi cəhətdən maraqlı olduğunu […]
Futbol dünyasına itki: tanınmış qapıçı dünyasını dəyişdi

İtaliyanın “Yuventus” və İngiltərənin “Arsenal” klubunun sabiq qapıçısı Aleks Manninqer vəfat edib. Tezadlar.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı avstriyalı avtomobilinin qatarla toqquşması nəticəsində həyatını itirib. Hadisə Avstriyanın Zaltsburq şəhərində baş verib. Xatırladaq ki, Avstriya yığmasının heyətində 33 matça çıxmış Aleks Manninqer “Arsenal”la İngiltərə Premyer Liqasının, “Yuventus”la İtaliya A Seriyasının qalibi olub.
Kanal çökməsi faciəsi: şahidlər təhlükəli vəziyyəti təsdiqlədi

Nərimanov Rayon Məhkəməsində Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəmə prosesi keçirilib. Tezadlar.az xəbər verir ki, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib. Şahid Q.H. hadisə baş verən dövrdə anbardar işlədiyini bildirib: “Həmin vaxt anbardar olaraq çalışırdım. Çalışdığım obyektin qabağında geniş çuxurlar əmələ […]
Səyahətdə nəyi götürməməli? Mütəxəssislərdən vacib məsləhətlər

Səyahət zamanı rahatlığın çox əşyadan deyil, əksinə az və düzgün seçilmiş əşyalardan asılı olduğu getdikcə daha çox vurğulanır. Təcrübəli turistlər bildirirlər ki, lazımsız əşyalar həm çamadanı ağırlaşdırır, həm də hava limanında əlavə problem və xərclərə səbəb olur. Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, ən çox edilən səhvlərdən biri hər gün üçün ayrıca geyim […]
Ucuz smartfonlar yoxa çıxır: yaddaş bahalaşması bazarı dəyişir

Yaxın illərdə büdcə seqmentinə (ucuz) aid smartfonların bazardan tədricən yoxa çıxması ehtimal edilir və bu, milyonlarla istifadəçinin seçimlərinə təsir göstərə bilər. Qlobal elektronika bazarı operativ yaddaş və fləş yaddaşın sürətlə bahalaşması səbəbilə ciddi problemlə üzləşib. 2026-cı ilin birinci rübünün nəticələrinə görə, DRAM yaddaşının qiyməti 50 faizdən çox artıb, NAND Flash isə təxminən 90 faiz bahalaşıb. Bu […]
1945-ci ilin kabusu: bir şəhər necə məhv oldu

1945-ci ilin yayında baş verən hadisə dünya tarixində ən faciəvi səhifələrdən biri kimi yadda qalıb. Tezadlar.az xəbər verir ki, dünya müharibəsinin son günlərində adi başlayan bir səhər qısa müddətdə dəhşətli dönüş nöqtəsinə çevrilib. ABŞ tərəfindən Yaponiyanın Hiroşima şəhərinə “Little Boy” adlı atom bombası atılıb. Partlayış anında yaranan güclü işıq və istilik dalğası şəhəri demək olar ki, […]
Qəhrəmanmaraşda atışma: qatil şagirdin meyiti zirehli texnika ilə çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin cəsədi zirehli texnika ilə ərazidən çıxarılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə mediasında görüntülər yayılıb. 14 yaşlı İsa Aras Mersinlinin meyiti zirehli texnika ilə ərazidən çıxarılarkən məktəbin qarşısına çoxlu sayda insan toplaşıb. Qeyd edək ki, 15 apreldə Qəhrəmanmaraş məktəbində atışma baş verib. 8-ci sinif şagirdi A.Mersinli 10 […]
“Sessizliğin Işığı” Ankara’da Sanatseverlerle Buluşuyor- TEZADLAR.AZ TƏQDİM EDİR!

Türkiye’nin ve Türk dünyasının yakından takip ettiği ressam Süheyla Üstek, sanatseverlere yeni bir sergiyle sesleniyor. Kültür Bakanlığı sanatçısı olarak tanınan ve “SÜ” rumuzuyla bilinen Üstek, özenle hazırladığı yağlı boya tablolarını 18–26 Nisan 2026 tarihleri arasında “Sessizliğin Işığı” isimli kişisel sergisiyle sanatseverlerin beğenisine sunacak. Sergi, Ankara Kızılay Konur Sokak’ta sanat çevrelerinin uğrak noktası olan Arttura Sanat Galerisi’nde gerçekleşecek. […]